XAK

сущ. устар. земля; см. yer I, 1 (2)
◊ xak ilə yeksan olmaq сровняться с землей; xak ilə yeksan etmək смешать, сровнять с землей
XAİNLİK
XAKAS
OBASTAN VİKİ
Aleksandr Xakimov
Aleksandr Şamil oğlu Xakimov (rus. Александр Шамильевич Хакимов) — 2 aprel 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. Yazıçı - MDB ərazisində jurnalist-publisist,məşhur fantastik əsərlərin müəllifi kimi tanınmışdır. == Həyatı == Aleksandr sadə sovet ailəsində anadan olmuşdur.Atası - Xakimov Şamil Səlaxətdinov (1938—1978) müxtəlif sənaye müəssisələrinde işləmişdir. Anası -Xakimova Larisa Feodorovna (1936 - 1995).Onun həyat yoldaşi Elena Andreeva Gennadiovna şair ,yazıçı kimi fəaliyyət göstərib. Aleksandr Xakimov 1977 ci ildə Bakı şəhəri Nəsimi rayonu 42 saylı məktəbin məzunu olmuşdur. 1978-1980 ci illərdə Sovet ordusunda Hava mudafiəsində xidmət etmişdir 1980-1981 ci ilərdə Baki soyuducu zavodunda işləmişdir .O, 1986 ci ildə Baki Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. 1986- cı ildən 1991-ci ilədək Azərbaycan SSR Elimlər Akademiyasinın Botanika İnstitutunda baş laborant vəzifəsində çalışmışdır. 1991 ci ildən Azerbaycan Milli Akademiyasının Genetik Ehtiyatlar mərkəzində işləmişdir.2005 ci ilde beynəlxalq kinosenarist kursunu bitirmişdir. == Yaradıcılığı == Aleksandr Xakimov jurnalist kimi fəaliyyətə başlamışdır.İlk nəsri 1987 ci ilin oktyabrında çap olunmuşdu.
Cəfər Xakipur
Cəfər Xakipur (Cəfər Xakipur Hüseyn oğlu; d. 23 avqust 1976, Qaraxanlı, Qaradağ, İran) — Cənubi Azərbaycan aşığı. == Həyatı == Aşıq Cəfər Xakipur Hüseyn oğlu 23 avqust 1976-cı ildə Qaradağın Qaraxanlı qışlağında dünyaya gəlib. Onun ustadı Çingiz Mehdipurdu. O, üç il ustaddan dərs alıb, sazın-sözün sirlərinə vaqif olub. Sonra aşıqlığın və oxumağın qaydalarını Aşıq İmran, Aşıq Əkbər və Aşıq Kamandara qulaq asmaqla öyrənmişdir. Aşıq Cəfər Xakipurun özünəməxsus ifa tərzi var. Aşıq Cəfərin istər səsi, istərsə də çalğısı adamı maqnit kimi çəkir. Aşığın kövrək və yanıqlı səsi, vurduğu xallar adamın könlünü oxşayır. Aşıq Cəfər Xakipur hazırda Təbriz şəhərində yaşayır.
Dərviş Xaki (Bicar)
Dərviş Xaki (fars. درويش خاكي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 126 nəfər yaşayır (27 ailə). Əhalisini kürdlər təşkil edir.
