ZOLA

сущ. разг. шест, жердь (длинная тонкая палка из ствола дерева)
ZOL-ZOL
ZOLABƏND
OBASTAN VİKİ
Zola (Salmas)
Zula (fars. زولا‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 225 nəfər yaşayır (42 ailə).
Zola çayı
Zola çayı, İranın Cənubi Azərbaycan bölgəsində, Urmiya Gölünə axan çaydır. Çay, şimaldan Urmiya və qərbdən Salmas ilə əhatə olunur. Türkiyə ilə sərhədindəki dağlarda yüksələn Salmas Düzü boyu cənub-qərbə doğru axır. Çay, 846 km²lik bir toplam sahəyə malikdir. == Zola Rezervuaru == Çay suvarma məqsədilə bəndlənmişdir. Səddin hündürlüyü 83m, eni 287m olub mərkəzi gil nüvəsinə malik ərazi qaya bəndindən keçirilmişdir. Bənd 85 milyon m³ su tutur. == Ekologiya == Zola çayı, Urmiya gölü ekosisteminin mühüm bir komponentidir. Urmiya gölü hazırda qurumaqdadır və son illərdə fitoplankton səbəbi ilə qırmızı rəng alır. Bu çayın sağlamlığı, hövzənin sağlamlığının əhəmiyyətli bir göstəricisidir və bu səbəblə nəzarəti olduqca yüksək olmalıdır.
Brayda zolaqlı balina
Brayda zolaqlı balina (lat. Balaenoptera brydei) — Balinakimilər dəstəsinə Zolaqlı balinalar (Balaenopteridae) fəsiləsinə aid balina növü. Növün adı norveçli gəmi sahibi Yohan Bryodenin şərəfinə adlandırılmışdır. == Yayılması == Brayda zolaqlı balinaları digər Zolaqlı balina cinsinə daxil olan balinalardan fərqli olaraq, əsasən tropik qurşaqlar arasında yayılmışdır. Qütblərə miqrasiyası müşahidə edilməmişdir. == Xariçi görünüşü == Brayda zolaqlı balinalar ölçü baxımından kiçik balinalara daxildilər. Uzunluqları 12–14 metr, çəkiləri isə 16–25 ton arasında dəyişir. Bu canlının üzəri tünd-boz rəng çalarlarında olur. Bel üzgəci digər zolaqlı balinalardakı kimidir. Bu növün digər növlərdən əsas fərqi baş nahiyyəsində üç şiş olmasıdır.
Brayde zolaqlı balina
Brayda zolaqlı balina (lat. Balaenoptera brydei) — Balinakimilər dəstəsinə Zolaqlı balinalar (Balaenopteridae) fəsiləsinə aid balina növü. Növün adı norveçli gəmi sahibi Yohan Bryodenin şərəfinə adlandırılmışdır. == Yayılması == Brayda zolaqlı balinaları digər Zolaqlı balina cinsinə daxil olan balinalardan fərqli olaraq, əsasən tropik qurşaqlar arasında yayılmışdır. Qütblərə miqrasiyası müşahidə edilməmişdir. == Xariçi görünüşü == Brayda zolaqlı balinalar ölçü baxımından kiçik balinalara daxildilər. Uzunluqları 12–14 metr, çəkiləri isə 16–25 ton arasında dəyişir. Bu canlının üzəri tünd-boz rəng çalarlarında olur. Bel üzgəci digər zolaqlı balinalardakı kimidir. Bu növün digər növlərdən əsas fərqi baş nahiyyəsində üç şiş olmasıdır.
Bufer zolaqları
BUFER ZOLAQLARI – meylli və dik yamaclarda səthi su axınlarının birləşərək böyük axın əmələ gətirməsinin qarşısını almaq məqsədilə yamacın eni istiqamətində ot bitkiləri və ya kollardan ibarət zolaqlar. Bufer zolaqları düzəldilərkən onların eni yamacın meylliyindən, uzunluğundan və eroziya prosesinin intensivliyindən asılı olaraq təyin edilir. Yamac çox dik olduqda bufer zolaqlarının eni 2,5-10 m və daha çox, zolaqlar arasındakı məsafə 20-100 m götürülür. Əkin istiqamətində hər 10-15 m-dən bir daha sıx səpin aparmaqla da (3,5 m enində) bufer zolaqları yaratmaq olar.
