TABLO

сущ.
1. полотно, картина. “Sevinc” tablosunun müəllifi rəssam M. Abdullayevdir автором полотна “Севиндж” (“Радость”) является художник М. Абдуллаев
2. табло (сигнальный щит со световыми или электромагнитными указателями, показывающими состояние контролируемых объектов). Dəmiryol tablosu железнодорожное табло, elektron tablo электронное табло, işıq tablosu световое табло
TABLI
TABOR
OBASTAN VİKİ
Balkon (tablo)
Balkon (fr. Le Balcon) — Eduard Mane tərəfindən 1868–1869-cu illərdə çəkilmiş rəsm əsəri.
Böyük tablo
Fırtına (tablo)
Fırtına (it. La Tampesta) italyan rəssam Corconenin 1506-1508 illərə aid intibah əsəri. Əslən Venesiyalı əsilzadə Gabriele Vendramin tərəfindən hazırlanan rəsm əsəri indi İtaliyada Venesiyada Gallerie dell'Accademia -da sərgilənir. İncəsənət tarixçilərinin müzakirələrinə baxmayaraq əsərin mənası hələ də müəmmalı olaraq qalır. Əsər rəssamın ilk rəsmi olaraq bilinir. == Təsvir və şərhlər == Əsərin sağ tərəfində bir qadın yanında körpəsi ilə oturub. Qadın 1530 -cu illərdən bəri olan “Çingənə” kimi təsvir olunub. İtaliyada rəsm “La Zingara e il Soldato”(“Qaraçı qadını və Əsgər”) və ya La “Zingarella e il Soldato” (“Qaraçı qızı və Əsgər”) olaraq tanınır. Uzun bir çubuq və ya nizə tutan adam, rəsmin sol tərəfində t, təsvir edilib. O gülümsəyərək sağ tərəfə baxsa da onun bu tərəfdə oturan qadına baxdığı görünmür.
Nana (tablo)
Nana (fr. Nana) - Eduard Mane tərəfindən 1877-ci ildə çəkilmiş rəsm əsəri.
Olimpiya (tablo)
Olimpiya (fr. Olympia) — Fransa rəssamı Eduard Manenin 1863-cü ildə tamamladığı rəsm əsəri. Realizm cərəyanının nümunəsi olan əsər hal-hazırda Parisdə yerləşən Orse muzeyində sərgilənir. Tablo ilk dəfə 1865-ci ildə Paris Salonunda rəssamın digər əsəri olan "Əsgərlər tərəfindən xor baxılan İsa" rəsmi ilə birlikdə sərgiləndiyində böyük bir qalmaqala səbəb olmuşdur. Əsərdə fahişə olduğu təəssüratı oyandıran çılpaq ağ bir qadın üzərində yastıqlar olan bir yatağa uzanmış halda təsvir edilmişdi. Qadına əlində bir buket çiçək tutan zənci bir xidmətçi və qara pişik yoldaşlıq edirdi. Mane klassik tabloların əksinə heç bir əlavə fikir ehtiva etməyən gerçək bir çılpaq çəkmişdi. Dövrün tamaşaçıları və tənqidçiləri bir tanrı yerinə fahişənin mövzu edildiyi, kəskin ana xətlərə və təzad ehtiva edən sərt rənglərə sahib rəsm əsəri ilə qarşılaşdıqda çox təəccübləndilər. Rəsmdə təsvir edilən qadının izləyənlərə utanmazca baxması, işığın qadının solğun bədəninə və üzərində yatdığı atlaz ədyallarda əks olunması maraq çəkdi. Həmin il Paris Salonu haqqında yazılan 85 məqalənin 72-i gənc qızların və hamilə qadınların uzaq dayanmaları mövzusunda xəbərdar edildikləri "Olimpiya" rəsmi haqqında idi.
