ZÖVQSÜZLÜK
ZUBR
OBASTAN VİKİ
Beytüs-səfa
Beytüs-səfa – ədəbi məclis. XIX əsrin 60 illərində Şamaxıda şair Məhəmməd Səfanın evində yaradılmışdı; məclisin adı da bununla əlaqədardır (ərəbcədən tərcümədə: Səfanın evi deməkdir). Seyid Əzim Şirvani, Molla Ağa Bixud, Ağababa Zühuri, Qafar Rağib, Ələkbər Qafil, Molla Mahmud Zuyi və b. şairlər məclisin fəal üzvləri idi. Məclisə Seyid Əzim Şirvani və Mollağa Bixud başçılıq edirdilər. “Beytüs-Səfa” Şuşadakı “Məclisi-üns”, “Məclisi-fəramuşan”, Bakıdakı “Məcməüş-şüəra” ilə sıx əlaqə saxlayırdı. Məclisdə ədəbiyyat, incəsənət, fəlsəfə məsələlərinə dair söhbətlər aparılır, klassiklərin əsərləri mütaliə olunur, onların məşhur şerlərinə nəzirələr yazılırdı, yeni yaranan qəzəllər xanəndələr tərəfindən oxunaraq, yayılırdı.
Məmməd Səfa
Məmmədsəfa Məmmədəli oğlu Qasımov (Məmməd Səfa) (25 iyul 1960, Dəvəçi rayonu) — Azərbaycanlı teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2018), ADMİU-nun professoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). == Həyatı == Məmməd Səfa 25 iyul 1960-cı ildə Dəvəçi şəhərində anadan olmuşdur. 1977–1980-ci illərdə Bakı mədəni-maarif texnikumunuda özfəaliyyət teatr kollektivi rəhbəri ixtisası üzrə Əfrasiyab Məmmədovdan, 1980–1984-cü illərdə M. A. Əliyev adına ADİİ-nin aktyorluq fakültəsində Nəsir Sadıqzadə, Fuad Hacıyev və Zəminə Hacıyeva kimi sənətkarlardan dərs alıb. Texnikumu bitirdikdən sonra təyinatla Şabran Mədəniyyət Evində işləmişdir. Fəaliyyətini 1985-ci ildən görkəmli teatr xadimi Vaqif İbrahimoğlunun yanında Tədris Teatrında davam etdirmişdir. Hazırda Yuğ Teatrının aktyorudur. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində Professsordur. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.10 mart 2021-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalı təltif olunub.19 fevral 2023-cü ildə "Altın Güneş Ödülleri 2023" mükafatı təltif olunub. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.Evlidir, iki övladı var.
Səfa Abasov
Abasov Səfa ( tam adı Səfa İslam oğlu Abasov; d.10 iyun 1946; Azərbaycan, Bakı) — Azərbaycan kimyaçısı, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Heterogen kataliz" laboratoriyasının müdiri, kimya elmlər doktoru (1993), professor (2009). == Həyatı == Səfa Abasov 1946-cı il iyunun 10-da Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 1975-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsini bitirmişdi. Metanın dehidrotsikloheksabirləşmə və karbohidrogenlərin izomerləşməsində istifadə edilən yüksək dispersli Pt və Pt/Re katalizatorların xemosorbsiya və katalitik xassələri mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildən AMEA-nın Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitunda böyük elmi işçi vəzifəsində çalışır. 2013-cü ildən “Hetrogen kataliz” laboratoriyasına rəhbərlik edir. S.İ.Abasovun bir sıra beynəlxalq konqreslərin və konfransların (Fransa, Yaponiya, Çin, Rusiya və digər) iştirakçısı olmuşdur, 150-dən artıq elmi məqalə və müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun rəhbərliyi ilə 1 nəfər elmlər doktoru və 3 nəfər elmlər namizədi işini müdafiə etmişdir. == Elmi fəaliyyəti == Tədqiqatları katalizatorların və onların iştirakı ilə gedən proseslərin öyrənilməsinə həsr olunmuşdur.