Buraxılış zolağının eni
Buraxılış zolağının eni – rabitə sistemində: verilmiş diapazonun yuxarı və aşağı tezlik hüdudları arasındakı fərq. Məsələn, telefon 3000 Hs zolağında işləyir ki, bu da ötürülən ən yüksək tezlik ilə (3300 Hs) ən aşağı tezlik (300 Hs) arasındakı fərqdir. Kompüter şəbəkələrində buraxılış zolağının eninin böyük olması verilənlərin daha yüksək sürətlə ötürülməsi imkanını bildirir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dağıstan zolaqlı arısı
Dağıstan zolaqlı arısı (lat. Bombus daghestanicus) — Zərqanadlılar dəstəsinə, Əsl arılar fəsiləsinə aid növ. == Yayılması == Qafqaz üçün endemik olan növ. Azərbaycanda (Zəngəzur sıra dağlarının yüksəklikləri) Şahbuz, Böyük Qafqaz (Zaqatala, Şəki, Qəbələ, Qax) rast gəlinir. Üstəlik onlara Dağıstan və Gürcüstan ərazilərində belə rast gəlmək olar. Xüsusi ilə Meşə zonası və çöl çəmənliklərdə yayılırlar. Son zamanlar insan fəaliyyəti nəticəsində sayları azalır. == İstinadlar == == Xarici keçidlər == Azərbaycan SSR, Qırmızı Kitabı . 1989.
Eninə zolaqlı əzələ
Eninəzolaqlı əzələ hüceyrələri, uzun və silindr şəklində hüceyrələrdir. Bir əzələ teli boyunca birdən çox nüvə mövcud olur. Əzələ hüceyrələrinin sərhədləri müəyyən deyil və sitokinez (sitoplazma bölünməsi) görülmür. Beynin idarəsində, iradi çalışırlar. Düz kassa nisbətlə daha sürətli sıxılırlar. Oynaq qıçlılardakı əzələlər bu tipdəndir. Eninəzolaqlı əzələ liflərində açıq və tünd bantlar, xüsusi zülalların fərqli nizamda sıralanmasından meydana gələr. Bu zülallar aktin (açıq) və miyozin (tünd) dir.
Fars zolaqlı arısı
Fars zolaqlı arısı (lat. Bombus persicus) — Zərqanadlılar dəstəsinə, Əsl arılar fəsiləsinə aid növ. == Təsviri == Uzunluğu 18 – 22 mm-dir. Döşün və qarıncığın orta hissəsi qar kimi ağ uzun tüklərlə örtülüdür. Döşün arxa hissəsi, qarıncığın ön və arxa hissəsi isə uzun qara tüklərlə örtülmüşdür. Arxa ətraflardakı "səbətciyin" tükləri ağ, qanadları isə tutqundur. == Yayılması == Türkiyə, İran, Gürcüstan, Azərbaycanda Naxçıvan MR (Zəngəzur sıra dağlarının yüksəklikləri) rast gəlinir. == Həyat tərzi == Zımbırtikan və kəklikotu üstünlük təşkil edən quru yamaclar, bozqır çəmənlərlədə yayılırlar. == Sayı == Az saylı növdür == Məhdudlaşdırıcı amillər == Yuvalarının dağıdılması, çiçəkləyən bitki sahələrinin biçilməsi və mal-qaranın otarılması nəticəsində azaldılması. == Qorunması üçün qəbul edilmiş tədbirlər == Azərbaycanın Qırmızı Kitabının I nəşrinə daxil edilmişdir.