Adsız tablo (roman)
Adsız Tablo (ing. unnamed table)— Elxan Elatlı tərəfindən 2003 cü ildə nəşr edilmiş roman == Məzmunu == Bakı şəhəri... 1 aprel 2013-cü il Əslində adi günlərdən biri... Bu tarix hər il dünyada gülüş günü kimi qeyd olunur.Amma hər gün,o cümlədən bu gün də yer üzündə minlərlə insanın müxtəlif səbəblərdən öldüyünü,milyonlarla insanın xəstəlikdən can çəkdiyini düşünəndə,anlayırsan ki, dünyanın vahıd bir gülüş günü ola bilməz.Onsuz da taleyi kimin üzünə gülürsə,o adam qəlbən gülür,kimə sərt üz göstərirsə ağlayır.Heç bir fərq qoyulmadan,ilin hər bir günündə.. Bizdə isə əlavə olaraq bu günə Aldatma Günü də deyilir.İlin hər bir günündə bir-birimizi aldatmağımız azmış kimi,bunun üçün məxsusi bir gün də ayırmışıq. Yox, narahat olmayin, sizi nə aldatmaq fikrimiz var,nə də güldürmək.Sadəcə, həmişə, hər yerdə baş verə biləcək bir adi əhvalat danışacağıq sizə... Və bəlkə də bir az qeyri adi... Çoxdan susmuş cib telefonu bu gün ikinci dəfə səsləndi.Öz mənzilindəki iş masasının arxasında oturub noutbukla təyyarə bileti sifariş verən polkovnik Qasımlı üz gözünü turşudub işindən ayrıldı.Zəng yad nömrədən gəlirdi.Həm də rəqəmləri ahəngdar ardıcıllıqla düzülmüş xüsusi bir nömrədən. Belə nömrələr həvəskar müştərilərə azı beş yüz manata satılırdı.Adi nömrələrin beş manata olduğunu nəzərə alsaq,yüz dəfə baha idi... Zəng vaxtından əvvəl kəsildi..Demək kimsə onu narahat etməyə çətinliklə cəsarət tapmışdı.Görəsən bu kim idi?Onun telefon nömrəsini çox az adam bilirdi və bu adamlar da çox nadir hallarda zəng vururdular.Məsələn az əvvəl nahar vaxtı Boris Nİkitin Moskvadan zəng vurub onu oğlunun toyuna dəvət etdi.Gör illər necə tez keçib gedirdi.Əgər Qasımlının yeganə övladı olan qızı o vaxt bir yaşında qətlə yetirilməsəydi indi yeniyetmə qız olacaqdı.Borisin oğlundan yeddi-səkkiz yaş kiçik...Boris ondan çox tez evlənmişdi.Toy aprelin 5-də olacaqdı.Ona görə də bir gün əvvələ,gündüz saat 10.40-a bilet sifariş verdi.Deməli,iki əzizini və bolluca xatirələrini qoyub gəldiyi Moskvaya uçmağına üç sutkadan az vaxt qalırdı.
Kartof yeyənlər (tablo)
Kartof yeyənlər (nid. De Aardappeleters) — Vinsent van Qoqun Brabant dövrünə aid məşhur rəsm əsərlərindən biri. == Tablonun tarixi == Nyüenendə yaşadığı dövrdə Van Qoq təbiətə və kənd həyatına yaxın olmağa çalışır. 1885-ci ilin aprelində qardaşı Teoya yazdığı məktubda o bildirir: "İstisna etmirəm ki, ömrümün sonunacan burada qalacağam. Mahiyyət etibarilə, mənim cəmi bir arzum var- kənddə yaşayıb kənd həyatını təsvir etmək".Elə həmin məktubda Van Qoq "Kartof yeyənlər" adlanan tablo çəkmək istəyini qardaşına bildirir, lakin o hələ əmin deyil ki, nahar yoxsa şam yeməyini təsvir edəcək, işıq gün işığı yoxsa lampa işığı olacaq.Bu tablonu rəssam 1885-ci ilin aprel-may aylarında Nyuenendə çəkmişdir. Lakin etüdlərlə üzərində iş hələ qışda başlanmışdı. "Kartof yeyənlər" tablosunda Van Qoq dostlaşdığı Qrootlar ailəsini təsvir etmişdir. De Qrootlar kəndli idilər. Ailə ata, ana, oğul və iki qızdan ibarət idi və onlar tarlada işləyirdilər. Onlar kasıb olduqlarından əsas yeməkləri kartof idi.
