SKAT

сущ. зоол. скат (крупная хищная морская рыба из подкласса акулообразных, с широким плоским телом и длинным узким хвостом)
SKARLATİNOZ
SKELET
OBASTAN VİKİ
Mikoyan Skat
Mikoyan Skat (rus. Микоян Скат) — MiG şirkəti tərəfindən Rusiya Müdafiə Nazirliyi üçün 2005-ci ildən bəri Stels texnologiyası əsasında yaradılmış pilotsuz uçuş aparatıdır. == Dizayn və inkişaf == Skat pilotsuz uçuş aparatının kökü 2005-ci ildə Mikoyan şirkətinin layihə üzərində işə başlamasına kimi gedir. Radarlara mümkün qədər az tutulması ehtimalı xüsusilə vurgulanmış və buna görə də, aparat uçan qanad konfiqurasiyasında, üçbucaq şəklində, kompozit materiallardan istifadə edilməklə və iki daxili silah çuxurunda gizlənmiş silahlanma yuvaları ilə hazırlanmışdır. Yalnız tam ölçülü maketi ilk dəfə MAKS 2007 beynəlxalq hava şousunda təqdim edilmişdir. Bununla birlikdə, pilotsuz təyyarə istehsal mərhələsindən keçmədi və maliyyə çatışmazlığı səbəbindən layihə üzərində iş daha sonra 2012-ci ildə dayandırıldı.Skat, Klimov RD-93 mühərrikinin bir variantı olan Klimov RD-5000B turbofan mühərriki ilə işləyən Kh-31 kimi raketlər üçün kifayət qədər böyük olan iki ventral silah bölməsində silah aparmaq üçün nəzərdə tutulmuş, radarlara tutulma ehtimalı aşağı olan səs sürətindən aşağı sürətlə (subsonik) uçan PUA-dır. Tək mühərrikli subsonik dizaynı 11.5 metr (37.7 fut) qanad sahəsinə malikdir və uzunluğu 10.25 metr (33.6 fut) təşkil edir. PUA maksimum hündürlük ağırlığında saatda maksimum 800 kilometr (497 mil) sürətə və 10 ton ağırlığında qalxma ağırlığına (yəni maksimum 10 tonluq yük ilə havaya qalxa bilər) malikdir. Döyüş radiusu 2000 km (1240 mil) təşkil edir və iki tona qədər döyüş yükünün daşınması nəzərdə tutulmuşdur.Mümkün rollar arasında düşmənin hava hücumundan qorunması və düşmənin hava sahəsinə hücum daxildir. Skatın ilk uçacaq variantının Rusiya uçuş qaydalarına əməl edilərək pilot olaraq istifadə edilməsi planlaşdırıldı.
Travis Skat
Trevis Skott (Əsl adı: Jak Berman Vebster II; 30 aprel 1991, Hyuston) — amerikalı repçi, müğənni, musiqi yazıçısı və prodüser. O, "Billboard", "Latin Qremmi", "MTV Video" və "BET Hip Hop" daxil olmaqla bir çox mükafatlara layiq görülüb, həmçinin səkkiz dəfə "Qremmi" mükafatına namizəd göstərilib. O, 2020-ci ilə qədər ABŞ-də 40 milyondan çox albom satmağa nail olmuşdur. Trevis 2012-ci ildə "Epic Records" ilə müqavilə imzalayıb, bunun ardınca o, 2013-cü ildə "Owl Pharaoh" adlı ilk miksteypini çıxarıb. Onun ikinci miksteypi "Days Before Rodeo" növbəti il 2014-cü ildə buraxılıb. 2015-ci ildə yayımladığı ilk albomu "Rodeo" ona geniş tanınma qazandırıb, alboma daxil olan "Antidote" sinqlı "Billboard" hit-paradında yuxarı sıralarda qərarlaşıb. İkinci albomu "Birds in the Trap Sing McKnight" 2016-cı ildə işıq üzü görüb, və bu onun ilk bir nömrəli albomu kimi yadda qalıb. Trevisin üçüncü albomu "Astroworld" 2018-ci ildə işıq üzü görüb, Dreyk ilə birgə ifa etdiyi "Sicko Mode" albomun çox sevilən treklərindən biri olub. Trevis növbəti il 2019-cu ildə "Jackboys" kompilasiya albomunu dinləyicilərinə təqdim edib. 2023-cü ildə, uzun müddətdir gözlənilən dördüncü albomu "Utopia"nı yayımlayıb.
