Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «Ö» – 180
Ö:BƏC
(Zaqatala) çəpgöz (adam)
ÖC
öc düşmək: (Kürdəmir, Qax, Şəki) bax ö:üc düşməx’ Öc eləməg (Salyan) – artmaq, yayılmaq, yenidən baş qaldırmaq, açılmaq (yarada) və s. – Yaram öc elədi üzümi basdu; – Onın yarası öc elədi
ÖCƏŞMAX
(Qax, Şəki) sataşmaq, incitmək. – Yoldan gedən uşağa niyə öcəşiysiz (Qax); – Sən də öcəşmağa adam tapbırsan? (Şəki)
ÖCƏŞMƏK
(İmişli, Zəngilan) mübahisə etmək
ÖDDƏHLİX’
(Ağbaba) qorxaqlıq. – Hər işdə öddəhliy eləmə
ÖDDƏMƏX’
(Gəncə) acılamaq, acı etmək. – Yaman ajıymış, ağzımı öddədi
ÖDDƏX’
(Ağbaba, Ağdam, Laçın, Naxçıvan, Şərur, Zəngilan) qorxaq. – Qorxağ adama öddəx’ də de:llər (Zəngilan); – Böyüx’ qardaşları öddəx’di (Naxçıvan)
ÖD DÜŞMƏX’
(Şərur) incimək, arası dəymək. – Bı mənnən niyə öd duşup bilmirəm
ÖDƏX’
(Qazax, Şəmkir, Tovuz) ölübitən heyvanın əvəzinə verilən heyvan, əvəz. – Qoyun otaran ha döyü, itirer hamsını, ödəx’ verməx’dən yorulufdu (Qazax); – Bir qoyun itirmişdim, ödəx’ verdim (Şəmkir)
ÖDƏLƏX’
(Şərur) tələsik, təngnəfəs. – Özün ödələx’ saldı üsdümə
ÖDƏMƏ
(Ağcabədi, Goranboy) pambıq kolunun kökü
ÖƏC
(Cəbrayıl, Xocavənd, Ordubad) bax öəç. – Əmirin öəcinin əlli kilo əti çıxdı (Cəbrayıl); – Qalxozda 15 dənə öəc var (Ordubad)
ÖƏÇ
(Basarkeçər, Qazax, Ordubad) ikiüçillik erkək qoyun. – Qoyunun üçilliy erkək balasına öəç de:rix’, dördilliy balasına qaradiş (Basarkeçər)
ÖƏDƏX’
öədəx’də qalmax: (Qazax) arxası üstə yıxılıb qalmaq. – Dana öədəx’də qalmışdı, güjnən qaldırdıx
ÖƏDİMƏX’
(Hamamlı) büdrəyərək yıxılmaq. – İnəx’ öədədi tüşdü suyun içinə
ÖƏŞ
(Cəbrayıl, Çənbərək) bax öəç. – Avdıləzimin üş dənə öəşi var (Çənbərək)
ÖƏŞDƏMƏX’
(Çənbərək) qoyun-quzunu dal ayaqlarından tutaraq yuxarı qaldırıb irəli aparmaq. – Ay Məhəmmət, qoynu öəşdə qırxlığın yanna
ÖFGƏ
I (Basarkeçər, Bərdə, Çənbərək, Gədəbəy, Gəncə, Goranboy, Qazax, Mingəçevir, Ordubad, Tərtər, Tovuz, Yevlax, Zaqatala, Zəngilan) bax ofgə. – O öfgədən kavaf çəx’dix’ (Çənbərək); – Quzuyu yayda qışdaxda saxlasan, öfgəsi tamam yanajax (Gədəbəy) ◊ Öfgəsi atmax (Qazax) – qorxmaq II (Çənbərək, Karvansaray) ağciyər xəstəliyi (heyvanda). – Öküz öfgədən öldü
ÖFGƏLƏMƏX’
(Cəbrayıl) ovuşdurmaq. – Gə kürəyimi öfgələ, yaman ayrıyır
ÖFGƏLƏMMƏX’
(Gəncə) şişmək. – Azardan üz-gözü öfgələnif; – Uşax gör nejə öfgələnif
ÖFT
öft eləməx’: (Ordubad) kifayət etmək, bəs eləmək. – Ordubadın suyi öft eləmir
ÖG
(Dərbənd) qabaq, ön, qarşı. – Ögdə durubanları diyədilər
ÖGƏ
(Dərbənd) əvvəlcə. – Ögə sən de, sora mən diyədəm
ÖGƏC
(Bakı, Salyan) bax öəç
ÖGƏC-ÖGƏC
(Şamaxı) böyük-böyük, yaşına uyğun olmadan (danışmaq) – Ögəcögəc danışmağ sə:n adətindi
ÖGƏN
(Salyan) nəsil-nəcabət. – Adamın gərəg ögəni ola
ÖGƏNGƏNƏ
(Salyan) zəhərli cücü adı. – Mığanda ögəngənə çox olar; – Ögəngənə yayda olar
ÖGLÜG
(Dərbənd) önlük. – Öglügi mənə vər
ÖGÜL
(Ordubad) vəhşi qoyunların keşiyini çəkən qoç
ÖHBƏ
(Kürdəmir) bax öfgə. – Öhbəm ağzımnan gəldi