Sevastopol mühasirəsi (tablo)
Sevastopol mühasirəsi (rus. Панорама Оборона Севастополя ) - 1901-1904-cü illər ərzində fransız əsilli rus rəssamı Frans Rubo tərəfindən çəkilmiş rəsm əsəri. Tablo Panorama rəssamlığının ən mühüm nümunələrindən biri hesab olunur və əsərdə 1854-1855-ci illərdə Krım yarımadasının Sevastopol şəhəri yaxınlığında baş vermiş qanlı döyüş təsvir edilmişdir. == Əsər == Sevastopol mühasirəsi tablosunda 1854-1855-ci illərdə Rusiya İmperiyası ilə ittifaq dövlətləri arasında Sevastopol şəhəri ətrafında baş vermiş döyüş təsvir olunmuşdur. Rəsm əsəri böyüklüyü səbəbindən dairəvi planda tikilmiş xüsusi pavilyonda sərgilənmişdir. Frans Rubo rəsm əsərinin üzərində 1901-ci ildən etibarən işləməyə başlamış və işlər üç ərzində davam etmişdir. Rəssam, tablonu çəkməmişdən əvvəl Sevastopol şəhərinə gedərək tərəflər arasında döyüşün baş verdiyi əraziləri ziyarət etmiş və döyüşün təsvir olunduğu onlarla hərbi raportlarla tanış olmuşdur. Rubo eyni zamanda müharibədə iştirak etmiş, ancaq sağ qalmış keçmiş döyüşçülərlə də söhbətlər aparmışdır. Əsərin ilk eskizi Sankt-Peterburq şəhərində, rəssamın çalışdığı emalatxanada çəkilmişdir. Əsərin çəkilməsinə Bavariya Rəssamlıq Akademiyasının mərkəzi emalatxanasında davam etdirilmişdir və rəssam tərəfindən burada 115 metr enində, 14 metr uzunluğunda kətan lövhədən istifadə olunmuşdur.
Sevastopolun mühasirəsi (tablo)
Sevastopol mühasirəsi (rus. Панорама Оборона Севастополя ) - 1901-1904-cü illər ərzində fransız əsilli rus rəssamı Frans Rubo tərəfindən çəkilmiş rəsm əsəri. Tablo Panorama rəssamlığının ən mühüm nümunələrindən biri hesab olunur və əsərdə 1854-1855-ci illərdə Krım yarımadasının Sevastopol şəhəri yaxınlığında baş vermiş qanlı döyüş təsvir edilmişdir. == Əsər == Sevastopol mühasirəsi tablosunda 1854-1855-ci illərdə Rusiya İmperiyası ilə ittifaq dövlətləri arasında Sevastopol şəhəri ətrafında baş vermiş döyüş təsvir olunmuşdur. Rəsm əsəri böyüklüyü səbəbindən dairəvi planda tikilmiş xüsusi pavilyonda sərgilənmişdir. Frans Rubo rəsm əsərinin üzərində 1901-ci ildən etibarən işləməyə başlamış və işlər üç ərzində davam etmişdir. Rəssam, tablonu çəkməmişdən əvvəl Sevastopol şəhərinə gedərək tərəflər arasında döyüşün baş verdiyi əraziləri ziyarət etmiş və döyüşün təsvir olunduğu onlarla hərbi raportlarla tanış olmuşdur. Rubo eyni zamanda müharibədə iştirak etmiş, ancaq sağ qalmış keçmiş döyüşçülərlə də söhbətlər aparmışdır. Əsərin ilk eskizi Sankt-Peterburq şəhərində, rəssamın çalışdığı emalatxanada çəkilmişdir. Əsərin çəkilməsinə Bavariya Rəssamlıq Akademiyasının mərkəzi emalatxanasında davam etdirilmişdir və rəssam tərəfindən burada 115 metr enində, 14 metr uzunluğunda kətan lövhədən istifadə olunmuşdur.
Tuileriesdə Musiqi (tablo)
Tüilridə musiqi — Eduard Manenin yaradıcılığının ilk dövründə çəkdiyi əsərlərindən biridir. Əsər rəssamın həmin dövrdəki üslubunu əks etdirir. Tabloda Frans Hals və Dieqo Velaskesin təsiri hiss olunur. Bundan əlavə, sənətçinin ömrünün sonunadək maraq dairəsində olan “boş vaxt” mövzusunun da xəbərçisidir. Bir sıra tənqidçilər bu rəsm əsərini natamam sayırdı. Tabloda o dövrdə Tüilri bağçalarının musiqi və söhbətlə dolu atmosferi müşahidə olunur. Əsərdə Mane dostlarını, rəssamları, yazıçıları və musiqiçiləri təsvir edib. Bütün bu obrazların arasına öz avtoportretini əlavə etməyi də unutmayıb.
