ƏDALƏTLİ

прил. справедливый:
1. действующий беспристрастно, в соответствии с истиной, с законом. Ədalətli hakim справедливый судья, ədalətli adam справедливый человек, ədalətli qanun справедливый закон, ədalətli hökm справедливый приговор, ədalətli qərar справедливое решение
2. осуществляющийся на законных и честных основаниях. Ədalətli sülh справедливый мир, ədalətli iş справедливое дело, ədalətli mübarizə справедливая борьба, ədalətli hərəkət справедливый поступок; ədalətli olmaq быть справедливым, ədalətli mövqe tutmaq занимать справедливую позицию
◊ ədalətli müharibələr справедливые войны (войны за независимость)
ƏDALƏTLƏ
ƏDALƏTLİLİK
OBASTAN VİKİ
Ədalətli istifadə
Ədalətli istifadə (ing. fair use). Amerika Birləşmiş Ştatları Müəllif hüquqları Qanununda olan və müəlliflik hüquqları ilə qorunan əsərlərin elm və incəsənətin inkişafı naminə müəllifdən icazə istənmədən məhdud şəkildə istifadə edilməsinə imkan verən bir doktrinadır. Azərbaycan Respublikasının qanunlarında ədalətli istifadə nəzərdə tutulmayıb. "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanunun "Əsərlərdən informasiya, elmi, tədris və digər məqsədlər üçün istifadə" haqqında 19-cu maddəsində müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif qonorarı verilmədən, lakin istifadə olunan əsərin müəllifinin adını və götürülmə mənbəyini mütləq göstərməklə aşağıdakı hallara yol verilir: elmi, tədqiqat, polemika, tənqidi və informasiya məqsədi ilə qanuni dərc edilmiş əsərdən, həmçinin qəzet və jurnallardan, sitatın məqsədinə müvafiq həcmdə çap icmalı formasında qısa parçaların orijinalda və ya tərcümədə sitat kimi verilməsinə; qanuni dərc edilmiş əsərlərdən qısa parçaları müəyyən məqsəd üçün lazım olan həcmdə tədris xarakterli nəşrlərdə, radio və televerilişlərdə, səs və vidioyazılmalarda istifadə etməyə; müəllif və ya müəlliflik hüquqlarının digər sahibinin qadağan etdiyi hallar istisna olmaqla, qanuni əsasda dərc edilmiş cari iqtisadi, siyasi, sosial və dini məsələlər üzrə məqalələrin, yaxud efirlə verilmiş eyni xarakterli əsərlərin qəzetlərdə, jurnallarda digər dövri nəşrlərdə çap edilməsinə və ya kütləvi bildirişinə; fotoqrafiya, kinematoqrafiya, efir və ya kabel televiziyası vasitələri ilə cari hadisələr haqqında icmalda hadisələrin gedişində görülənlərin və eşidilənlərin informasiya məqsədi üçün lazım olan həcmdə surətinin çıxarılmasına və ya kütləvi bildirişinə; bununla birlikdə, müəllifin belə əsərləri toplularda dərc etdirmək hüququ saxlanılır; açıq siyasi nitqlərin, mülahizələrin, müraciətlərin, təbliğat xarakterli fikirlərin və məhkəmənin gedişində söylənən nitqlər də daxil olmaqla digər oxşar əsərlərin qəzetlərdə, jurnallarda və digər dövri nəşrlərdə çap edilməsinə və ya kütləvi bildirişinə; bununla birlikdə, müəllifin belə əsərləri toplularda dərc etdirmək hüququ saxlanır; qanuni dərc edilmiş əsərlərin gəlir götürmədən qabarıq-nöqtəli şriftlə və ya digər xüsusi üsullarla korlar üçün surətinin çıxarılmasına (xüsusi olaraq belə üsullarla dərc etmək məqsədi ilə yaradılmış əsərlərdən başqa).
Dünya xalqları ədalətliləri
"Dünya xalqları ədalətliləri" və ya "Beynəlxalq ədalətlilər" (ivr. ‏חסידי אומות העולם‏‎) — 1951-ci il "Holokost xatirəsi haqqında İsrail qanunu”na əsasən, Avropanın nasistlər tərəfindən işğalı zamanı və "Holokost” illərində öz həyatlarını təhlükəyə ataraq minlərlə yəhudini xilas etmiş qeyri-yəhudilərə verilən fəxri addır. 1963-cü ildən etibarən İsrail Ali Məhkəməsi hakiminin rəhbərlik etdiyi komissiya "Beynəlxalq ədalətlilər"in mükafatlandırılması vəzifəsini həyata keçirir. Bu ada layiq görülən şəxs, üzərində adının qeyd olunduğu medalla mükafatlandırılır, həmçinin, adı Qüdsdə yerləşən "Yad va-Şem" muzeyinin ərazisində yerləşən "Ədalətlilər bağçası”nın Şərəf Lövhəsində həkk olunur. Əgər həmin şəxs vəfat edibsə, onun yaxın qohumu bu adı ölən insanın xatirəsinə əldə etmək üçün dövlətə müraciət etməlidir. Bu ada layiq görülən şəxslərin sırasında İsrail dövlətində yaşamağı seçənlərə orta əmək haqqı miqdarında təqaüd və sağlamlıq sığortası, həmçinin, ev və ehtiyac olan zaman tibbi dəstəklə də təmin olunur. Faciə və qəhrəmanlıq İnstitutu "Yad va-Şem" 1 yanvar 2016-cı il tarixində 51 ölkədən 26.119 nəfər insanı "Dünya xalqlarının mömini" kimi təsdiq edib. == Möminlərin fəaliyyəti == Yəhudilərə yardım böyük cəsarət və fədakarlıq tələb edirdi. Nasistlər yəhudiləri qoruyan və onları gizlədən bütün şəxsləri ölümlə təhdid edirdilər. Yəhudilərə kömək edənlərə verilən cəzalar ölkələr üzrə bir-birindən fərqlənirdi.

Значение слова в других словарях

выплета́ние ище́йка переда́чка пры́тко щипцы́ баррика́дный бледнова́то засо́вывать сбру́я сево́к anapestic centreless crop year minaudière mooncalf one-sided revel special committee zoon politicon дефолиант зачерствелый наклонный поворотиться распалять целик