Elektrik skatları
Elektrik skatları (lat. Torpediniformes) — heyvanlar aləminin xordalılar tipinin qığırdaqlı balıqlar sinfinə aid heyvan dəstəsi. Uzunluğu 2 m-dək çəkisi 100 kq –a qədərdir. 15 növü məlumdur. Başının yan tərəflərində yerləşən elektrik orqanlarının yaratdığı elektrik gərginliyi 70 V–a çatır. Sakit okean, Atlantik okeanı və Hind okeanının tropik sularında təsadüf olunur. Sahilə yaxın yerlərdə yaşayır. Elektrik skatları diridoğan balıqlardır.
Skatlar
Skatlar - Batomorpha dəstəüstü. Skatların çoxu dib həyatı keçirir. Bununla əlaqədar olaraq bədənləri bel qarın istiqamətində yastılaşıb. 5 cüt olan qəlsəmə yarıqları qarın tərəfdə yerləşir. Bu balıqlarda spirakulum dəliyi yaxşı inkişaf edib, o nasos vəzifəsini yerinə yetirərkən suyu qəklsəmələrə ötürür. Skatların dişləri yastı və kütdür, bədəni çılpaq və ya üzəri sərt törəmələrlə örtülüdür. Yaxşı inkişaf etmiş döş üzgəcləri başı da əhatə edir. Bir çox növlərin bel və quyruq üzgəcləri çox kiçilib, anal üzgəci tamamilə yoxdur. Əsas hərəkət orqanı döş üzgəcləridir: bu üzgəclərin dalğavari hərəkəti balığın hərəkətini təmin edir. Dib heyvanları olduqları üçün bədənləri bel-qarın istiqamətində yastılaşmışdır.
Travis Skatt
Trevis Skott (Əsl adı: Jak Berman Vebster II; 30 aprel 1991, Hyuston) — amerikalı repçi, müğənni, musiqi yazıçısı və prodüser. O, "Billboard", "Latin Qremmi", "MTV Video" və "BET Hip Hop" daxil olmaqla bir çox mükafatlara layiq görülüb, həmçinin səkkiz dəfə "Qremmi" mükafatına namizəd göstərilib. O, 2020-ci ilə qədər ABŞ-də 40 milyondan çox albom satmağa nail olmuşdur. Trevis 2012-ci ildə "Epic Records" ilə müqavilə imzalayıb, bunun ardınca o, 2013-cü ildə "Owl Pharaoh" adlı ilk miksteypini çıxarıb. Onun ikinci miksteypi "Days Before Rodeo" növbəti il 2014-cü ildə buraxılıb. 2015-ci ildə yayımladığı ilk albomu "Rodeo" ona geniş tanınma qazandırıb, alboma daxil olan "Antidote" sinqlı "Billboard" hit-paradında yuxarı sıralarda qərarlaşıb. İkinci albomu "Birds in the Trap Sing McKnight" 2016-cı ildə işıq üzü görüb, və bu onun ilk bir nömrəli albomu kimi yadda qalıb. Trevisin üçüncü albomu "Astroworld" 2018-ci ildə işıq üzü görüb, Dreyk ilə birgə ifa etdiyi "Sicko Mode" albomun çox sevilən treklərindən biri olub. Trevis növbəti il 2019-cu ildə "Jackboys" kompilasiya albomunu dinləyicilərinə təqdim edib. 2023-cü ildə, uzun müddətdir gözlənilən dördüncü albomu "Utopia"nı yayımlayıb.

Значение слова в других словарях

кро́вка курпя́й обойти́ палатализи́роваться пастила́ж проко́лка труднопла́вкий церко́вно демоноло́гия зава́лина инове́рная конгрега́ция ложка дёгтя в бо́чке мёда отлуче́ние павиа́ний предуга́дываться спряже́ние томаша ee fluorite inquisitorial potato-lifter vocative грызться отстёгивать