Tüilridə musiqi (tablo)
Tüilridə musiqi — Eduard Manenin yaradıcılığının ilk dövründə çəkdiyi əsərlərindən biridir. Əsər rəssamın həmin dövrdəki üslubunu əks etdirir. Tabloda Frans Hals və Dieqo Velaskesin təsiri hiss olunur. Bundan əlavə, sənətçinin ömrünün sonunadək maraq dairəsində olan “boş vaxt” mövzusunun da xəbərçisidir. Bir sıra tənqidçilər bu rəsm əsərini natamam sayırdı. Tabloda o dövrdə Tüilri bağçalarının musiqi və söhbətlə dolu atmosferi müşahidə olunur. Əsərdə Mane dostlarını, rəssamları, yazıçıları və musiqiçiləri təsvir edib. Bütün bu obrazların arasına öz avtoportretini əlavə etməyi də unutmayıb.
Ulduzlu gecə (tablo)
Ulduzlu gecə (nid. De sterrennacht) — holland post-impressionist rəssamı Vinsent van Qoqun yağlı boya ilə çəkdiyi rəsm əsəridir. 1889-cu ilin iyununda çəkilmiş rəsm, günəş doğmadan əvvəl onun Sen-Remo-de-Provansdəki sanatoriya otağının şərqə baxan pəncərəsindən xəyali bir kəndin əlavə olunduğu mənzərəni təsvir edir. Şəkil 1889-cu ilin iyununda çəkilib; 1941-ci ildən Nyu Yorkdakı Müasir İncəsənət Muzeyində saxlanılır. Van Qoqun maqnum əsəri kimi geniş şəkildə qəbul edilən Ulduzlu Gecə Qərb sənətində ən tanınan rəsmlərdən biridir.
Yəhudi gəlini (tablo)
Yəhudi gəlini (nid. Het Joodse Bruidje) — Rembrandtın həyatının sonlarında çəkdiyi ən sirli rəsmlərindən biri. Qırmızı və qızılı-qəhvəyi tonlarda işlənmiş bu rəsm Rembrandtın son dövrlərinə aiddir və 1665-ci ildə çəkildiyi güman edilir. Rembrandtın bioqrafı Kristofer Vayt yazır ki, bu rəsm incəsənət tarixində “mənəvi və fiziki məhəbbətin qovuşmasının ən böyük ifadələrindən biri kimi qalmışdır”. == Rəsmin tarixi və ad problemi == Rəsmdə hansı süjetin təsvir edildiyi barədə vahid fikir yoxdur. “Artakserks və Zefir”, “Yakov və Rahil”, “Avraam və Sarra”, “Booz və Ruf” kimi versiyalar (ən azı 12 versiya) irəli sürülürdü. “Yəhudi gəlini” adını rəsmə 1825-ci ildə amsterdamlı kolleksiyaçı Van der Noor vermişdir. O səhvən güman edirdi ki, rəsmdə qızına toy hədiyyəsi qismində boyunbağı verən yəhudi ata təsvir edilmişdir. Rembrandtın yəhudi icması ilə sıx münasibətlər qurması və tez-tez yəhudilər üçün sifarişli rəsmlər çəkməsi də bu gümanın xeyrinə idi. Lakin ən inandırıcı görünən versiya odur ki, bu rəsmdə İsaak və Rebekka təsvir edilmişlər, çünki Rembrandtın belə adlanan və oxşar kompozisiyası olan təsviri var (1662-ci il, Nyü-York, Özəl kolleksiya).
Arlda yataq otağı (tablo)
Arlda yataq otağı (nid. Slaapkamer te Arles) – holland postimpressionist rəssam Vinsent van Qoqun məşhur rəsm əsərlərindən biri. Qeyd etmək lazımdır ki, bu rəsm əsərinin üç versiyası mövcuddur. == Əsərin versiyaları == == Maraqlı faktlar == Belə hesab edilir ki, Van Qoq dahi olub. Nə onu nə bunu həmvətənliləri zamanında görə bilmədilər. Ayı 15 Franka dörd otaqlı fligel (əsas binanın yanında tikilmiş ev və ya əlavə tikili, bina) kirayələyən rəssam evə 300 franklıq mebel almışdır. Hec vaxt pulu olmayan van Qoqun pula belə münasibəti təəccüb doğurur. O zaman mehmanxanada 5 franka otaq tutmaq olardı. Təsadüfi əldə edilən miras ona arzusunu həyata keçirməyə imkan vermişdir. 1888-ci ilin mayında fransanın cənubu Arlda emalatxana tutaraq Van Qoq onu anlamayan Paris tənqidçilərindən və rəssamlardan qaçır.
