ŞTABS-KAPİTAN

истор.
I
сущ. штабскапитан (офицерский чин в русской армии до 1917 г., а также лицо в этом чине)
II
прил. штабс-капитанский (относящийся к штабс-капитану, принадлежащий ему). Ştabs-kapitan poqonları штабс-капитанские погоны
ŞTABEL
ŞTAKET
OBASTAN VİKİ
Ştabs-kapitan
Ştabs-kapitan — çar ordusunda piyada, topçu və texniki hissələrdə Poruçik ilə Kapitan (hərbi rütbə) arasında zabit rütbəsi
Ştabs-rotmistr
Ştabs-rotmistr — çar ordusunda rütbə. == Həmçinin bax == Kornet == İstinadlar == == Xarici keçidlər == Штабс-капитан и штабс-ротмистр // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Kapitan
Kapitan (hərbi rütbə) — hərbi zabit rütbəsi. Kapitan (futbol) — bir futbol komandasının sahə içində lider olaraq seçilmiş olan oyunçusu. Kapitan (film, 1971) — 1971-ci ildə istehsal olunmuş Almaniya filmi. Kapitan Amerika — super qəhrəman personajı. Gəmi kapitanı — gəmi kollektivində ən yüksək vəzifə.
Kapitan-leytenant
Kapitan-leytenant — Azərbaycan Hərbi Dəniz Qüvvələrində zabit rütbəsi. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə kapitan rütbəsidir.
Kapitan (futbol)
Kapitan — bir futbol komandasının sahə içində lider olaraq seçilmiş olan oyunçusudur. Ümumiyyətlə komandanın daha təcrübəli oyunçularından ya da komanda üzərində sözü keçən oyunçulardan biri komanda kapitanı olaraq seçilir. Adətən, komanda kapitanı onun sol tərəfdən digər oyunçular sarğı fərqlənir. == Öhdəlikləri == Komanda kapitanına oyun qaydaları tərəfindən verilmiş olan tək məsuliyyət başlama vuruşu və ardıcıl penalti atışları əvvəlində pul atışına qatılmaqdır. Qaydalar tərəfindən müəyyənləşdirilmiş başqa bir məsuliyyəti olmasa da hakimlər sahə içindəki oyunçuların ümumi davranışları və ya tamaşaçının davranışları ilə əlaqədar kapitanı yanına çağıraraq danışa bilər. Sahə içərisində texniki direktor kömək edər və komandası əlaqələndirir. Bunun xaricində komandanın qazandığı kuboklar da mükafat mərasimində ilk olaraq komanda kapitanına verilər.
Kapitan (rütbə)
Kapitan (lat. capitaneus, caput — başçı) — Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə kapitan-leytenant rütbəsidir.
Kapitan Amerika
Kapitan Amerika (ing. Captain America) — Marvel Comics nəşriyyatı tərəfindən İkinci dünya müharibəsi illərində — 1941-ci ilin martında yaradılan super qəhrəman personajı. Ən tanınmış Marvel Comics personajlarından biridir. Ən məşhur ifadəsi Qisasçılar komandasına səslənərkən istifadə etdiyi "Qisasçılar, birləşin!" (ing. Avengers, assemble!) ifadəsidir. == Nəşri == 1940-cı ildə yazıçı Co Simon yeni super qəhrəman yaratmaq qərarına gəlmişdi və qəhrəmanın geyimi ilə birlikdə ilk eskizini çəkmişdir. Avtobioqrafiyasında yazırdı: Timely Comicsin (o dövrdə Marvel Comics belə adlanırdı) nəşriyyatçısı Martin Qudman Co Simona "Kapitan Amerika" adlı komiks nəşr etməyə və komiksin baş redaktoru olmağa icazə vermişdir. Cek Kyorbi komiksin nəşrində də Con Simona kömək edirdi. "Kapitan Amerika" komiksinin ilk sayı 1941-ci ilin martında nəşr olunmuşdur. İlk saydaca Kapitanın Adolf Hitleri necə kötəkləməsi təsvir olunmuşdur və 1 milyon nüsxəsi satılmışdır.
Kapitan Fillips
"Kapitan Fillips" — 2013-cü ildə ABŞ tərəfindən istehsal olunmuş və Pol Qrinqrass tərəfindən çəkilmiş triller filmi. Baş rollarda Tom Henks və Barkad Abdi oynamışdır. Ticari dənizçi kapitan Riçard Fillipsin 2009-cu ildə Somalili quldurlar tərəfindən girov götürülməsindən bəhs edən bioqrafik filmdir.
