TÜFƏNGÇİ

сущ. ружейник (мастер, изготовляющий ружья, а также рабочий ружейного цеха)
TÜFƏNG
TÜFƏNGÇİLİK
OBASTAN VİKİ
Keyxosrov xan (tüfəngçi ağası)
Keyxosrov xan (vəfatı 1674) — Səfəvi hərbi komandiri və gürcü soylu qulam. Şah Süleyman Səfəvi (1666-1694) dövründə 1670-dən 1674-cü ilə qədər silahlı korpusun (tüfəngçi ağası) komandiri vəzifəsini icra etdi. Keyxosrovun anası gürcü Saakadze ailəsindən olan Bican bəy Saakadzenin qızı idi və beləliklə Bicanın oğulları Rüstəm (sepahsalar, vəfatı 1643), Əliqulu xan (vəfatı 1667) və İsa xanın (vəfatı 1654) bacısı oğlu idi. Keyxosrovun oğlu Mənuçöhr 1698-1699-cu illərdə qısa müddətə Darun bəylərbəyi olaraq xidmət etdi. == Mənbələr == Floor, Willem. Safavid Government Institutions. Costa Mesa, California: Mazda Publishers. 2001. səh. 185.
Banqladeş tüfəngçilər qiyamı (2009)
Banqladeş sərhədçilərinin qiyam qaldıraraq sərhəd qoşunlarının paytaxt Dəkkədəki mərkəzi qərargahını tutması nəticəsində ən azı 20 nəfər həlak olub. Bu barədə polisə istinadən yerli telekanallar məlumat yayıblar. Qərb informasiya agentlikləri isə yalnız bir nəfərin həlak olduğunu xəbər veriblər. Verilən məlumata görə, hadisə baş verən zaman milli sərhəd xidmətinin rəhbərliyi paytaxt Dəkkədəki mərkəzi qərargahda konfrans keçirirmiş. Qiyamda 300-400 arası sərhədçinin iştirak etdiyi bildirilib. Qiyamçılar əmək haqqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Sərhədçilər həmçinin yaxınlıqdakı ticarət mərkəzini də ələ keçiriblər. Artıq ordu onların ələ keçirdikləri binalar kompleksini mühasirəyə alıb və qiyamçılardan silahı yerə qoymağı tələb edir. Ərazidə intensiv atəş və partlayış səsləri eşidilir, milli sərhəd xidmətinin binasından tüstü qalxır. Güman edilir ki, ölənlər arasında çarpaz atəş altına düşmüş çoxlu sayda dinc sakin var.
Tüfəngçibaşı
Tüfəngçibaşı və ya tüfəngçiağası — Səfəvilər dövlətində ordu rütbəsi. == İyerarxiyada yeri == Tavernye qeyd edir ki, tüfəngçilərin rəisi və başçısı olub, rütbəsinə görə, əsgəri təşkilatda qorçubaşı və qullarağasından sonra üçüncü yerdə dayanırdı. == Mahiyyəti == Tüfəngçibaşı da dövlət şurasının üzvü olub tüfəngçi hərbi hissəsinin minbaşılarının, yüzbaşılarının, saray carçıları və qulluqçularının ağsaqqalı idi. Ona tabe olanların hamısının tiyul, həmesale, məvacib, barat və mükafatları barədə onun imzası ilə təsdiq edilən təqdimatı əsasında baş vəzirin yazılı hökmü verilirdi. Və bu hökm əsasında onların məvacibi ödənilirdi. Tüfəngçilərin və carçıların, minbaşıların, yüzbaşıların, carçıbaşıların qulluğa götürülməsi, onların tiyul, həmesale və məvacibləri alicah tüfəngçiağasının təqdimatı, baş vəzirin yazılı hökmü əsasında icra olunurdu. Tüfəngçilərə aid bütün problemləri də tüfəngçiağası həll edirdi. Tüfəngçilərin rütbə cədvəlini, həmin idarənin vəziri və mustoufiləri tüfəngçiağasının iştirakı ilə Şaha çatdırırdılar. "Abbasnamə"də göstərilir ki, Ağa Tahir adı ilə tanınan Mir Fəttah Şah Səfi dövründə adi tüfəngçidən Bağdadda tüfəngçiağasıbaşı vəzifəsinə yüksəlmişdi. Ondan şaha çoxlu şikayətlər daxil olmuş və II Şah Abbas etimadəddövlə və bir neçə dövlət məmuruna onun işi və fəaliyyətini yoxlamaq barədə fərman verir.

Значение слова в других словарях

ба́грильщик возде́ржный епи́скопствовать кожее́д кредити́вный курса́нтский надыша́ться понора́вливать притесня́ть указа́ть буржуа́ вломиться в амби́цию овчи́нка выделки не стоит разнима́ть уплощи́ть памфлет стербнуть beatific capsicum falsificator Kathiawar lentando miffy vanity plate айда