UZAQDA

I
нареч. далеко, далёко, вдали. Uzaqda yaşamaq жить далеко, uzaqda gəmi göründü вдали показался корабль
II
послел. kimdən, nədən далеко, вдали от кого-л., чего-л. Vətəndən uzaqda (uzaqlarda) вдали от Родины, evdən uzaqda вдали от дома, şəhərdən uzaqda (uzaqlarda) далеко от города
UZAQBAŞI
UZAQDAN
OBASTAN VİKİ
Hörümçək-adam: Evdən uzaqda
Hörümçək-adam: Evdən uzaqda (ing. Spider-Man: Far From Home) — Marvel Comics tərəfindən nəşr edilmiş Hörümçək-adam komiksinə əsaslanan və 2019-cu ilin iyul ayında çıxarılmış ABŞ epik superqəhrəman filmi. Columbia Pictures və Marvel Studiosun əməkdaşlığı ilə çəkilmiş filmin distribütoru Sony Pictures Releasingdir. 2017-ci ildə çıxarılmış "Hörümçək-adam: Evə qayıdış" filminin sikveli olan "Evdən uzaqda", Marvel Kinematoqrafiya Kainatının (MKK) iyirmi üçüncü filmidir. Film, Kris MakKenna və Erik Sommers tərəfindən yazılmış ssenari əsasında Con Uottsun rejissorluğu ilə çəkilmişdir. Filmdə əsas rolları Tom Holland, Ceyk Cillenhol, Semuel L. Cekson, Zendaya, Kobi Smalders, Con Favro və başqaları canlandırmışlar. "Hörümçək-adam: Evdən uzaqda" filmində, sinif yoldaşları ilə Avropa səfərində olan Piter Parker, Nik Fyuri və Misterio tərəfindən təbiət ünsürlərini təmsil edən Elementallarla mübarizəyə cəlb edilir. 2016-cı ilin oktyabrında "Hörümçək-adam: Evə qayıdış" filminin sikvelinin istehsalı ilə bağlı müzakirələrə başlanılır , ilin sonuna yaxın isə filmə reliz tarixi təyin olunur. 2017-ci ilin iyulunda Tom Hollandın Hörümçək-adam roluna qayıdacağı, ilin sonuna kimmi isə rejissor Con Uottsun və ssenari müəlliflərinin öz vəzifələrinə qayıdacaqları təsdiqlənir. 2018-ci ildə Cekson və Cillenhol müvafiq olaraq Fyuri və Misterio rolları ilə filmin aktyor heyətinə qoşulurlar.
Hörümçək-adam: Evdən uzaqda (film, 2019)