Kapitan Kusto
Jak-İv Kusto (Jacques-Yves Cousteau) (d. 11 iyun 1910 - ö.25 iyun 1997), Fransız okean mütəxəssisi, dəniz zabiti və kino rejissoru. Kapitan Kusto adıyla tanınan Jak-İv Kusto 1910-cu ildə Fransada doğulub. İxtiraçılar okeanı fəth etmək üçün hər zaman cəsarətli ideyalar irəli sürüblər. Hələ eramızdan əvvəl IV əsrdə Aristotel üzüaşağı çevrilmiş qazandan istifadə edib onun içərisindəki havanın köməyi ilə suyun altında nəfəs alan dalğıcları təsvir edib. Bü cür suyadalma üsulu birinci dalğıc günbəzinin yaradılması üçün nümunə olub. Son bir neçə əsrdə insanlar cürbəcür materiallardan çoxlu sayda dalğıc kostyumu yaradaraq sınaqdan keçiriblər. Amma bu kostyumların çoxunun çəkisi ağır, özü isə narahat olub, dalğıcın suyun dibinə müstəqil enməsinə imkan verməyib. 1943-cü ildə iki fransız – tədqiqatçı Jak-İv Kusto və mühəndis Emil Qanyan "sualtı ağ ciyər" – akvalanq ixtira edərək okeanın öyrənilməsi sahəsində əsl inqilab edirlər. Kifayət qədər yığcam və rahat aparat olan akvalanq suyun altında müstəqil hərəkət etməyə imkan verir.
Kapitan Prays
Kapitan Prays (ing. Captain Price)— Call of Duty video oyun seriyasının personajıdır. Call of Duty və Call of Duty 2 oyunlarında Kapitan Prays köməkçi personaj kimi cıxış edir. Onun 45 yaşı var və ingilisdir. Özünü ifadə edən ən fərqləndirici xüsusiyyət onun peçenye toz bığları və siqarlara olan düşkünlüyüdür. Onun güclü intiqam hissi var. Düşmənlərinə qarşı çox qəddardır. O, əsgərləri Gaz, Soap və Yuriyə çox bağlıdır. == Görünmələr == Call of Duty və Call of Duty 2 oyunlarında Kapitan Prays 1941-ci ildə yaradılan Xüsusi Hava Xidmətinin üzvü kimi daha sonra Qərbi Avropada Şimali Afrika kampaniyası da daxil olmaqla II Dünya Müharibəsi cəbhələrində İngilis əsgəri kimi çıxış edib. Call of Duty-nin son missiyalarından birində, tirpitz döyüş gəmisinə sızarkən ölür.Uydurma tərcümeyi-halına görə, o, 1966-cı ilin yanvarında Böyük Britaniyada anadan olub .
Anar Məmmədov (kapitan)
Anar Kərəm oğlu Məmmədov (6 iyun 1984, Dağ Tumas, Cəbrayıl rayonu – 3 noyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Məmmədov 1984-cü il iyunun 6-da Cəbrayıl rayonunun Dağ Tumas kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun tibb xidməti kapitanı olan Anar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. Anar Məmmədov noyabrın 3-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Aqil Məlikov (kapitan)
Aqil Niyaz oğlu Məlikov (6 aprel 1986, Alpan, Quba rayonu – 27 sentyabr 2020, Qaraxanbəyli, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqil Məlikov 1986-cı il aprelin 6-da Quba rayonunun Alpan kəndində anadan olub. 1993-2004-cü illərdə Alpan kənd tam orta məktəbində təhsil alıb. 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Süleyman adında bir oğlu, Xədicə adında isə bir qızı yadigar qaldı. == Hərbi xidməti == Aqil Məlikov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb. Azərbaycan Ordusunun kapitanı olan Aqil Məlikov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aqil Məlikov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Quba rayonunda dəfn olunub.
Birinci dərəcəli kapitan
Birinci dərəcəli kapitan — Azərbaycan Hərbi Dəniz Qüvvələrində zabit rütbəsi. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə polkovnik rütbəsidir.
