ŞƏB

сущ. устар.
1. ночь
2. тьма, мрак
3. чёрные волосы
ŞEZLONQ
ŞƏBAB
OBASTAN VİKİ
AZAL-ın marşrut şəbəkəsi
Azərbaycan Hava Yolları - AZAL aşağıdakı istiqamətlərdə uçuşlar həyata keçirir.
Aktor-şəbəkə nəzəriyyəsi
Aktor-şəbəkə nəzəriyyəsi (ing. Actor-network theory, ANT) və ya "tərcümə sosiologiyası" (sociology of translation) — sosial tədqiqatlarda ilkin olaraq elm və texnologiya tədqiqatları (STS) sahəsində yaranan, obyektləri (artifaktlar, texniki komplekslər, heyvanlar və s.) sosial münasibətlərin fəaliyyət göstərən vahidləri kimi nəzərdən keçirən yanaşma. == Haqqında == Bu yanaşma sosial nəzəriyyədə ən məşhur və mübahisəli yanaşmalardan biridir. Onun tərəfdarları qeyri-insani insanların sosial sistemlərdə və münasibətlərdə fəaliyyət göstərən agent kimi görünməsini tələb edirlər. Mişel Kallon, Bruno Latur və Con Lo tərəfindən yaradılmış yanaşma daha dəqiq şəkildə "material-semiotik" kimi təsvir edilə bilər. Bu o deməkdir ki, o, həm maddi (əşyalar arasında), həm də semiotik (məfhumlar arasında) olan münasibətləri eyni şəkildə təsvir edir. Aktor-şəbəkə nəzəriyyəsi kollektiv sosial-texniki proseslərin öyrənilməsi üçün konseptual çərçivədir. Onun tərəfdarları hesab edirlər ki, elmin fəaliyyəti digər sosial hadisələrin fəaliyyətindən əsaslı şəkildə fərqlənmir. Onlar elmi biliklərin istehsalını nə təbiət (elmi realizm), nə də mədəniyyət (sosial konstruktivizm) vasitəsilə izah etmirlər. Bunun əvəzinə onlar hesab edirlər ki, elm sosial, texniki, konseptual və mətn komponentlərinin bir araya gətirildiyi və dəyişdirildiyi (və ya tərcümə edildiyi) heterojen mühəndislik prosesidir.
Alim Şəbiyev
Şəbiyev Alim Böyükağa oğlu (31 mart 1968, Yardımlı rayonu – 9 aprel 1993, Kəlbəcər rayonu) — 1-ci Qarabağ müharibəsinin şəhidi == Həyatı == Alim Şəbiyev 1968-ci il martın 31-də Yardımlı rayonunda anadan olub. == Hərbi xidməti == Şəbiyev Alim Böyükağa oğlu orta məktəbi bitirdikdən sonra 1986-1988 -ci illərdə Belarusiyanın Qrodni şəhərində N saylı hərbi hissədə Tank qosşunları diviziyasında qulluq etmişdir. 1-ci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir. Şəbiyev Alim 09.04.1993-cü il tarixdə Kəlbəcər istiqamətində, məşhur "Murov əməliyyatında" iştirak etmiş və qəhrəmancasına şəhid olmuşdur. 01.05.1993 tarixində Bakı şəhəri Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Qaradağ rayonu Lökbatan qəsəbəsində adına küçə verilmişdir.
Almaz (Şəbüstər)
Almaz (fars. الماس‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 326 nəfər yaşayır (108 ailə).
Alçaməlik (Şəbüstər)
Alçaməlik (fars. الوچه ملك‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (36 ailə).
Ammnad (Şəbüstər)
Ammnad (fars. امند‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,282 nəfər yaşayır (605 ailə).