Səfa Axundov
Səfa Fətulla oğlu Axundov (19 iyun 1958, Masallı rayonu, Azərbaycan SSR – 1992, Şuşa, Azərbaycan) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səfa Axundov 19 iyun 1958-ci ildə Masallı rayonunda anadan olmuşdur. İlk təhsilini Saatlı rayonunda almışdır, sonra Cəlilabad rayonuna köçdüklərindən təhsilini burada davam etdirmişdir. Səfa uşaqlıq vaxtlarından təyyarəçi olmaq arzusunda idi, bu istəyi onu Bakı Aeroportuna gətirir. Daha sonra isə Orenburq Mülki Aviasiya Məktəbinə daxil olur. 1979-cu ildə bu məktəbi bitirərək Yevlax rayonundakı aeroportda pilot təyin edilir. === Ailəsi === Evli idi, iki oğlu yadigar qaldı. == Döyüşlərdə iştirakı == 1987-ci ildə Riqada yaşayan Səfa Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə biganə qalmayaraq Azərbaycana dönür. 1989-cu ildə Zabrat "Azal-aero" Aviaşirkətinə məxsus Mİ-8 helikopterinə 2-ci pilot təyin edilir. 1992-ci il 28 yanvar Şuşaya iki uğurlu uçuş etmişdi.
Səfa Cəmiyyəti
Səfa Cəmiyyəti — XX əsrin əvvəllərində Bakıda fəaliyyət göstərmiş, xeyriyyə cəmiyyəti. Cəmiyyətin məqsədi imkansız uşaqları təhsilə cəlb etmək, əhalinin yoxsul təbəqəsinə tibbi yardım göstərmək, xalqın mədəni səviyyəsini yüksəltmək olub. == Fəaliyyəti == Səfa Cəmiyyətinin 50 üzvü olub. Cəmiyyət üzvlük haqqı, fərdi ianələr və teatr tamaşalarından yığılan vəsait hesabına fəaliyyət göstərirdi. Məqsədləri imkansız uşaqları təhsilə cəlb etmək, əhalinin yoxsul təbəqəsinə tibbi yardım göstərmək, xalqın mədəni səviyyəsini yüksəltmək olub. Cəmiyyət Böyük Çəmbərəkənd küçəsində yerləşən binada fəaliyyət göstərirdi. İkimərtəbəli məktəb binası 1910-cu ildə ziyalılardan Əlibala Zərbəliyev tərəfindən tikilib. O, həm də cəmiyyətin xəzinədarı idi. Məktəbdə Hüseyn Cavid, Seyid Hüseyn və Səməd Mənsur və digərləri dərs deyiblər. İlk vaxtlar məktəbdə 60 nəfər, 1914 ildə isə 160 nəfər şagird təhsil alırdı.
Səfa Mirzəhəsənov
Hüseyn-Səfa Qvaməddin oğlu Mirzəhəsənov — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). == Həyatı == Hüseyn-Səfa Mirzəhəsənov 27 iyun 1959-cu il Balakən rayonunda anadan olmuşdur. == Mükafatlar == Azərbaycan Respublikasının Əməkdar Artisti, Azərbaycan Respublikasının Xalq Artisti Azərbaycan Respublikası Prezidentinin mükafatı — 30 aprel 2014-cü il, 6 may 2015-ci il, 6 may 2016-cı il, 1 may 2017-ci il, 9 may 2018-ci il, 10 may 2019-cu ildə, 7 may 2020-ci il. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 7 may 2021-ci il == Filmoqrafiya == Zirzəmi (film, 1990) Nə gözəldir bu dünya...