Fırlatma zolağı
Fırlatma zolağı (scroll bar,полоса прокрутки,kaydırma çubuğu)-qrafik istifadəçi interfeyslərində: pəncərənin sağ, yaxud aşağı qırağında yerləşən və pəncərəyə yerləşməyən sənədi fırlatmaq üçün nəzərdə tutulmuş şaquli, yaxud üfüqi zolaq. Fırlatma zolağının üç aktiv zonası olur; məsələn, mətn redaktorlarında şaquli fırlatma zolağının üzərində ox olan iki fırlatma düyməsi var ki, onların köməyilə sənədi bir sətir aşağıya, yaxud yuxarıya hərəkət etdirmək olur və sənədin lazım olan yerinə keçmək üçün fırlatma boksu var; siçanın göstəricisini fırlatma boksunun yuxarısında, yaxud aşağısında çıqqıldatmaq sənədi bir ekran yuxarıya, yaxud aşağıya hərəkət etdirir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Gəvlən (Salmas-Zolaçay)
Gavlan (fars. گولان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı, Zolaçay kəndistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 209 nəfər yaşayır (40 ailə).
Kiçik cənub zolaqlı balina
Kiçik Cənub Zolaqlı balinası (lat. Balaenoptera bonaerensis) — Zolaqlı balinalar fəsiləsinə aid balina növü. == Xüsusiyyətləri == Kiçik Cənub Zolaqlı balinası Zolaqlı və Bığlı balinalara daxil olan ən kiçik nümayyətdədir. Bu canlıların uzunluğu 7,2–10,7 metr, çəkisi isə 5,8–9,1 t arasında dəyişir. Orta ölçülü dişilər erkəklərdən bir metr iri olurlar. Yeni doğulan balaların uzunluğu 2,4–2,8 meyrdir. Bel nahiyyəsi tünd-boz, qarın nahiyəsi isə ağ rəngdə olur. == Yayılması == Cənub yarımkürəsində yerləşən bütün okeanlarda yaşaya bilirlər. Yay ayları hətta Antarktida sahillərində belə görünürlər.
Kiçik zolaqlı balina
Kiçik Zolaqlı balina, və ya Kiçik Şimal Zolaqlı balinası,, Cırtan Zolaqlı balina (lat. Balaenoptera acutorostrata) — Balinakimilər dəstəsinə, Zolaqlı balinalar fəsiləsinə aid nov. Öz cinsinin ən kiçik növündən biri hesab edilir. Cırtan Zolaqlı balina üç yarımnövə bölünür: Şimal Kiçik balina (Balaenoptera acutorostrata) şimal yarımkürəsində yayılmışdır, Cırtan Zolaqlı balina cənub yarımkürəsinsə yayılmışdır və Kiçik cənub zolaqlı balina (Balaenoptera bonaerensis) isə tropik qurşaqlarda yayılmışdır. == Xariçi görünüşü == Üzəri tünd boz, qarnı və sinə üzgəclərinin aşağı nahiyələri ağ rəngdə olur. == Həyat tərzi == Cırtan Zolaqlı balina balıq sürüləri və planktonlarla qidalanırlar. Əsasən su səthinə yaxın ərazilərdə ov edirlər. Adətən tək və ya 2–3 başdan ibarət qruplar şəklində yaşayırlar. Adətən 3–9 dəqiqə su altında qalırlar. Ancaq 20 dəqiqəyə qədər su altında qala bilirlər.
Londonun yaşıl zolağı
Londonun yaşıl zolağı (ing. Metropolitan Green Belt) — Böyük London və ətraf qraflıqların ərazisində yerləşən yaşıl zolaq. Sahəsi — 554,7 min ha (2011-ci il üçün), Londonun özünün ərazisindən 3 dəfə genişdir. Şəhərin nizamsız böyüməsinin qarşısını almaq üçün İkinci Dünya müharibəsindən sonra Patrik Aberkrombinin layihəsi əsasında yaradılmışdır. == Tarix == Londonun böyüməsinin qarşısının alınmasına ilk cəhd 1593-cü il parlament aktı ilə edilmişdir. Qanuna əsasən Londondan və Vestminsterdən 3 mil aralı məsafədə yeni tikililərin inşası qadağan olunmuşdu. XIX əsr ərzində Londonun əhalisi 6 dəfə artmış, dəmir və avtomobil yollarının meydana gəlməsi şəhərin böyüməsinə səbəb olmuşdur. Parlamentin 1938-ci il aktı "yaşıl zonanı" istirahət və kənd təsərrüfatı ilə məşğul olmaq üçün sahə kimi müəyyən etdi və yerli hakimiyyət orqanlarına tikililərin genişlənməsinin qarşısını almaq üçün Londonda torpaq almaq hüququ verdi. Bu qanun xüsusi mülkiyyətdə olan ərazilərin yaşıl zolağa keçirilməsi imkanını da nəzərdə tuturdu. 1947-ci ildə parlamentin şəhər və kənd layihələndirilməsi haqqında yeni aktı qəbul olundu.