Kaçlar (Xakas)
Kaçlar— Rusiya Federasiyasının orta cənub bölgəsindəki Xakasiyada yaşayan Türk xalqlarından Xakasların bir tayfası. == Ümumi məlumat == Abakan vadisində əyləşirlər. Çat və Çulım civarında oturan tayfalarla bir qrup təşkil edirlər. Vaxtıyla Yeniseyin bir qolu olan Kas çayı boyunda oturmuş olduqlarından özlərinə Kaas tayfa adını vermişdilər. Gerçəkdən də daha XVII əsrin sonralarına doğru, İrtış hövzəsindəki bəzi Türk tayfaları, sırf buraları məzkunlaşdırmağa başlayan rusların təzyiqi ilə, Tomsk şəhərinin şimalındakı Yenisey çayına doğru sıxışdırılmış və sürülmüşdülər. Bu üzdən, bunların mühim bir qismi, Krasnoyarskdan xeyli uzaq olmaq üzrə, Kaç çayı sahillərində yerləşməyə məcbur olmuşdular. Qırğızlar, Abakan vadisindən çəkilincə, bu Türk tayfaları Yuxarı Yeniseydən cənuba doğru enmişdilər. Fəqət, əsas Türk kütləsi Abakanla Askısın şimalındakı Yüs arasında qalmışdılar. Bu Türk topluluğundan törəmiş olanlar, özlərinə Kaas adını vermişdilər. Matias Kastrenə görə kaçlar, vaxtıyla eyni adı daşıyan çay hövzəsində yaşayarkən, tərkiblərində mühüm yer almış olan Ara türkləri ilə birləşmişdilər.
Mixail Xakimov
Mixail (İsmayıl) Kəbiroviç Xakimov (1 noyabr 1916, Kazan quberniyası – 19 noyabr 1986, Kazan) — Sovet İttifaqı Qəhrəmanı. Mixail 1916-cı ildə Bakıda anadan olmuşdur. Tatardır. Böyük Vətən müharibəsinədək Bakının Keşlə qəsəbəsindəki Tramvay küçəsinin 16 saylı evində yaşamışdır. Ordu sırlarına 1941-ci ildə çağırılmışdır. M. Xakimovun hərbi tərcümeyi-halı maraqlıdır. O, özü bu haqda yazırdı: "1938-ci ildə Belaya Serkov şəhərində xidmət edirdim. Ukraynalı Mixail Pençukla dostlaşmışdım. Xidmət müddəti qurtardıqdan sonra biz ayrıldıq. 1942-ci ildə soyuq qış günlərinin birində Poti şəhərində yenidən görüşdük.
Xakarilya
Xakarilya (isp. Jacarilla) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 12,2 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 2100 nəfərə çatmışdır.
Xakas dili
Xakas (Xakas: Хакас тілі Xakas tili). Xakas köhnə Qırğız dövlətinin adıdır. İndiki Qırğız dili ilə demək olar ki, eynidir. Xakas dili Altay dil ailəsinin türk qrupunun uyğur yarımqrupuna mənsubdur. Xakaslar özlərini Qırğız olaraq da görürlər. Xakas türkləri tərəfindən danışılmaqdadır. Xakaslar Xakasiya adı verilən ölkədə yaşayırlar. Xakasiya Cənubi Sibir bölgəsindədir. Xakas Respublikası və ya Xakasiya Rusiya idarəçiliyində muxtar respublikadır. Xakasların sayı 78.500 olub və bunun 60.168-a qədəri xakasca danışmağı bilir.
Xakasiya
Xakasiya (rus. Республика Хакасия, xak. Хакасия Республиказы) — Rusiya Federasiyası subyektlərindən biri. Sibirin cənubunda, Altay dağları və Yenisey çayı ətrafında və Altay Respublikasının şimalında yerləşən Xakasiya Rusiya Federasiyasına bağlı muxtar bir cümhuriyyətdir. Xakasiya ərazisimdən dünyanın ən böyük çaylarında biri olan Yenisey (Kim Suyu) çayı keçir. 2010-cu il əhalinin siyahıya alınmasına əsasən, respublikanın əhalisi 532.403 nəfər idi. == Coğrafiya == Paytaxtı Abakan şəhəridir. Ölkənin üçdə ikisi dağlıq olub, xalqın çoxusu Abakan və Yenisey çaylarının kənarında yaşamaqdadır. Relyefi dağlıqdır, ərazinin çox hissəsini Kuznetsk Alatausu dağları və Yeniseyboyu düzənliklər əhatə edir. Ən uca zirvəsi Karaqoş (2930), Aksu-Tayqa (2858) və s-dir.