Emalatxanada səhər yeməyi (tablo)
Emalatxanada səhər yeməyi (fr. Le Déjeuner dans l'atelier) — Eduard Mane tərəfindən 1868-ci ildə çəkilmiş rəsm əsəri. Rəsmin içərisində xüsusilə oğlu Léon Koëlla-Leenhoff və rəssam dostu Joseph-Auguste Rousselin var.
Foli-Berjerdə bar (tablo)
Foli-Berjerdə bar (fr. Un bar aux Folies Bergère) — Eduard Mane tərəfindən 1882-cu ildə çəkilmiş rəsm əsəri. Əsər həmin ildə Paris Salonunda nümayiş olunmuşdur. Əsərdə Paris şəhərində yerləşən Foli-Berjer gecə klubundan bir səhnə canlandırılmışdır. Folies-Bergèredə bar Eduard Mane son ən önəmli əsərlərindən biridir, Mane bu tablonu ölümündən bir il əvvəl çəkmiş və tablo üzərində işlər davam etdiyi müddətdə belə Eduard Manenin səhhəti ağırlaşmağa başlamışdır.
Folies-Bergèredə bar (tablo)
Foli-Berjerdə bar (fr. Un bar aux Folies Bergère) — Eduard Mane tərəfindən 1882-cu ildə çəkilmiş rəsm əsəri. Əsər həmin ildə Paris Salonunda nümayiş olunmuşdur. Əsərdə Paris şəhərində yerləşən Foli-Berjer gecə klubundan bir səhnə canlandırılmışdır. Folies-Bergèredə bar Eduard Mane son ən önəmli əsərlərindən biridir, Mane bu tablonu ölümündən bir il əvvəl çəkmiş və tablo üzərində işlər davam etdiyi müddətdə belə Eduard Manenin səhhəti ağırlaşmağa başlamışdır.
Niderland atalar sözləri (tablo)
Niderland atalar sözləri (nid. Nederlandse Spreekwoorden) - Niderland rəssamı Piter Breygel tərəfindən 1559-cu ildə çəkilmiş rəsm əsəri.
Pəri qızın təəccübü (tablo)
Pəri qızın təəccübü (fr. La Nymphe Surprise) - Eduard Mane tərəfindən 1859 - 1861-ci illərdə çəkilmiş tablo.
Qarğalarla taxıl sahəsi (tablo)
Qarğalarla taxıl sahəsi (nid. Tarwe gebied met kraaien) – Holland postimpressionist rəssam Vinsent van Qoqun məşhur və son əsərlərindən biri. Bəzi tənqidçilər tərəfindən onun ən böyük əsərlərindən biri kimi göstərilir. Tez-tez əsərin Van Qoqun son rəsm əsəri olduğu bildirilir. Amma, sənət tarixçiləri heç bir tarixi qeyd olmadığı üçün rəsm əsərinin Van Qoqun sonuncu olduğuna aid fikirlərin qeyri-müəyyən olduğunu bildiriblər.
Saint-Lazare vağzalı (tablo)
Sen-Lazar vağzalı (fr. Le Chemin de fer) — Eduard Mane tərəfindən 1873-cü ildə çəkilmiş rəsm. Əsərdə XIX əsr Paris şəhərinin mənzərəsi təsvir olunmuşdur.
Sen-Lazar vağzalı (tablo)
Sen-Lazar vağzalı (fr. Le Chemin de fer) — Eduard Mane tərəfindən 1873-cü ildə çəkilmiş rəsm. Əsərdə XIX əsr Paris şəhərinin mənzərəsi təsvir olunmuşdur.
