ŞPAT

1
I
сущ. шпат (устарелое название какого-л. минерала, обладающего способностью раскалываться на куски при ударе по нескольким направлениям спайности геометрической формы). Əhəng şpatı известковый шпат
II
прил. шпатовый (относящийся к шпату)
2
сущ. вет. шпат (хроническое воспаление скакательного сустава у лошадей и рабочих волов). Atı şpatdan müalicə etmək лечить лошадь от шпата
ŞPARQALKAÇI
ŞPATEL
OBASTAN VİKİ
Bariumlu çöl şpatları
Bariumlu çöl şpatları — tərkibində 2%-dən çox BaO olan çöl şpatları: selzian Ba[Al2Si2O8] və hialofan (K, Na, Ba) [AlSi3O8]. Selzianın tərkibində barium komponentinin miqdarı 90%-dən çox, hialofanda isə 30%-dən az olur. Çöl şpatının tərkibində selzian komponentinin miqdarı anortitdən çox olarsa, çöl şpatı kalsioselzian, 10-20% olduqda isə bariumlu plagioklaz adlanır. İki natamam izomorf sırası vardır: qələvi çöl şpatı - hialofan - selzian və plagioklaz – kalsio­selzian - selzian. Bariumlu çöl şpatları quruluşu kalium çöl şpatlarının aşağı temperaturlu modifikasiyasının quruluşuna yaxındır. Bariumlu çöl şpatları Mn yataqlarında rast gəlir. Selzian komponenti az olan bariumlu çöl şpatları qələvi süxurlarda tapılır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Kaliumlu-natriumlu çöl şpatları
Kaliumlu-natriumlu çöl şpatları — triklinik sinqoniya (mikroklin, anortoklaz), monoklinik sinqoniya (sanidin, ortoklaz). Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. 'mikroklin – K [AlSi3O8]; ortoklaz –K [AlSi3O8]; sanidin – (K, Na) [AlSi3O8]; anortoklaz – (Na, K) [AlSi3O8] == Növ müxtəliflikləri == Adulyar – rəngsiz, şəffaf ortoklaz, bəzən opalestsentsiya edir; amazonit – yaşıl mikroklin; qialofan – bariumlu ortoklaz, bariumlu (5%-dək BaO) və natriumlu (4,92% Na) sanidinlər və b. Göstərilən minerallar (Na, K) [AlSi3O8] tərkibli, yalnız yüksək temperaturda dayanıqlı olan homogen bərk məhlulun parçalanma məhsuludur. Temperatur aşağı düşdükdə bu bərk məhlul K [AlSi3O8] – (ortoklaz və ya mikroklinə) və Na [AlSi3O8] (albitə) parçalanır və qanunauyğun pertit (albit ortoklazda) və antipertit (ortoklaz albitdə) bitişikləri əmələ gəlir. == Xassələri == Rəng – açıq-çəhrayı, boz, sarımtıl, yaşılımtıl, bəzən tünd-yaşıl, qəhvəyi, qara, rəngsiz; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma müstəvilərində – sədəfi; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; Sıxlıq – 2,6; Sərtlik – 6; Kövrəkdir; Ayrılma – {001} və {010} üzrə mükəmməl; Sınıqlar – qeyri-hamar, bəzən qabıqlı; Başqa xassələr – opalestsenstiya (adulyar); Morfologiya – kristallar: qısaprizmatik, lövhəvari; peqmatitlərin mikroklini üçün ölçüləri bir neçə metrə çatan olduqca iri kristallar səciyyəvidir; İkiləşmə: tez-tez rast gəlir; sadə və polisintetik; karlsbad, manebax, baven və periklin qanunları üzrə; eyni zamanda iki qanun üzrə təzahür edən mürəkkəb ikiləşmələr mikroklin üçün səciyyəvi olub, mikroklin qəfəsinin yaranmasına səbəb olur; Mineral aqreqatları: dənəvər kütlələr, püruzlar, mikroklinin kvarsla özünəməxsus qrafik bitişikləri («yəhudi daşı» və ya «yazılı qranit»). == Mənşəyi və yayılması == Ortoklaz və mikroklin turş və qələvi intruziv, sanidin və anortoklaz isə effuziv süxurların süxurəmələgətirən minerallarıdır. Mikroklin qranit peqmatitlərinin tipik mineralıdır. Qələvi çöl şpatlarının hidrotermal əmələgəlmələri damarətrafı dəyişilmiş silikat süxurları ilə əlaqədardır. Ortoklaz və mikroklin çox vaxt metamorfik proseslər nəticəsində əmələ gəlir və kristallik şistlərdə və qneyslərdə qeyd edilir.
Kaliumlu - natriumlu çöl şpatları

Çöl şpatları
Çöl şpatları — litosferin üst hissəsində ən çox yayılmış süxurəmələgətirən minerallar == Haqqında == Çöl şpatları - litosferin çəkisinin təxminən 50% və ya maqmatik süxurların həcminin 60% təşkil edirlər. Çöl şpatları geniş yayılması və onların kimyəvi tərkibinin müxtəlif olması püskürmə süxurlarının təsnifatının əsasını təşkil edir. Çöl şpatları peqmatitlərin, qneyslərin, kristallik şistlərin çoxunun və müxtəlif metasomatitlərin əsas komponentidir. Qırıntılı süxurlarda bunlar kvarsdan sonra ən geniş yayılmış minerallardır. Çöl şpatları kimyəvi cəhətdən Na, K və Ca, bəzən Ba alümosilikatlarıdır. Çöl şpatları az miqdarda izomorf qatışıqlar (Fe3+, Fe2+, Li, Rb, Cs, Sr, Mg və b.) olur. Çöl şpatları əksəriyyəti Na[AlSi3O8] - K[AlSi3O8] - Ca[Al2Si2O8] üçlük sistemə daxildir. Bu sistemin sonuncu üzvləri müvafiq olaraq albit, ortoklaz (mikroklin, sanidin) və anortitdir. Na[AlSiO8] və K[AlSi3O8] aralıq çöl şpatları qələvi çöl şpatları, Na[AlSi3O8] və Ca[Al2Si2O8] arasındakı çöl şpatları isə plagioklazlar adlanır. Qələvi çöl şpatları sülb məhlulunda ~5-10 mol.% anortit ola bilər.
İslandiya şpatı
İslandiya şpatı — kalsitin şəffaf, rəngsiz, yaxud açıq sarı, çəhrayı, limonu, abı və b. rəngli növ müxtəlifliyi. Bazalt (trapp), yaxud əhəngdaşlarındakı qeyri-şəffaf kalsit və ya kalsit seolitlərdən ibarət olan damar və yuvacıqlarda rast gəlinir. İslandiya şpatı əmələ gəlməsi hidrotermal məhlulların fəaliyyəti ilə əlaqədardır. Müxtəlif cihazların (mikroskop, saxarimetr, polyarimetr, spektrofotometr fototeleqraf cihazları, kinosəs və televizion aparatlar və b.), polyarizasion prizmalarının hazırlanmasında istifadə edilir. Böyük ehtiyatlı keyfiyyətli yataqları bazaltlarla əlaqədardır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Значение слова в других словарях

ки́па невропато́лог паслёновый поезду́ха с ма́ха тали́б астро... епанча́ корроди́роваться объективи́ровать пробура́вливать члене́ние матрица American ostrich lepidopterous outline-map phosphoresce proctological trades union war paint внутри выправить попрощаться уделять эмансипироваться