VƏBA

мед.
I
сущ. холера. Vəba epidemiyası эпидемия холеры, vəba xəstəliyinə tutulmaq заболеть холерой
II
прил. холерный. Vəba vibrionu мед. холерный вибрион
VƏBAL
OBASTAN VİKİ
Vəba
Vəba (lat. cholera) — Vibrio cholerae adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeksion xəstəliyidir. Bağırsaq infeksiyası, sərt və şiddətli ishal ilə müşahidə edilir. Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion (vəba törədicisi) qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulunun təsirindən tez məhv olur. Xəstəlik, ümumiyyətlə, nəcis bulaşmış çirkli su ya da bu suyla yuyulmuş qidalar vasitəsilə yayılır. Buna görə kanalizasiya və ya su təmizləmə sistemlərindəki hər hansı bir səhv vəbanın qısa müddətdə geniş əraziyə yayılmasına yol aça bilər. Vəbanı asanlıqla müalicə etmək mümkündür, lakin müalicə edilməzsə, %50 nisbətində ölümlə nəticələnə bilər.
Qırmızı vəba
Qırmızı vəba (The Scarlet Plague), Cek London tərəfindən postapokaliptika janrında yazılmış və 1912-ci ildə London Magazine-də yayımlanan qiyamət sonrasını ifadə edən romandır. Kitabın 2020-ci ildə Koronavirus epidemiyasına çox bənzər olduğu, xüsusilə Londonun yaşadığı dövrdə yazıldığı qeyd edilməlidir. O dövrdə hazırda olduğu kimi dünya ölkələri bir-birinə bu qədər səyahətlə bağlanmamışdı. == Süjet == Hekayə 2073-cü ildə, idarəolunmaz bir epidemiya olan Qırmızı Ölümün planetin əhalisinin sayının azaldıqdan altmış il sonra baş verir. James Smith, qırmızı vəba epidemiyasından sonra sağ qalanlardan biridir və hələ də San Fransisko bölgəsində qalır və nəvələri Edvin, Hoo-Hoo və Hare-Lip ilə birlikdə səyahət edir. Nəvələri gəncdir və çoxsaylı insan yaşadığı dünyada ibtidai ovçu kimi yaşayırlar. Dil qabiliyyətləri kimi ağılları da məhduddur. Edvin, "Granser" dedikləri Smithdən qırmızı ölüm adlandırılan xəstəlikdən danışmağını istəyir. Smith, İngilis professoru olduğu zaman vəba xəstəliyindən əvvəlki həyat hekayəsini danışır. 2013-cü ildə, "Beşinci Morgan, Maqnatlar Şurası tərəfindən Amerika Birləşmiş Ştatlarının Prezidenti təyin edildikdən" bir il sonra xəstəlik meydana gəldi və sürətlə yayıldı.
Vəba həkimi
Taun həkimi (ing. Plague doctor) — taun xəstəliyindən əziyyət çəkən insanların müalicə edilməsi üçün fəaliyyət göstərən həkim. Taun həkimləri xüsusi ilə kənd və şəhərlərdə epidemiyaların yayılmağa başlamasından sonra müqavilə ilə müalicə üçün ərazilərə gətirilirdi. Bəzi taun həkimləri, daha çox gəlir əldə etmək məqsədi ilə insanlara saxta xüsusi müalicə üsulları təklif etməkləri ilə tanınmışdır. Bu həkimlər tibb təhsili almış peşəkar həkimlər deyildilər, əsasən bu işi sonradan öyrənib, əldə etdikləri təcrübələr əsasında insanlara yardım etməyə çalışırdılar. Taun həkimlərinin nadir hallarda olsa da, bəzi xəstələrə köməklik etdiyi məlumdur. Əsas məsələlərdən biri işini bilən həkimlərin çox az olması idi. Taun həkimləri xəstələri özləri tərəfindən hazırlanmış müqaviləyə uyğun formada müalicə etməyə üstünlük verirdilər. Bu müqavilə taun həkimi müqaviləsi adlanır və xidməti göstərən şəxs ilə şəhər və ya kənd şurası arasında imzalanırdı. Avropanın bir şəhərində eyni vaxtda iki və daha çox taun həkiminin işlədiyi hallar da mövcud idi.