Sonuncu şam yeməyi (tablo)
Sonuncu şam yeməyi (it. Il Cenacolo və ya L'Ultima Cena) — XV əsrdə Milanda Leonardo da Vinçi tərəfindən, Lodoviko Sforsa və onun xanımı Beatriçe d'Este üçün yaradılmış divar rəsmi. Rəsm əsərinin mövzusu Yəhya İncilində 13:21 təsvir edilmiş İsanın sonuncu şam yeməyi mövzusundan götürülmüşdür. Bu şam yeməyi zamanı İsa on iki həvarisindən birinin ona xəyanət edəcəyini və onu satacağını bildirmişdi. == Əsər == Sonuncu şam yeməyi əsəri 450 × 870 sm (15 x 29 fut) ölçüdə olub İtaliyanın Milan şəhərindəki Santa Mariya della Qrasiya monastırının yemək otağının arxa divarında çəkilmişdir. Da Vinçi əsəri işlədiyi zaman otaq yeməkxana olmasa da, bu mövzu məbəd yeməkxanaları üçün üstünlük verilən ənənəvi mövzulardan olmuşdur. Əsərin işlənməsi zamanı monastırın əsas kilsə binası yenicə tamamlansa da (1497) Ludoviq Sfroza tərəfindən tutulmuş Donato Bramante tərəfindən yenidən işlənilir və binanın Sfrozalar ailəsinin türbəsi olması nəzərdə tutulurdu. Əsər də Sfroza tərəfindən türbənin mərkəzi divarını bəzəmək üçün sifariş edilmişdi. Şəklin əsas hissəsinin üstündə olan tavanla əsər arasındakı hilal şəkilli aralıq hissə, üç kəmər sırasıyla bəzədilərək mərkəzdə Sfroza ailəsinin gerbi təsvir edilmişdir. Sonuncu Şam Yeməyi əsərinin işləndiyi divarın qarşısındakı divarda isə Covanni Donato da Montorfano İsanın (ə.s.) xaça çəkilməsi səhnəsini təsvir edən bir əsər işləmişdir.
Əbədiliyin qapısında (tablo)
Əbədiliyin qapısında (nid. Op de drempel van de eeuwigheid) — Müəllifi Vinsent van Qoq olan məşhur rəsm əsərlərindən biri.
Çəmənlikdə səhər yeməyi (tablo)
Çəmənlikdə səhər yeməyi və ya Çəmənlikdə piknik (fr. Le Déjeuner sur l'herbe) — Fransız impressionist rəssamı Eduard Manenin 1862-1863-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Tablo hal-hazırda Paris şəhərində Orse muzeyində saxlanılır. Tabloda çılpaq qadınla iki qara geyimli kişi təsvir edilmişdir. Arxa fonda digər bir qadın suyun içərisində təsvir edilib. Eduard Mane Çəmənlikdə səhər yeməyi əsərini 1863-cü ildə tamamlayıb sərgilənmək üçün Paris Salonuna təqdim etdi. Salonda rəsm əsərlərinin qiymətləndirilməsi ilə məşğul olan komitə bu tablo ilə yanaşı, daha 3000 tablonu salonda nümayiş etdirməkdən imtina etdi. İmtinanın əsas səbəbi kimi əsərlərin lazımi keyfiyyətdə olmaması göstərildi. 1863-cü ildə imperator III Napoleonun əmri ilə məşhur muzey və salonlarda sərgilənməkdən imtina edilən tablolar Rədd edilənlər salonu adlı mərkəzdə toplandı. Çəmənlikdə səhər yeməyi tablosu da bu salonda sərgilənməyə başladı.O dövrə qədər Dieqo Velaskes və Fransisko Qoyya kimi ispan rəssamlardan təsirlənən Mane bu tabloda İntibah dövrü rəssamlarından təsirlənmişdir.
Viktorina Möran ispan geyimində (tablo)
Viktoriya Meranut İspan geyimində (fr. Mlle V. en costume d'espada) - Eduard Mane tərəfindən 1862-cü ildə çəkilmiş rəsm əsəri.
Viktoriya Meranut İspan geyimində (tablo)
Viktoriya Meranut İspan geyimində (fr. Mlle V. en costume d'espada) - Eduard Mane tərəfindən 1862-cü ildə çəkilmiş rəsm əsəri.

Значение слова в других словарях

дигра́ф жирнёхонький земново́дные корм лоша́дный неутиха́ющий отду́шник помолоти́ть припа́ивать серде́чность трасси́рование файдеши́н штуко́вина бездо́мничать геммоло́гия плове́ц подпу́хший потупля́ться Сци́лла только мигну́ть падучая listing skimble-skamble подправлять цикорий