Araz Supermarketlər Şəbəkəsi
== Tarixçə == Araz Supermarketlər Şəbəkəsi 2011-ci ildə 4 mağaza ilə fəaliyyətə başlamışdır. Araz-ın əsas prinsipi qida və qeyri-qida məhsullarını yüksək keyfiyyətlə və ən sərfəli qiymətlə istehlakçıya çatdırmaqdır. Supermarket modelinin Azərbaycanda ilk təmsilçilərindən olan «Araz» öz portfelində 600-dən çox şəxsi məhsula malikdir, eyni zamanda bir çox özəl və yerli brend məhsullarını müştərilərinə təqdim etməyi hədəfləyir. Araz Supermarketlər Şəbəkəsi 2022-ci ilin yanvarına Azərbaycan üzrə 170-dən artıq ​​mağaza ilə xidmət göstərir. O, həmçinin “İstehlak Malları Forumu”nun – (İstehlak Malları Forumu) üzvüdür. Ətraf mühitin mühafizəsinə həssaslıqla yanaşan şirkət, uzunmüddətli istifadə üçün qarğıdalı və kartofdan hazırlanmış ECO çantaları istehlakçılara təqdim edir. Araz Supermarketi Yenidənqurma və İnkişaf Bankları ilə əməkdaşlıq edir.Nüfuzlu "Retail Asia" təşkilatı Sinqapur Pərakəndəçilər Assosiasiyası (Singapore Retailers Association - SRA) ilə birlikdə Asiya qitəsi üzrə dayanıqlı inkişaf nümunəsi göstərən və müştərilərinə unudulmaz təcrübə yaşadan 38 şirkətin siyahısını açıqladı. Pandemiyanının fəsadlarını fürsətə çevirməyi bacaran, yeni mağaza konspetini tətbiq edən, müştəri mərləzli və fərdiləşdirilmiş xidmət konsepsiyasını ortaya qoyan, şəxsi markalarını genişləndirən və elektron kommersiyaya investisiya qoyan şirkətlər arasında "Retail Asia Awards-2021"-in qalibləri müəyyən olundu. 12-16 iyul tarixinlərində keçirilən tədbirdə "Araz Supermarket" MMC Azərbaycan üzrə "İlin qida və içki pərakəndəçisi" mükafatına layiq görüldü. == Market Sayı == •Hazırda “Araz” supermarketlər şəbəkəsi paytaxt Bakı və ətraf kəndlər, Xırdalan, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Daşkəsən, Saatlı, İmişli, Quba, Zaqatala, Şirvan, Yevlax, Sabirabad, Masazır, Şuşa və s.
Avropa (ümumi şəbəkə portalı)
Avropa (ümumi şəbəkə portalı) — Avropa Birliyinin rəsmi ümumi şəbəkə səhifəsidir. Səhifə ziyarətçilərini ola biləcək ən sürətli şəkildə axtardıqları məlumat ya da ehtiyac etdikləri xidmət vahidinə istiqamətləndirmək və Avropa Birliyi vətəndaşlarının Avropa Birliyi təşkilatları təsirini artırmaq məqsədiylə yaradılmışdır.
Azərbaycan Hava Yollarının marşrut şəbəkəsi
Azərbaycan Hava Yolları - AZAL aşağıdakı istiqamətlərdə uçuşlar həyata keçirir.
Azərbaycan Xalq Cümhuriyyətinin dəmir yol şəbəkəsi
Cümhuriyyət Hökumətinin qərarı ilə 1918 il iyunun 1-dən ölkə ərazisindəki bütün dəmir yol xətləri müstəqil Azərbaycan dəmir yoluna çevrildi. == Fəaliyyət == Azərbaycan Dəmir Yolu İdarəsi yaradıldı. Həmin dövrdə Azərbaycan dəmir yollarının ümumi uzunluğu 954,2 km (894,4 versi) idi. Onun 498,2 km-i (467 versi) Qərb (Bakı — Böyük Kəsik), 187,8 km-i (176 verst) Şimal (Biləcəri — Yalama), 189,9 km-i (178 verst) Cənub-qərb (Uluxanlı — Culfa), 51,2 km-i (48 verst) Cənub (Ələt — Zubovka) istiqamətlərinin, 27,1 km-i (25,4 verst) "neft sahəsi"nin (Bakı — Balaxanı — Sabunçu — Suraxanı) payına düşürdü. 1918 ilin sentyabrında Azərbaycan Dəmir Yolu İdarəsinin sərəncamında cəmi 235 parovoz (o cümlədən işlək 52, təmirdə 14, təmir gözləyən 169) və 4092 vaqon (o cümlədən 2075 yük vaqonu, 2017 vaqon-sistern var idi; onların 52%-i istis mara yararlı idi) vardı Müstəqil Azərbaycan Hökuməti təşkil edildiyi ilk gündən ölkənin yol təsərrüfatına rəhbərlik üçün Yollar Nazirliyi yaradılmışdı. Yollar naziri vəzifəsini bütün Hökumət kabinelərində Xudadat bəy Məlik-Aslanov icra etmişdir. == Osmanlı, Gürcüstan, Ermənistan və Azərbaycan arasında sazişin imzalanması == 1918 il iyunun 4-də Batumda Azərbaycan, Osmanlı, Gürcüstan və Ermənistan hökumətləri arasında Cənubi Qafqaz dəmir yollarının vaqon-parovoz parkını bölüşdürmək barədə saziş bağlandı. Azərbaycan tərəfindən Məhəmməd Əmin Rəsulzadə və Məmməd Həsən Hacinskinin imza ladıqları həmin sənədə görə, Cənubi Qafqazın vaqon-parovoz parkı tərəflər arasında, sazişi imzalayan ölkələrin ərazisindən keçən dəmir yolu xətlərinin uzunluğuna uyğun olaraq, bölüşdürülməli idi, lakin Cənubi Qafqaz respublikaları arasında ərazi mübahisələri olduğuna görə sazişin müddəaları reallaşmadı. Buna görə də, Azərbaycan Xalq Cümhuriyyəti 1918 il dekabrın 26-da Gürcüstanla ayrıca müqavilə bağladı. Müqaviləyə əsasən, Azərbaycan tərəfi Gürcüstan dəmir yolunun normal istismarı üçün mazut və digər neft məhsulları verməyi öhdəsinə götürdü.
Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi
"ASAN xidmət" — Azərbaycan Respublikasında dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzlər.> ASAN sözünün açılışı ingiliscə "Azerbaijan Service and Assessment Network"dür (azərb. Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi‎). "ASAN xidmət" Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tabedir. İlk "ASAN xidmət" mərkəzi 2013-cü ildə fəaliyyətə başlayıb. Hal-hazırda 25 mərkəz fəaliyyət göstərir. Onlardan 7-si Bakıda, on səkkizi sə Azərbaycanın bölgələrindədir. "ASAN xidmət"ə indiyə qədər 60 milyondan çox müraciət edilib. Xidmətlərin göstərilməsində könüllülər də cəlb olunur. "ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanlarının vətəndaşlara göstərdiyi xidmətlərdən başqa funksional yardımçı xidmətlər də təklif olunur. Həmçinin mərkəzlərdə sosial layihələr də keçirilir.
Ağkəhriz (Şəbüstər)
Ağkəhriz (fars. اق كهريز‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. Şəbüstər qəsəbəsindən 10 km şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 261 nəfər yaşayır (68 ailə).
Aşağı Çilləxana (Şəbüstər)
Aşağı Çilləxana (fars. چله خانه سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 367 nəfər yaşayır (74 ailə).
Aşağı Şəbili (Qoşaçay)
Aşağı Şəbili (fars. ‎شيبلوي سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,635 nəfər yaşayır (398 ailə).
Aşağı Şəbli (Puldəşt)
Aşağı Şəbli (fars. شيبلوي سفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 317 nəfər yaşayır (62 ailə).
Bağ-i Vəzir (Şəbüstər)
Bağ-i Vəzir (fars. باغ وزير‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 610 nəfər yaşayır (147 ailə).
Behşteyn şəbpərəsi
Bexşteyn şəbpərəsi
Bexşteyn şəbpərəsi (lat. Myotis bechsteinii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü. Yarasa alman naturalisti Yohan Bexşteynin şərəfinə adlandırılıb. == Yayılması == Avropanın şərqində, Kiçik Asiya, Şimali İran və Qafqazda yayılmışdır. Qafqazın Qaradəniz sahillərində üstünlük təşkil edir. Azərbaycanda ilk dəfə olaraq 1986-cı ildə Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında tapılmışdır. 30–40 şəbpərədən ibarət balalama koloniyası Qəbələ rayonunun Xəzra kəndində orta əsrlərə aid qəbiristanlığın dörd sərdabəsinin birində aşkar edilmişdir. Bu koloniya 2010-cu ilədək müşahidə olunmuşdur. Qeyd etmək lazımdır ki, gecə şəbpərələrinə Rusiya ilə həmsərhəd ərazilərdə də təsadüf edilmişdir. == Yaşayış yeri == Gecə şəbpərəsi meşə növü olub, Qafqaşda ancaq enliyarpaqlı meşələrdə rast gəlinir.
Biosfer qoruqlarının ümumdünya şəbəkəsi
Biosfer qoruqlarının ümumdünya şəbəkəsi - davamlı inkişaf prinsipinin əməli tətbiqi formalarından biri, yəni mühafizə olunan ərazilərin elə tipidir ki, qoruqlardan və milli parklardan fərqli olaraq ətraf mühitin mühafizəsi ilə yanaşı ekoloji cəhətdən ciddi məhdudlaşdırılmış təsərrüfat fəaliyyəti də nəzərdə tutulur. Dünyanın müxtəlif ölkələrində artıq 553 biosfer rezervat fəliyyət göstərir ki, bunlar da əslində insanın ətraf mühitlə yeni qarşılıqlı əlaqələrinin həyata keçirildiyi “adacıqlardır”. Biosfer rezervatların bəşəriyyətin gələcək inkişafı üçün böyük əhəmiyyəti ilə əlaqədar dünyanın müxtəlif ölkələrində bu məsələyə həsr olunmuş elmi-praktiki forumlar keçirilir.