Vəba xəstəliyi
Vəba (lat. cholera) — Vibrio cholerae adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeksion xəstəliyidir. Bağırsaq infeksiyası, sərt və şiddətli ishal ilə müşahidə edilir. Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion (vəba törədicisi) qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulunun təsirindən tez məhv olur. Xəstəlik, ümumiyyətlə, nəcis bulaşmış çirkli su ya da bu suyla yuyulmuş qidalar vasitəsilə yayılır. Buna görə kanalizasiya və ya su təmizləmə sistemlərindəki hər hansı bir səhv vəbanın qısa müddətdə geniş əraziyə yayılmasına yol aça bilər. Vəbanı asanlıqla müalicə etmək mümkündür, lakin müalicə edilməzsə, %50 nisbətində ölümlə nəticələnə bilər.
Afina vəba epidemiyası
Afina vəba epidemiyası — Qədim Yunanıstanda şəhər-dövlət olan Afinada, Peloponnes müharibəsinin ikinci ili olan e.ə. 430-cu ildə baş vermiş epidemiyadır. Təxmin etmək olar ki, epidemiya şəhərə şəhər limanı Pireydən daxil olmuşdur. Epidemiya şəhərdə e.ə. 429 və e.ə. 427-ci ilin qışında da tüğyan etmişdir. Müharibə Spartanın müttəfiqi olan fivalıların Beotiyada yerləşsə də, Afinanın hökmranlığı altında olan kiçik Plateya şəhərinə hücum etməsilə başladı. Plateyalıların afinalılardan kömək alması ilə, fivalılar şəhəri dərhal ələ keçirə bilmədi və mühasirə taktikası ilə kifayətlənmək məcburiyyətində qaldı. E.ə. 431-ci ilin mayında altı minlik Peleponnes ordusu Attikaya daxil oldu və Afinanın ətrafını viran etdi.
Vəba həkimi müqaviləsi
Taun həkimi müqaviləsi (ing. Plague doctor contract) — Orta əsrlərdə taun həkimləri ilə xəstəliyin yayıldığı şəhər və ya kənd administrasiyasının rəhbərliyi arasında imzalanan müqavilə. Müqaviləyə əsasən həkimlərin epidemiyanın yayıldığı ərazilərdə hansı şərtlər və tələblər daxilində fəaliyyət göstərəcəkləri detallı şəkildə qeyd edilirdi. Bu tip müqavilələrin bəzi nümunələri Avropanın bir çox şəhər arxivlərində saxlanılmaqdadır. Taun həkimi kimi fəaliyyət göstərən insanların əksəriyyətinin tibb sahəsi üzrə təhsilləri yox idi. Bu insanlar çox zaman kənd və şəhərlərin düşmüş olduğu ağır vəziyyətlərdən istifadə edərək insanları sağalda biləcəklərinə inandırır və onlara xüsusi müalicə üsulları təklif edirdilər.
Vəba həkiminin kostyumu
Taun həkiminin kostyumu (ing. Plague doctor costume) — Orta əsrlərdə taun həkimləri tərəfindən istifadə edilmiş kostyum. Geyim bütün üzü və bədəni örtəcək şəkildə hazırlanmışdır. Kostyumun burun hissəsinin uzun olmasının səbəbi şəxsin müxtəlif ətirli qoxuları rahat hiss etməsi üçün nəzərdə tutulmuşdu. Orta əsrlərdə hesab edilirdi ki, taun xəstəliyinin yayılmasının əsas yollarından biri də natəmiz qoxulardır.