Xakasiya Respublikası
Xakasiya (rus. Республика Хакасия, xak. Хакасия Республиказы) — Rusiya Federasiyası subyektlərindən biri. Sibirin cənubunda, Altay dağları və Yenisey çayı ətrafında və Altay Respublikasının şimalında yerləşən Xakasiya Rusiya Federasiyasına bağlı muxtar bir cümhuriyyətdir. Xakasiya ərazisimdən dünyanın ən böyük çaylarında biri olan Yenisey (Kim Suyu) çayı keçir. 2010-cu il əhalinin siyahıya alınmasına əsasən, respublikanın əhalisi 532.403 nəfər idi. == Coğrafiya == Paytaxtı Abakan şəhəridir. Ölkənin üçdə ikisi dağlıq olub, xalqın çoxusu Abakan və Yenisey çaylarının kənarında yaşamaqdadır. Relyefi dağlıqdır, ərazinin çox hissəsini Kuznetsk Alatausu dağları və Yeniseyboyu düzənliklər əhatə edir. Ən uca zirvəsi Karaqoş (2930), Aksu-Tayqa (2858) və s-dir.
Xakasiya bayrağı
Xakasiya bayrağı — Rusiya Federasiyası Xakasiya Respublikasının dövlət rəmzidir. Mövcud bayraq 1 oktyabr 2003-cü il tarixli 52 saylı Xakasiya Respublikasının qanunu ilə təsdiq edilmiş və 1327 qeydiyyat nömrəsi ilə Rusiya Federasiyasının Dövlət Heraldik Reyestrinə daxil edilmişdir. == Təsviri == Xakasiya Respublikasının dövlət bayrağı dörd zolaqdan ibarət düzbucaqlı bir paneldir. Üfüqi şəkildə ardıcıllıqla düzülmüş üç bərabər zolağın üstü mavi, ortası ağ alt hissəsi qırmızıdır. Dördüncü zolaq, yaşıl rəngdə olub, üfüqi zolaqları birləşdirərək, şaquli olaraq, birbaşa şaftda yerləşir. Yaşıl zolağın ortasında qızıl rəngli günəş işarəsi (Kainatın simvolu) var. Horizontal zolaqların hər birinin eni bayrağın eninin üçdə birini təşkil edir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. == 1992-2003-cü illər bayraqları == 1992-2003-cü illərdə Xakasiya bayrağı müasir versiyası ilə tamamilə eyni görünürdü, lakin üfüqi zolaqların ardıcıllığı fərqli idi (yuxarıdan aşağıya: ağ, mavi, qırmızı). 2003-cü ildə Rusiya Federasiyası Prezidenti yanında Heraldika Şurasının təkidi ilə və Xakasiya Respublikası Prokurorunun Xakasiya Respublikası 25 noyabr 2002-ci il tarixli 68 saylı qanununun 1-ci maddəsinə etirazından sonra "Xakasiya Respublikasının Dövlət Bayrağı haqqında" "zolaqların sırası, "Rusiya Federasiyasının Dövlət Bayrağı haqqında" federal konstitusiya qanunu ilə qadağan olunan Rusiya bayrağındakı zolaqların düzülüşünü təkrarlamamaq üçün dəyişdirildi.
Xakaslar
Xakaslar - türk xalqlarından biri. Xakaslar türk boyu olub Cənub-Şərqi Sibirdə yaşayırlar. Onlar Rusiya Federasiyasının Krasnoyarsk şəhərinin Xakas Muxtar Vilayətinin məskunudurlar. Xakaslar Abakan Türkləri, Yenisey Qırğızları, Minusinsk Tatarları və ya Abakan Tatarları kimi fərqli adlarla adlandırılmışdılar. == Əhalisi == Xakas əhalisi 1939-cu il əhalinin siyahıya alınmasına görə 52.000 nəfəridi. 1959-cu ildə 56,600 nəfərlik əhalinin 40,000-i xakaslar idi. Ölkədə xakaslardan başqa ruslar, ukraynalılar və tatarlar da yaşayır. Əlbəttə ki, xakasların Xakas muxtariyyətinin xaricində, Krasnoyarsk və Tuvadada yaşadıqlarını qeyd etmək lazımdır. 1989-cu ildə Xakas dilində danışanların ümumi sayı 81.428 nəfər idi. == İdarə etmə forması == Abakan qəbilələri "yasaul (qadağan / yasavul)" adlı, bir köməkçisi olan şəxs tərəfindən idarə edilirlər.