Bığlı şəbpərə
Bığlı şəbpərə (lat. Myotis mystacinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü. == Xarici görünüşü == Bədənin uzunluğu 38-48 mm, quyruğun uzunluğu isə 32-46 mm-dir. Qulaqları nisbətən uzundur (13-17 mm). Qulağın arxa kənarının yuxarı hissəsində yaxşı hiss olunan kəsik vardır. Qulağın dəri çıxıntısının uzunluğu (6,5-9,0 mm) qulağın uzunluğunun təqribə yarısına bərabərdir. Xəzin rəngi adətən açıqdır. Yaşlı fərdlərin rəngi adətən parlaq olub, bədənin üst tərəfi parlaq sarıdansəməni və ya bozumtul açıq-sarı rəng arasında dəyişir. Bədənin alt tərəfinin rəngi ağla bozumtul-ağ arasında dəyişir. Bütün tüklərin əsası yaşıl-boz və ya tünd-boz rəngdədir.
Bənis (Şəbüstər)
Bənis (fars. بنیس‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafiyası == Bağlar və yaşıllıqlar əsasən dağdan gələn su kanalları ilə sulanır. Kənd meydanının ətrafında məscid, ictimai hamam və müxtəlif mağazalar var. Əsas yol asfaltlaşdırılmışdır. == Əhalisi == Yaz aylarında Benisin əhalisi əhəmiyyətli dərəcədə artır. Kənd təsərrüfatı Benisdə yerli bir sənayedir və inkişaf etməyə davam edir. XIX əsrdə kənddən köçlərin çoxu İstanbul, Bakı və Tiflis kimi xarici şəhərlərə olmuşdur. Rusiya İnqilabından sonra Benisdən İran daxilinə və Abadan, Əhvaz və Tehran kimi şəhərlərə daha çox köç yaşanmışdır. Bir çox işçi əsasən, qənnadı istehsalı, karbamid və kağız emalı müəssisələrində işləyirlər.
Bəycəxatun (Şəbüstər)
Bəycəxatun (fars. بيگجه خاتون‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 707 nəfər yaşayır (193 ailə).
Cırtdan şəbpərə
Diaspora (sosial şəbəkə)
Diaspora qeyri-kommersiya, istifadəçiyə məxsus, paylanmış sosial şəbəkədir. Şəbəkəni yaratmaq üçün qarşılıqlı fəaliyyət göstərən bir qrup müstəqil qovşaqdan ("podlar" adlanır) ibarətdir. Sosial şəbəkə heç bir şəxsə və ya quruma məxsus deyil, onu korporativ ələ keçirməyə və ya reklamlara məruz qoymur. Onun tərtibatçısına görə, "paylanmış dizaynımız o deməkdir ki, heç bir böyük korporasiya heç vaxt diaspora nəzarət etməyəcək.Layihənin əsası Nyu York Universitetinin Courant Riyaziyyat Elmləri İnstitutunun tələbələri Den Grippi, Makswell Salzberg, Raphael Sofaer və İlya Jitomirskiy tərəfindən qoyulmuşdur. Qrup Kickstarter vasitəsilə 200.000 dollardan çox crowdfunding əldə etdi. İstehlakçı alfa versiyası 23 noyabr 2010-cu ildə buraxıldı. Diaspora proqram təminatı GNU-AGPL-3.0 şərtlərinə əsasən lisenziyalaşdırılıb. Onun inkişafı Diaspora Fondu tərəfindən idarə olunur. Azad Proqram Dəstəyi Şəbəkəsinin (FSSN). FSSN öz növbəsində Eben Moglen və Proqram Azadlığı Hüquq Mərkəzi tərəfindən idarə olunur.
Dizac Xəlil (Şəbüstər)
Dizac Xəlil (fars. ديزج خليل‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 4,048 nəfər yaşayır (1,203 ailə).

Значение слова в других словарях

голоту́рии доста́точек кво́хнуть оса́днивать помно́жить рудя́к сверхуро́чные скафа́ндр сродство́ виндсерфинги́ст возмо́жно га́мма-лазер занава́живать солипси́ст audient catechetic chide cinchona tree depth giant's-stride pagoda sleeve scrounder unartful дислокация слободка