Mlokoseviç zolaqlı arısı
Mlokoseviç zolaqlı arısı (lat. Bombus mlokosievitzi) — Əsl arılar fəsiləsinə və Thoracobombus yarımcinsinə aid arı növü. Azərbaycan Qırmızı Kitabına daxil edilmişdir. Otlaq sahələrinin kütləvi istifadəsi nəticəsində sayı azalmışdır. Növün adı rus zooloqu Lyudvik Mlokoseviçin şərəfinə adlandırılmışdır. == Yayılması == Əsasən subalp və alp qurşağda yayılırlar. Bu xüsüsiyyət eyni ilə Azərbaycan ərazilərində də müşahidə edilir. Cənubi Qafqazın endemik canlısıdır.
Porçinski zolaqlı arısı
Porçinski zolaqlı arısı (Bombus mlokosievitzi) — Bombus cinsinə aid nadir növ. Bu növ Azərbaycanın Qırmızı kitabına düşən həşaratlar siyahısına salınmışdır. Sayları heyvandarlığın inkişafı ilə əlaqədar getdikcə azalır. İlk dəfə polyak Entomoloqu və general Oktaviy İvanoviç Radoşkovski tərəfindən qeydə (1820–1895) alınmışdır. Növün adı İosif Porçinskinin şərəfinə adlandırılmışdır (1848–1916) — rus entomoloqu. == Yayılması == Qarışıq meşə və dağ ərazilərində yayılırlar. Cənubi Qafqazın endemik canlısıdır. Azərbaycanda əsasən Gölgöl gölü ətrafı ərazilərdə yayılırlar. Türkiyə və İranın hündürlüyü 3500 m olan bölgələrində rast gəlinir. == Biologiyası == Bu növün ziyarət etdikləri bitki növləri: Acantholimon androsaceum, Astragalus ornithopoides, Campanula glomerata, Carduus crispus, Centaurea glastifolia, Jurinea moscus, Lamium amplexicaule, Salvia, Taraxacum, Trifolium pratense, Lallemantia canescens, Nepeta fissa, Carduus, Vicia pannonica, Melampyrum arvense, Astragalus aureus, Centaurea glastifolia, Prunella vulgaris, Stachys cretica, Anchusa leptophylla, Astragalus baibutens, Chartolepis glastifolia, Lamium tomentosum, Medicago falcata, Salvia verticillata, Trifolium ambiguum.
Pəyəcik (Zolaçay)
Pikəçik (fars. كاجيك‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı, Zolaçay kəndistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 441 nəfər yaşayır (109 ailə).
Qəzza zolağı
Qəzzə zolağı və ya Qəzza zolağı — Aralıq dənizinin şərq sahilində torpaq zolağı. Misir və İsrail ilə həmsərhəddir. Ərazi — 365 km2, əhali — 1,7 milyon.
Qəzzə zolağı
Qəzzə zolağı və ya Qəzza zolağı — Aralıq dənizinin şərq sahilində torpaq zolağı. Misir və İsrail ilə həmsərhəddir. Ərazi — 365 km2, əhali — 1,7 milyon.