Səfa Mirzəyev
Səfa Mirzəyev (tam adı: Mirzəyev Səfa Abbas oğlu; 12 may 1952, Bakı) — Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri(1997-2022), Həqiqi dövlət müşaviri; hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru, dosent; Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu. == Həyatı == Səfa Mirzəyev 1952-ci il mayın 12-də anadan olub.Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1978–1990-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dekan müavini və dosent vəzifələrində çalışıb. Hüquq üzrə fəlsəfə doktorudur. 1990–1992-ci illərdə SSRİ Konstitusiya Nəzarəti Komitəsində komitə üzvü kimi fəaliyyət göstərib.1992-ci ildən Milli Məclis Aparatında işləyir. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub.6 fevral 1997-ci ildən Milli Məclis Aparatının rəhbəri idi.1995-ci ildə Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü olmuşdur.11 may 2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.11 may 2022-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.13 may 2022-ci ildə Milli Məclisin Aparat rəhbəri vəzifəsindən azad edilib. O, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. == Kitabları == Mirzəyev S.A. Qanunçuluq və hüquq qaydaları. — Bakı, 1980.
Səfa Qaraxanov
Səfa Yenişər oğlu Qaraxanov (22 fevral 1994, Xələc, Salyan, Azərbaycan — 1 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səfa Qaraxanov 22 fevral 1994-cü ildə Salyan rayonu Xalac kəndində anadan olub. 2001-2012 illərdə orta məktəbdə oxuyub. 2012-cu ildə əsgərliyə çağırılıb. Daha sonra müddətdən artıq hərbi qulluqçu kimi çalışmağa başlayıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Səfa Qaraxanov Füzuli və Cəbrayılın azad edilməsində savaşıb. Oktyabrın 1-i Füzulidə şəhidlik zirvəsinə ucalıb. Səfa Qaraxanov Səlyanda torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səfa Qaraxanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səfa Qaraxanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Səfa Qaraxanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səfa Qaraxanov ölümündən sonra "İgidliyə görə" ilə təltif edildi.
Səfa Qəhrəmanov
Səfa Hüseyn oğlu Qəhrəmanov (30 mart 1949, Minəxorlu, Ağcabədi rayonu – 5 may 2008, Bakı) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının xalq artisti (2006). == Həyatı == Səfa Hüseyn oğlu Qəhrəmanov 1949-cu il mart ayının 30-da Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olmuşdur. Hələ uşaqlıqdan musiqiyə həvəsi olmuş, tibb texnikumunda təhsil alarkən respublika üzrə keçirilən musiqi müsabiqələrində iştirak etmişdir. 1970-ci ildə Yaşıl Teatrda keçirilən "Qızıl payız" muğam festivalının iştirakçısı olmuş, Xan Şuşinski, Əhməd Bakıxanov, Sahib Şükürov, İslam Rzayev, Adil Gəray kimi sənətkarların qarşısında çıxış edərək müsabiqədə qalib gəlmişdir. Bundan sonra o, Əhməd Bakıxanovun ansamblına dəvət almış, bir müddət sonra isə hərbi xidmətə yollanmışdır.1978-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun xanəndəlik şöbəsini, 1990-cı ildə isə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif işi fakültəsini bitirmişdir. Muğam ustası Nəriman Əliyevin tələbəsi olmuşdur. Hələ musiqi texnikumunda təhsil alarkən səhnə fəaliyyətinə başlayan Səfa Qəhrəmanov milli muğamlarımızı, xalq və bəstəkar mahnılarını məharətlə ifa etmişdir. 1975-ci ildə ilk dəfə olaraq peşəkar xanəndə kimi Əhsən Dadaşovun rəhbərlik etdiyi Xalq Çalğı Alətləri Ansamblı ilə televiziyada "Mirzə Hüseyn segahı"nı ifa etmişdir. Səfa Qəhrəmanov 1992-ci ildən həm də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti idi. Opera səhnəsində Qəndab Quliyeva ilə "Leyli və Məcnun" operasında Məcnun rolunda çıxış etmişdir.