Cavid Tağıyev (kapitan)
Cavid Aydın oğlu Tağıyev (7 noyabr 1985, Əlibəyli, Tovuz rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Kapitanı, "Gürzə" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri, İkinci Qarabağ müharibəsi qazisi. == Həyatı == Cavid Tağıyev 7 noyabr 1985-ci ildə Tovuz rayonunun Əlibəyli kəndində anadan olub. Hacıalılı kəndində Qasım Rzayev adına orta məktəbində oxumuşdur. 2004-cü ildə orta məktəbi bitirmişdir. Ailəlidir, 2 övladı var. == Hərbi xidməti == Cavid Tağıyev 2004-2006-cı illərdə Daxili Qoşunlarda müddətli həqiqi hərbi xidmət etmişdir. 2008-2010-cu illərdə Azərbaycan Daxili Qoşunlarının Ali Hərbi Məktəbində təhsil almışdır. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "Gürzə" Xüsusi Təyinatlı Dəstəsinin Komandiridir. === Vətən müharibəsi === Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mayoru olan Cavid Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Cavid Tağıyev döyüşlər zamanı Şuşa istiqamətində yaralanıb.
Ceyhun Həsənov (kapitan)
Ceyhun Aydın oğlu Həsənov (29 oktyabr 1985, Çeşməli, Tovuz rayonu – 28 sentyabr 2020 və ya 27 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Ceyhun Həsənov 1985-ci il oktyabrın 29-da Tovuz rayonunun Çeşməli kəndində anadan olub. 1992–2001-ci illərdə Xətai rayonunda Ə. Abbasov adına 257 nömrəli tam orta məktəbdə, 2001–2004-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2004–2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) "Motoatıcı" ixtisası üzrə ali hərbi təhsil alıb. Ailəli idi, 2 əkiz oğlu yadigar qaldı. == Hərbi xidməti == Ceyhun Həsənov 2009–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2019-cu ildən isə o, Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun kapitanı olan Ceyhun Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ceyhun Həsənov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. İkinci Fəxri Xiyabanda dəfn olunub.
Cəlil Cavadov (kapitan)
Cəlil Ağaddin oğlu Cavadov (29 mart 1989, Xəlfəkücə, Lerik rayonu – 27 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəlil Cavadov 1989-cı il martın 29-da Lerik rayonunun Xəlifəkücə kəndində anadan olub. 1995-2003-cü illərdə Z. Səfərov adına Blaband kənd tam orta məktəbində, 2003-2006-cı illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun kapitanı olan Cəlil Cavadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəlil Cavadov oktyabrın 27-də Hadrutun azad edilməsi zamanı rayonun Cütcü kəndi istiqamətində şəhid olub. Lerik rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlil Cavadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlil Cavadov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlil Cavadov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cəlil Cavadov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elnur Cəfərov (kapitan)
Cəfərov Elnur Cəfər oğlu (1978, İliç rayonu – 23 yanvar 2014, Tərtər rayonu) — kapitan, şəhid, "Hərbi xidmətdə fərqlənməyə görə" medalı (3-cü dərəcə) laureatı. == Həyatı == Elnur Cəfərov 1978-ci ildə doğulub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsi tərəfindən 1996-cı il tarixində hərbi xidmətə çağırılıb. 2014-cü il yanvarın 23-də saat 13.45-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq, Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığındakı mövqelərindən üzbəüz mövqeləri atəşə tutublar. Kapitan Elnur Cəfərov döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən 2014-cü il yanvarın 23-də şəhid olub. 2014-cü il yanvarın 23-də şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Elnur Cəfərovun cənazəsi doğulduğu Naxçıvan Muxtar Respublikasına aparılıb. Mərhumun nəşi Naxçıvan hava limanında izdihamla qarşılanıb. Elnur Cəfərovun nəşi Naxçıvanda dövlət səviyyəsində qarşılanıb. Onu doğulduğu kənddə deyil, Şərur rayonunun mərkəzində olan Şəhidlər Xiyabanında dəfn ediblər.
Elçin İsmayılov (kapitan)
Elçin Mübariz oğlu İsmayılov (30 may 1989, Ucar – 7 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elçin İsmayılov 1989-cu il mayın 30-da Ucar şəhərində anadan olub. 1995-2006-cı illərdə Ucar şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Ali hərbi təhsilini 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) "Motoatıcı Taqım Komandiri" ixtisası üzrə alıb. 2010-2011-ci illərdə isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) təlimlərdə olub. Ailəli idi. 2 oğlu yadigar qalıb. == Hərbi xidməti == Elçin İsmayılov 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində Motoatıcı Taborun Taqım Komandiri vəzifəsində xidmət edib. Həmin hərbi hissədə bir müddət xidmət etdikdən sonra isə Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başladı. Xüsusi Təyinatlı Qüvvələrin seçim mərhələsində 300 nəfərdən 20 nəfəri mərhələni uğurla başa vurdu.