Xaker
Haker (ing. hacker, hack - yarmaq, sındırmaq) — əməliyyat sistemlərini bütünlüyü ilə bilən, dərinliklərinə enən, kompüterlərlə dərinləməsinə maraqlanan, proqramlamanı profesional dərəcədə bilən kompüter mütəxəssisləridir, deyə bilərik. Hakerlər hər hansı bir sistemin quruluşu üzərində sistem xətası və ya sistem açıqları tapa bilər, bu açıqların səbələrini bilərlər. Heç bir zaman öyrəndikləri ilə kifayətlənməz, daima daha çoxunu öyrənmək cəhdi içərisindədirlər. == Yaranma tarixi == Haker sözü XX əsrin 60-cı illərində informasiya texnologiyalarının inkişafı nəticəsində əmələ gəlmişdir. Haker sözü ümumiyyətlə əksərən sərt mənada başa düşülür, lakin onun çoxlu mənaları da var: Hakerlər əksər adi istifadəçilərdən fərqli olaraq proqramları detallarına kimi tədqiq etməkdən həzz alır, onların imkanlarını genişləndirməyə çalışır. Bir kəs ki, proqramlaşdırmanı çox həvəslə, şövqlə aparır və ya proqramlaşdırmanı nəzəriyyədən daha çox real şəkildə aparmağı xoşlayır. Bir şəxs ki, sürətli proqramlaşdırmanı bacarır. Öz peşəsi üzrə ekspert, öz peşəsində şövqlə işləyən. Ola bilsin ki, astronomiya hakeri.
Xaker (film, 2016)
Xaker (ing. Hacker) — 2016-cı ildə Akanom Satayevin rejisorluğu ilə çəkilmiş film. == Məzmunu == Aleks (Aleksandr Danilyuk), valideynləri ilə birlikdə, erkən yaşda Ukraynadan Kanadaya köçdü. Atası iş tapmaqda çətinlik çəkirdi və ev satın aldıqtan sonra ailənin yeganə gəlir mənbəyi anasının əmək haqqı idi. Ancaq anası borc götürdüyü bankdakı işindən çıxarıldı və ailəsi maliyyə problemləri ilə üzləşdi. Aleks özünün və ailəsinin maliyyə vəziyyətini düzəltmək və bütün qlobal maliyyə sistemindən intiqam almaq istəyir. Bu səbəbdən DarkWeb cinayət internet təşkilatına qoşulur, amma hədəflərinə nail olmaq istiyərkən polisin və mafiyanın diqqətini çəkir. == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Hacker — Internet Movie Database saytında.
Xaki
Xaki (Sərab) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. Dərviş Xaki (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Xaki (Sərab)
Xaki (fars. خاكي‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,355 nəfər yaşayır (366 ailə).