Səfa İsazadə
Səfa Əmirxan oğlu İsazadə (d. 17 may 1999; Xaçmaz, Oğuz rayonu, Azərbaycan — ö. 14 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səfa İsazadə 17 may 1999-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2005-2016-cı illərdə şəhid Vüqar İbrahimov adına Xaçmaz kənd 2 nömrəli tam orta məktəbdə oxumuşdur. == Hərbi xidməti == Səfa İsazadə 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Səfa İsazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsinin 3-cü günündə 29 sentyabrda müharibəyə yollanıb. Talış kəndinin azad olunması uğrunda əməliyyatlarda iştirak edib. Səfa İsazadə oktyabrın 14-da Madagizin azad edilməsində qəhrəmancasına vuruşaraq həlak olmuşdur. Səfa İsazadə oktyabrın 19-da Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunmuşdur.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səfa İsazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Əbu-Səfa
Əbu-Səfa (ərəb. حقل أبو سعفة‎) — Səudiyyə Ərəbistanı və Bəhreyndə neft yatağı. İran körfəzi sularında, Rəs-Tənnurə limanından 50 kilometr (31 mil) şimal-şərqdə yerləşir. 1963-cü ildə açılmışdır. 1966-cı ildən inkişaf etmişdir. Yağın sıxlığı 876 kq/m3, özlülüyü 12,2 cps, S 2,6% təşkil edir. İlkin neft ehtiyatları 1 milyard tondur. Neft və qaz potensialı yura çöküntüləri ilə bağlıdır. "Qatif Project" tərəfindən hazırlanmışdır. 2000-ci illərdə gücü artırmaq üçün 1,2 milyard dollar xərclənmişdir.
Səfa Gəray
Səfa Gəray (1637 – 1703, Karnobat[d]) — XXIX Krım xanı.Krım xanı I Səlamət Gərayın nəvəsi, nurəddin Səfa Gərayın (ö. 1637) oğludur. Əmisi oğlu I Səlim Gərayın səltənətində nurəddin, Murad Gərayın səltənətində isə kalqay ünvanları almışdır. Avstriya cəbhəsində gedən döyüşlər əsnasında vəzifədən alınan III Səadət Gərayın yerinə xanlığa gətirilmişdir (dekabr 1691). Əmisi Adil Gərayın oğlu Dövləti kalqay, digər əmisi III İslam Gərayın oğlu Şahini isə nurəddin təyin etdi. Vəzifəyə gəldikdən sonra ağır vergilər təyin etmiş, sarayda rüşvət həddindən çoxalmışdır. Yerli tatar əsilzadələrinə təyin etdiyi ağır vergilər ona qarşı ayaqlanmalarına səbəb oldu. Avstriya cəbhəsinə yollanmaq üzrə ordu toplamağa çalışan Səfa Gəray əsilzadələrin ayaqlanması ilə taxtdan çəkilməyə məcbur oldu. Beləcə, əsilzadələrin dəvəti və Sultan Əhmədin də istəyilə Səlim Gəray üçüncü dəfə Krım xanlığına gətirildi (21 oktyabr 1692). Vəzifədən alınan Səfa Gəray Rodos adasına sürgün edildi.
Səfa Zengin
Səfa Zəngin (türk. Sefa Zengin; 26 may 1968, Malatya ili) — Türkiyənin teatr, kino, serial aktyoru və səsləndirmə sənətçisi. == Həyatı == 1995-ci ildə İstanbul Universiteti Dövlət Konservatoriyasının Teatr fakültəsini bitirib. 1994-2001-ci illərdə Dormen Teatrında peşəkar aktyor kimi çalışıb. İstanbul Bilgi Universitetinin aktyorlarından ibarət Teatr Kandela tərəfindən səhnələşdirilən "Karmakarşık", "Popcorn", "Kare As" və "Oyun" tamaşalarına quruluş verib. O , 2003-2004-cü illərdə rol aldığı Qurdlar Vadisi serialında oynadığı psixoloji problemləri olan Ərdal Kömürcü personajı ilə böyük kütlənin rəğbətini qazandı. İstanbul Teatrında "İkinin biri", Aktyorlar Teatr Qrupunda "Troyalı Kadınlar", Volkan Severcan Yapımda "Korkuyorum Sevgilim" adlı tamaşalarda rol aldı. O, teatr və effektiv danışıq texnikasını öyrətməklə yanaşı, serial, film, reklam, sənədli və bədii filmləri səsləndirməkdədir. Hazırda Şahnəkarlar Teatrında "Canlı yayım" və "Bavul" tamaşalarında oynamaqdadır.