Uzaqdan gələn yağış (roman)
Uzaqdan gələn yağış — Varisin romanı. Yazıçı Varisin "Uzaqdan gələn yağış" romanı müxtəlif dövrlərdə yaşamış gənclərin nakam məhəbbətindən bəhs edir. == Məzmun == İmkanlı bir ailənin gözünün ağı-qarası olan 11-ci sinif şagirdi Ayla təsadüfən metroda unudulmuş bir şeir dəftəri tapır. Şeirlər o qədər xoşuna gəlir ki, gedib onların müəllifi ilə - kənddən Bakıya güzəran qurmağa gəlmiş İsmayıl adlı, şair təbiətli kasıb gənclə tanış olur. Amma bu adi tanışlıq çılğın bir sevgi macərasına çevrilir, sonradan onların üzləşdiyi müsibət isə hər kəsi sarsıdır. Ən sevimli şagirdi olan Aylanın başına gələnlər Rəhilə xanımı daha çox dəhşətə gətirir. O, Ayla ilə İsmayılın taleyində bütün sevən gənclərin taleyinə təhlükə duyur. Rəhilə xanım zahirən xoşbəxt qadındır. Gözəl ailəsi, uşaqları, yaxşı işi var, çalışdığı məktəbdə hamı tərəfindən sevilir. Amma bu qadının heç kimlə bölüşmədiyi, içində ağır yük kimi gəzdirdiyi bir dərdi var - o, uğursuz ilk məhəbbətini hələ də unuda bilmir.
Uzaqdan idarə
Uzaqdan idarə — uzaqdan idarə elektron cihazların, məşhur olaraq televizorların, DVD oxuyucu və digər audio, video qurğuların qısa məsafələrdə uzaqdan idarə ediləbilməsini təmin edən hissəsidir. Uzaqdan idarə ilk nümunələrindən biri, 1898-ci ildə Nikola Tesla tərəfindən "Hərəkət edən vasitə və ya vasitələrin mexanizmlərinin idarəsi üçün cihaz texnikası" adı ilə inkişaf etdirildi. == Tarixi == 29 iyun 1956-cı ildə avstriya əsilli amerikalı ixtiraçı Robert Adler (Robert Adler) televizor üçün ilk pultu yaratmışdır. Zenith Space Commander adlanan bu pult mexaniki idi və kanalın və səsin dəyişdirilməsi üçün ultrasəsdən istifadə edirdi. Maraqlıdır ki, xanımının sözlərinə görə, Adler nadir hallarda televizora baxırdı, o mütaliə etməyi daha üstün tuturdu. Görkəmli ixtiraçı 180 patentin müəllifidir. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Uzaqdan idarəetmə sistemi
Uzaqdan idarəetmə sistemi və ya Fly-by-wire əl ilə idarə edilən uçuş idarəetmələrini elektron interfeyslə əvəzləyən inkişaf etmiş bir uçuşu idarəetmə sistemidir. Bu sistemdə, təyyarə pilotdan asılı olmayaraq sadə bir kompüter tərəfindən idarə olunan süni intellektə sahibdir. Bu missiya kompüteri sürət, hündürlük, hava, təyyarənin texniki məlumatları, çəki və rəqəmsal mühitdə bir çox vacib məlumatları (data) birləşdirərək təyyarəyə ən təhlükəsiz uçuşu təmin edir. Bu texnologiya, yeni nəsil təyyarələr adlanan və uçuşa nəzarət səthlərinin hərəkətinin side-stick adlanan qol ilə təmin olunduğu təyyarələrdə mövcuddur. == İşləmə sistemi == Fly By Wire sistemində 2 və ya daha çox kompüter var (Airbus a320 seriyasında 5 kompüter var, F22 Raptorda isə hər biri 180 mb olan 7 kompüter var). Konsoldakı joystick bir məlumat daxiletmə vasitəsidir. Belə ki; Joysticki yuxarı çəksək, yuxarı əmrini kompüterlərə veririk. Joystickdəki həssas sensorlar qolu sıxma nisbətinə görə rəqəmsal məlumatları sistemə göndərir. Sistem bir növ sinir sisteminə bənzəyən bir məlumat xəttinə (data line) malikdir. Pilot qolu yüzdə 25 nisbətində sıxdıqda; təyyarə təkbaşına bu əmri həyata keçirmir.
Uzaqdan müəyyən etmə
Məsafədən zondlama (MZ) – yerdə müşahidədən fərqli olaraq obyektlə fiziki təmasda olmadan obyekt və ya hadisə ilə bağlı informasiyanın əldə olunmasıdır. Məsafədən zondlama coğrafiya və bir çox Yer elmləri bölmələri (məsələn, hidrologiya, ekologiya, okeanoqrafiya, geologiya) daxil olmaqla çoxsaylı sahələrdə istifadə olunur; onun hərbi, intellektual, kommersiya, iqtisadiyyat, humanitar tətbiqietmələri də var. Müasir istifadədə bu termin Yerdə (həm yer səthində, həm də atmosfer və okeanlarda) təbliğ siqnalları (yəni elektromaqnit radiasiyası) vasitəsilə obyektləri müəyyən edib təsnifləşdirmək üçün aero sensor texnologiyalarının istifadəsini nəzərdə tutur. Uzaqdan müəyyən etmə iki cürə olur: passiv və aktiv. Obyektin buraxılan və ya əks olunan radiasiyanı müşahidə edən sensorlara passiv uzaqdan müəyyən etməsi deyilir. Beləliklə, buraxılan günəş şüaları passiv sensorlarla ölçülən radiasiyanın ən adi bir mənbəyidir. Aktiv sensorlar isə, tərsinə, buraxılan enerjini obyetktin öyrənməsi üçün istifadə olunur. Misal üçün, radar, obyekti aşkər edib, onun yerini, sürətini və istiqamətini müəyyən edir. Məsafədən zondlama vasitəsilə təhlükəli və çətin keçmə yerlərdən vizual və digər məlumatları toplamaq mümkün olur. Məsafədən zondlama (remote sensing) - sin.

Значение слова в других словарях

гребешо́к дельфина́рий малоспосо́бная начётчица охва́тный перееда́ние под фане́ру противоды́мный напрово́рить опре́ть подле́сок разгне́ванно фра́зовый жаботать рым chicken button foreign policy gimlet-eye jerry literalism атташе пригодиться простывать стихийный трудовой