Tapşırıqlar zolağı
Tapşırıqlar zolağı – taskbar ~ панель задач ~ görev çubuğu ~ Windows əməliyyat sistemində: ekranın aşağısında məsələlərin siyahısından ibarət üfüqi zolaq. Tapşırıqlar zolağı iş masasının yuxarı, sol və ya sağ qırağına da yerləşdirilə bilər. Açılmış hər bir proqram tapşırıqlar zolağında düymə kimi təmsil olunur və istənilən zaman həmin proqrama keçmək üçün, sadəcə, tapşırıqlar zolağındakı uyğun düyməni çıqqıldatmaq lazımdır. Tapşırıqların idarəolunması — task management ~ управление задачами ~ görev yönetimi ~ kompüterdə, xüsusən çoxistifadəçi rejimində yerinə yeririlən ayrı-ayrı tapşırıqları və prosesləri izləmək və onları lazım olan resurslarla təmin etmək üçün əməliyyat sisteminin gördüyü işlər. Tapşırıq – task ~ задача ~ görev ~ müstəqil element kimi yerinə yetirilən avtonom tətbiqi proqram, yaxud altproqram. Tapşırıqlar meneceri – Task Manager ~ Диспетчер задач ~ Görev Yöneticisi ~ Microsoft Windows əməliyyat sistemləri ailəsində: başladılmış proseslərin və onların istifadə etdikləri resursların (status, prosessor vaxtı və sərf olunan operativ yaddaş və s.) siyahısını ekrana çıxarmaq üçün utilit. Proseslər üzərində bəzi əməliyyatlar etmək (məsələn, prosesi durdurmaq) imkanı vardır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Yolkənarı meşə zolaqları
Yolkənarı meşə zolaqları- Dəmiryolları və şose yollarını qardan,qum və tozlardan,yuyulmadan qorumaq üçün,həmçinin dekorativ məqsədlə zolaq şəklində meşəliklər. == Ümumi məlumat == Bu meşələr həm də sanitar-sağlamlaşdırıcı funksiyası daşıyır.Dəmir yolları boyu meşə zolaqları kənar yoldan 15-20 m aralı yerləşdirilir.Meşəlik bir və ya çoxzolaqlı ola bilər.Bir zolağın eni 1025 metr,2-7 cərgəli götürülür.Avtomobil yolları boyu meşə zolaqları yoldan 15-50 metr kənarda yerləşdirilib,eni 4-20 metr,adətən 2-4 cərgəli olur.Yolboyu meşə zolaqları uzunömürlü,küləyə,qara və qaza davamlı ağac cinslərindən salınır.
Zolaqlı balinalar
Zolaqlı balinalar (lat. Balaenopteridae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Zolaqlı balinalar (cins)
Zolaqlı delfin
Zolaqlı delfin və ya Zolaqlı prodelfin(lat. Stenella coeruleoalba) — kifayət qədər araşdırılmayan, kiçik bir delfin növü. Əsasən Dünya okeanının bütün mülayim və tropik qurşaqlarında yayılmışdır. Təsnifatı mübahisə doğurur. 1999-cu ildə DNT analizləri onların müxtəlif delfin növləri arasında oxşarlıqlar müəyyən etmişlər == Təsviri == Əsasən balıq, kril, osminoqlarla qidalanırlar. Yan zolaqlarına görə fərqlənirlər. Əvvəllər ovlanma səbəbi ilə sayları azalırdı. Hazırda isə torlar və okean sullarının kirlənməsindən əziyyət çəkirlər. == İstinadlar == == Xarici keçidlər == ARKive — images and movies of the striped dolphin (Stenella coeruleoalba) Arxivləşdirilib 2006-03-22 at the Wayback Machine Whale and Dolphin Conservation Society Whale Trackers — An online documentary series about whales, dolphins and porpoises.
Zolaqlı diaqram
Zolaqlı diaqram– hər bir qiyməti düzbucaqlı zolaq şəklində təsvir olunmuş diaqram növü. İstifadəçinin seçdiyi parametrlərdən və müəyyən dərəcədə proqram təminatının imkanlarindan asılı olaraq, zolaqlı dioqramlar displeyə və çapa istər şaquli, istərsə də üfüqi formada verilə bilər və bir-birindən rənglə, kölgə ilə və ya naxışla fərqləndirilə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Значение слова в других словарях

в объёме грачи́ный девятери́к острога́ть папа́хен повы́жечь прико́пка приумно́жить стихи́ стро́потный схематизи́роваться недозре́лый пропи́хиваться налим хвистать de-afforest deplume femto- feudist foreign exchange impressure kern-stone summerish viatic марка