Səfa Zəngin
Səfa Zəngin (türk. Sefa Zengin; 26 may 1968, Malatya ili) — Türkiyənin teatr, kino, serial aktyoru və səsləndirmə sənətçisi. == Həyatı == 1995-ci ildə İstanbul Universiteti Dövlət Konservatoriyasının Teatr fakültəsini bitirib. 1994-2001-ci illərdə Dormen Teatrında peşəkar aktyor kimi çalışıb. İstanbul Bilgi Universitetinin aktyorlarından ibarət Teatr Kandela tərəfindən səhnələşdirilən "Karmakarşık", "Popcorn", "Kare As" və "Oyun" tamaşalarına quruluş verib. O , 2003-2004-cü illərdə rol aldığı Qurdlar Vadisi serialında oynadığı psixoloji problemləri olan Ərdal Kömürcü personajı ilə böyük kütlənin rəğbətini qazandı. İstanbul Teatrında "İkinin biri", Aktyorlar Teatr Qrupunda "Troyalı Kadınlar", Volkan Severcan Yapımda "Korkuyorum Sevgilim" adlı tamaşalarda rol aldı. O, teatr və effektiv danışıq texnikasını öyrətməklə yanaşı, serial, film, reklam, sənədli və bədii filmləri səsləndirməkdədir. Hazırda Şahnəkarlar Teatrında "Canlı yayım" və "Bavul" tamaşalarında oynamaqdadır.
Səfa məscidi
Səfa məscidi və ya Parlı məscid — Türkiyənin Diyarbəkir ilində yerləşən Ağqoyunlu abidəsi. Məscid Diyarbəkir şəhər divarının şimal-qərb qanadında, Mələk Əhməd küçəsinin şimalında, Ulu məscidinin qərbində yerləşir. Kompleks şəklində inşa edilən Səfa məscidi məscid və mədrəsədən ibarətdir. Mədrəsə məscidin qarşısındadır. == Tarixi == Türkiyənin Diyarbəkir ilinin Sur ilçəsində yerləşən Səfa məscidinin günümüzə gəlib çatan hər hansı bir kitabəsi yoxdur. Bu səbəbdən abidənin dəqiq tikilmə tarixi və kim tərəfindən tikildiyi bizə məlum deyil, lakin abidənin Ağqoyunlu dövründə inşa edildiyi bilinir. Ehtimal olunur ki, Səfa məscidi Şah İsmayılın babası Şeyx Cüneydin xahişi ilə Uzun Həsən tərəfindən tikdirilmişdir. Cami-üs Safi adını şeyxə olan hörmətdən götürdüyü güman edilir. Məscid həmçinin Şeyx Səfa, İpariə, İparla, Palo adlarıyla da tanınır. Övliya Çələbi də öz səyahətnaməsində ondan İpariyyə məscidi kimi bəhs etmişdir.
Mirzə Haqverdi Səfa
Mirzə Haqverdi Mirzə Əli oğlu Kəbirli (1805-1881) — şair, qazı. == Həyatı == Mirzə Haqverdi Səfa 1805-ci ildə Şuşa şəhəridə doğulmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Mir Möhsün Nəvvab onun haqqında yazır: "Mərhum Mirzə əlinin oğludur ki, sabiqdə Şuşa qazisi idi. Mirzə Haqverdi ziyadə dəqiq və zərif bir vücud idi və əşarü kəlamından belə anlaşır ki, Şeyx əttar və Şəms Təbrizi kimi böyük və fazil ədiblərin asari-cəlilələrindən feyzü kamalat əxz edib, onların tutduğu təriqü məsləkdə müdavimət edib şer deyərmiş və əşarının çoxusu fars dilində yazılıbdır". Mirzə Haqverdi Səfa Cəfərqulu xan Nəvanın və Qasım bəy Zakirin həcvlərinə tuş gəlmişdi. O, şeirlərini əsasən fars, ərəb dillərində yazmışdı. Mirzə Haqverdi Səfa 1881-ci ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu.