Xakobo Arbenz Quzman
Polkovnik Xakobo Arbenz Guzman (14 sentyabr 1913 - 27 yanvar 1971) — Qvatemalalı ordu zabiti, 1951-ci ildən 1954-cü ilədək xidmət göstərən demokratik yolla seçilmiş ikinci Qvatemala prezidenti. 1944-cü ildən 1951-ci ilədək Müdafiə naziri olmuşdur. On illik Qvatemala inqilabının önəmli şəxsiyyətlərindən biri olan Arbenz, 1954-cü ildə Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən hazırlanan bir çevrilişlə devrilmişdir. == Həyatı == Arbenz 1913-cü ildə Qvatemalanın ikinci ən böyük şəhəri olan Kesaltenanqoda doğulmuşdur. Atası 1901-ci ildə Qvatemalaya köçən İsveçrəli əczaçı, anası isə orta sinif nümayəndəsi olan bir ailənin qızı idi. Arbenzin ailəsi nisbətən yaxşı yaşayır və yuxarı sinif sayılırdı, buna görə də onun uşaqlığı yaxşı şəraitdə keçmişdir. Uşaqlıq illərində atası morfin asılılığına görə ailə biznesinə laqeyd yanaşmağa başladı. Bunun nəticəsində iflas etdi və ailəsini kəndə köçmək məcburiyyətində buraxdı. Xakobo iqtisadçı və ya mühəndis olmaq istəyirdi, lakin ailəsi yoxsullaşdığı üçün universitet təhsili ala bilmədi. İlk başda orduya qatılmaq istəməsə də Politexnikdə hərbi kursantlara təqaüd verilirdi.
Xakriz (Əsədabad)
Xakriz (fars. خاکریز‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1,089 nəfər yaşayır (316 ailə).
Xakurinoxabl
Xakurinoxabl (adıq Хьэкурынэхьабл) — Adıge Respublikasının Şovqenovsk rayonunda aul. Şoveqenovsk rayonunun və Xakurinoxabl kənd yaşayış ərazisinin mərkəzi. == Coğrafiyası == Adıgey Respublikasının şimal-qərb hissəsində, Fars çayının sağ sahilində, Maykopdan 42 km şimalda (yol boyu 53 km), Krasnodardan 130 km şərqdə yerləşir. Xakurinoxabl digər yaşayış məntəqələri ilə avtomobil yolu ilə birləşir. Ən yaxın dəmir yolu stansiyası — Dondukovskaya — 23 km. == Tarixi == Aulun yaradıcıları Kurjips və Pşexa çayları arasında yaşayan Abadzex çərkəz cəmiyyətinin nümayəndələri, o cümlədən Abadzex aullarından Daurxabl, Canchetxabl, Tuba, Ançokoxabl və başqaları idi. Sonra Xakurinovlar ailəsinin əsası qoyuldu. Daha sonra bu ailələr arasında Sapiyevlər, Qişevlər, Meretukovlar, Xoretlevlər və başqa ailələlər məskunlaşdı.Yeni yerə köçənlərin adları öz xablilərini (mülklər qruplarını) təşkil etdilər. Sonra bütün xablilər 17 il aul idarə edən çar ordusunun keçmiş ikinci leytenantı çavuş Xakurinov Tuquja Tatlustanoviçin adını daşıyan Xakurinoxabl aulunda birləşdilər. Əvvəlcə Daurovların xablına Aydəmir Daurov rəhbərlik edirdi.
Xakəli
Xakəli - İranın Qəzvin ostanının Abyek şəhristanının Bəşariyat bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,146 nəfər və 790 ailədən ibarət idi.Əhalisi azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Xakas dilləri
Xakas dilləri və ya xakas-qırğız dilləri — qədim qırğız dilinin əsasında formalaşmış şərqi türk dilləri qrupu.Ehtimal olunur ki, qədim qırğız dili sarı uyğur, Fuyu qırğız, ədəbi xakas, şor və xakas altay idiomları əsasında formalaşmışdır ki, onlar bir-birini anlayan dialektlərdir. Ən çox təcrid olunmuş sarı uyğur dilidir. == İstinadlar == == Əlavə ədəbiyyat == Текин Т. Проблема классификации тюркских языков // Проблемы современной тюркологии: материалы II Всесоюзной тюркологической конференции.

Значение слова в других словарях

вы́броска запи́хиваться из-за рубежа́ кало́ши нага́дывать привести́ слобожа́нка сфа́гновый у́жас ...фи́л вка́тываться горо́й костери́ть однодо́льный свиносовхо́з стройпо́езд adither bloodshed rent sluicegate переросток перуанец пятичасовой устрашить числитель