Antonin vəbası
Antonin vəbası — Miladdan sonra 165-180-cı illər aralığında Roma imperiyası ərazisində baş vermiş vəba epidemiyası. Epidemiya romalı həkim Qalenin adı ilə də məşhurdur. Xəstəliyin Yaxın Şərqdəki yürüşlərdən qayıdan romalı əsgərlər tərəfindən gətirildiyi təxmin edilir. Mütəxəssislər insanların kütləvi ölümünə səbəb olan xəstəliyin təbii çiçək və ya qızılca ola biləcəyini təxmin edilsə də, əsil səbəbləri məlum deyil.Epidemiya Mark Avreli ilə müştərək 161-169-cu illərdə Roma imperatoru olmuş Lusi Verin ölümünə də səbəb olmuşdur. Vəbanın Antonin olaraq adlandırılmasının səbəbi də imperatorun ailə adı olan Antoninusdan gəlməkdədir. Romalı tarixçi Cassius Dio öz yazılarında epidemiya zamanı Romada gündəlik 2.000 nəfərin vəfat etdiyini bildirir. Bu rəqəmə istinad edilsə xəstəliyin imperiya əhalisinin 25% təsir göstərdiyini demək mümkündür.Antonin vəbasından ölən toplam insan sayının beş milyon olduğu təxmin edilir. Roma ordusu epidemiya nəticəsində tamamilə dağılmaq həddinə gəlmişdir. Qədimi mənbələr epidemiyanın ilk dəfə 165-166-cı illərdə Seleusya mühasirəsi zamanı yayıldığını qeyd edir. Bir başqa romalı tarixçi Ammianus Marcellinusa görə epidemiya Qalliya bölgəsindən Reyn çayına qədər yayılmışdır.
Böyük London vəbası
Böyük London vəbası (ing. Great Plague of London) — 1665–1666-cı illərdə İngiltərənin paytaxtı London şəhərində baş vermiş sonuncu vəba epidemiyası. Bubon taunu nəticəsində 100 mindən çox insan ölmüşdür. Həlak olanların sayı London əhalisinin 1/4 təşkil etməkdə idi.
Rəqs vəbası (1518)
Rəqs vəbası (ing. Dancing plague of 1518) - 1518-ci ilin iyun ayında Müqəddəs Roma imperiyasının Elzas bölgəsinin Strasburq şəhərində baş vermiş müəmmalı hadisələrə verilmiş ümumi ad. Hadisə nəticəsində yüzlərlə şəhər sakini səbəbsiz şəkildə saatlarla, günlərlə dayanmadan rəqs etmiş və nəticədə bir çoxu yorğunluqdan və ürək problemləri səbəbindən ölmüşdür. Şəxslərin hansı səbəbdən rəqsə başladıqları və hadisələrə nələrin səbəb olduğu heç bir zaman müəyyənləşdirilməmişdir. Müasir Fransa ərazisində yerləşən Strasburq şəhərində baş vermiş hadisə nəticəsində azı 400 nəfər şəhər sakini dayanmadan rəqs etdiyi üçün sağlamlıqlarında yaranmış qəfil problemlər səbəbindən ölmüşdür. == Hadisə == 1518-ci ilin iyun ayında Müqəddəs Roma imperiyasının Elzas bölgəsinin Strasburq şəhərində yaşayan orta təbəqədən olan Troffea adlı qadın evinin yaxınlığındakı küçədə hərəkət etdiyi zaman, qəfildən rəqs etməyə başlamışdır. Troffeanın bu rəqsinin dörd və ya altı gün davam etdiyi, bir həftənin tamanında isə ona daha 34 nəfərin qoşulduğu məlumdur. Bir ay ərzində şəhərdə anlaqsız formada rəqs edən şəxslərin sayı 400 nəfər çatmışdır və bu insanların əksəriyyəti qadınlardan ibarət olmuşdur. Rəqs edənlərin demək olar ki, hamısı dayanmadan və çox çılğın şəkildə rəqs etdiklərindən yorğunluq hissi özünü göstərmiş və bir çoxu ürək-damar sistemində yaranmış problemlər səbəbindən yerindəcə vəfat etmişdir. Həmin dövrün tarixi sənədlərinə görə anormal rəqslər nəticəsində gün ərzində azı 15 nəfər vəfat edirdi.

Значение слова в других словарях

арьергарди́ст возже́чь каби́на мушкето́н отгорева́ть препа́костный выпа́рывание заго́рбок обслюни́ть па́шня перепруди́ть прозаи́чно лынь adnoun compliancy famous hydrometeor Intourist juggins oxysalt pebble-leather photocurrent Rafferty's rules recusation нощно