Səfvət əs-səfa
Səfvət əs–səfa, Səfvətüs–səfa, Səfvət əl–səfa, Səfvətül səfa (fars. صفوة الصفا‎) — Şeyx Sədrəddinin tövsiyəsi və verdiyi məlumatlara əsasən atası və mürşidi olan Şeyx Səfiəddin haqqında İbn Bəzzaz tərəfindən fars dilində yazılmış kitab. Əsərin tam adı əl-Məvahib əl-saniyə fi mənaqib əl-Səfəviyyə və ya Məvahibüs–səniyyə fi mənakıbis–Səfəviyyə dir. İbn Bəzzaz bu həcmli əsəri Şeyx Səfiəddin Ərdəbilinin vəfatından 24 il sonra təxminən hicri 759–cu (miladi 1358–ci) ildə bitirmişdir. Şah I Təhmasibin əmriylə Əbül–Fəth Hüseyni tərəfindən yenidən redaktə edilmiş, bu vaxt mətnə Səfəvîlərin İmam Musa əl–Kazımın soyundan gəldiklərini ifadə edən bəzi ibarələr əlavə edilmişdir. Əsərin Mirzə Əhməd b. Kərim-i Təbrizi xətti ilə litoqrafiya üsulu ilə nəşrində (Bombay 1911–ci il) bu nüsxə əsas götürülmüşdür. Məhəmməd ibn Hüseyn Katib Nişati 1542–1543–cü (hicri 949–cu) ildə "Səfvət əs–səfa"nı Azərbaycan dilinə tərcümə edərək mətnini şərti olaraq "Şeyx Səfi təzkirəsi" adlandırmaşdır. == İbn Bəzzaz haqqında == İbn Bəzzaz (fars. ابن بزاز‎‎ ; ö.
Səfa Gəray (Qazan xanı)
Safa-Gəray (tatar Safa Gäräy, Сафа Гәрәй, صفا گرای‎; krımtat. Safa Geray; 1510, Baxçasaray — 1549, Kazan) — Kazan xanı (1524—1531, 1536—1546, iyul 1546—mart 1549). == Tərcümeyi-halı == Krım çarı Fetih Gəray və noqay mirzə Xədicənin nəvəsi Cəlal Sultanın oğlu, Sahib Gərayın (1521—1524) bacısı oğlu və xələfi1524-ci ildə dayısı sahib Gərayın Krıma getdikdən sonra o 13 yaşında taxta çıxıbdı. Bulat Şirinin himayəsi altında ölkəni idarə edibdi. Özünü osman sulatnın vassalı elan edib və Moskva əlehinə vuruşub (1536—1537, 1541—1542, 1548). 1531-ci ildə Kazandan sürgün edilib. Hakimiyyətə Can Əli gəlib. 1535-ci ildə isə krım hərbiçilərin köməyi ilə yenidən hakimiyyətə qayıdıb. O Can Əlinin arvadı, noqayın qızı Sümbullə evlənir (1549—1554). 1546-cı ildə qaynatası Yusiflə müharibə edir.Yusifin qardaşı Yunisin köməkliyi ilə Noqayı alır.

Значение слова в других словарях

...ва́р зверофе́рма костопра́вка наклика́ть прошто́пывание сости́рываться тари́ф эпикуре́йский би́серно остолби́ть пе́нящийся передози́ровать черне́ние сюжет clarionet isoenzyme manager rearwards Rhea Ryukyu Islands spacy брахманизм мокрый пообедать эльзасский