Fikrət Məmmədov (kapitan)
Fikrət Akif oğlu Məmmədov (d. 1982; Azərbaycan - ö. 28 may 2014; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı. 2014-cü ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. == Həyatı == Fikrət Məmmədov 1982-ci ildə anadan olub. == Hərbi xidməti == Kapitan Fikrət Məmmədov 2014-cü ildə, mayın 27-dən 28-nə ötən gecə, saat 2.55 radələrində Azərbaycan-Ermənistan təmas xəttinin Füzuli rayonu istiqamətində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Mayın 29-u isə Fikrət Məmmədov Bakı şəhərində, II Fəxri Xiyabanda son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kapitan Məmmədov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Fikrət Məmmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.
Fərid Əliyev (kapitan)
Fərid Əliyev (tam adı: Fərid Vaqif oğlu Əliyev) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Haqqında == Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Fərid Əliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Gündüz Abdullayev (kapitan)
Abdullayev Gündüz Məhərrəm oğlu (22 iyun 1965, Sumqayıt – 9 yanvar 1999, Bakı) — Kapitan, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş Qarabağ müharibəsi döyüşçüsü (ölümündən sonra). == Həyatı == Gündüz Abdullayev 22 iyun 1965-ci ildə Sumqayıt şəhərində anadan olub. Gündüzün hələ uşaq yaşlarından hərb sənətinə böyük marağı olub. Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Gündüz 1981-ci ildə Sumqayıt şəhəri 17 saylı peşə məktəbinə daxil olur. Lakin orta təhsilini yarımçıq qoymur. Orta təhsili çox yaxşı qiymətlərlə başa vurur. 1981-ci ildə SSRİ silahlı qüvvələrində hərbi xidmətə çağırılan Gündüz, Almaniyada qulluq edir. Elə burada qulluq edərkən gələcək həyat yolunu müəyyənləşdirir. Almaniyada 1985-ci ildə praporşiklər (gizirlər) məktəbini bitirir. == Ailəsi == Ailəli idi, iki az yaşlı övladı vardı.1 oğlu ,1 qızı vardı.
Hikmət Hacıyev (kapitan)
Hikmət Şubay oğlu Hacıyev (7 dekabr 1984; Şəmkir, Azərbaycan — 8 noyabr 2020; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hikmət Hacıyev 7 dekabr 1984-cü ildə Şəmkir şəhərində dünyaya göz açmışdır. Əslən Göyçə mahalının Nərimanlı kəndindən idi. Orta təhsilini doğulduğu şəhərdə alan Hikmət 1999-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. == Hərbi xidməti == 2006-cı ildə leytenant rütbəsi ilə hərbi xidmətə başlamışdır. 3 il Füzulidə xidmət etmişdir. 2014-cü ildə kapitan rütbəsi almışdır. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun kapitanı olan Hikmət Hacıyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
I dərəcəli kapitan
Birinci dərəcəli kapitan — Azərbaycan Hərbi Dəniz Qüvvələrində zabit rütbəsi. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə polkovnik rütbəsidir.
Kamil Şirinov (kapitan)
Kamil Əliş oğlu Şirinov (9 aprel 1991; Çuxanlı, Salyan rayonu — 29 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamil Şirinov 1991-ci il aprelin 9-da Salyan rayonunun Çuxanlı kəndində anadan olub. 1997-2006-cı illərdə Z. Həmidov adına Çuxanlı kənd tam orta məktəbində, 2006-2009-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Kamil Şirinov 2013-cü ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edirdi. Kamil Şirinov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb və fərqlənib. Azərbaycan Ordusunun kapitanı olan Kamil Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamil Şirinov sentyabrın 29-da Füzulinin azad edilməsi zamanı snayper gülləsi nəticəsində şəhid olub.
Kamran Fərəcov (Kapitan)
Kamran Qılman oğlu Fərəcov (14 yanvar 1978; Astara rayonu, Azərbaycan — 21 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamran Fərəcov 1978-ci il yanvarın 14-də Astara rayonunun Səncərədi kəndində anadan olub. Ailəli idi. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kapitanı olan Kamran Fərəcov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamran Fərəcov oktyabrın 21-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Astara rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Fərəcov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Fərəcov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Fərəcov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Значение слова в других словарях

апси́да закоди́ровать суди́ть эли́зий бе́йка лепрозо́рий перева́ривать разноголо́сица светонепроница́емый со сладостра́стием стили́стика шлю эхоэнцефалоскопи́я -стереть absit omen authentic gymnogynous thick unreplaceable untenable what-d'ye-call-'em дровяной овощевод первопечатный фуляр