Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «Ü» – 151
ÜCƏ
(Cəlilabad) toyuğun beli. – Bişəndə mənə ücə ver
ÜCGÜR
(Salyan) ağıldanyüngül, kəmağıl. – Həsən ücgür adamdı
ÜCÖÜRRƏMƏG
(Yardımlı) təkrar etmək. – Bi sözi nə çox ücöürreysən, bəsdi daynə
ÜCÜLƏMAX
I (Şəki) bax ujulamax. – Sən də bi şeyi az ücülə II (Şəki) arzu etmək. – Heylə yerrəri ücüləmə
ÜCÜZ
(Gədəbəy) uzun
ÜÇDÜ
(Füzuli) üçqat, birə-üç. – Buğdanı qartofunan üçdü dəyişillər
ÜÇƏM
I (Culfa) aşıqla oynanılan qumar. – Üçəm oynallardı qabaxlar II (Kəlbəcər) qumrov. – Üçəm qoyunun boğazında olar III (Ağdam, Əli Bayramlı, Gədəbəy, Kürdəmir, Qazax, Naxçıvan, Ordubad) 1. bir dəfəyə üç bala doğmuş qoyun, keçi (Ağdam, Əli Bayramlı, Kürdəmir, Ordubad). – Bizim qalxozun qoyunnarının çoxu üçəm qoyunnardı (Ordubad) 2. üçqat (Gədəbəy, Kürdəmir, Qazax) – İpi üçəm əyir (Qazax) 3. üç cərgə (Naxçıvan) – Qatırı üçəm yüklə
ÜÇƏM-ÜÇƏM
(Ordubad) üç-üç. – Üçəm-üçəm yığ
ÜÇƏNƏ
(Cəlilabad, Yardımlı) böcək adı. – Üçənə bırda çox oley, cüci kimi bi şeydü; – Üçənə pambığın sofqasın yey
ÜÇƏR
(Dərbənd) bax uçar. – Ha bu kişinin toyun ələməsən, üçərdən taymaz, vallah; – Üçərdə çuxlu adam yığılıtdı axşamlar
ÜÇƏYAX
(Naxçıvan) üstündə xəmir yayılan taxta. – Üçəyax çörəx’ bişirməyə gərəx’di
ÜÇGÜL
(Qazax) üçkünc, üçbucaq şəkilli
ÜÇİLLİK
(Ucar) uşaq oyunu adı. – Üçillikdə iki dəssə olur, hər dəssənin baççısı olur
ÜÇMƏĞ
(Yardımlı) yıxılmaq. – Kişi üçüb əzildi
ÜÇÜÇ
(Qax) parabizən, kiçik xallı böcək. – Ho otdarın içində çox üçüç olıy
ÜÇÜMMƏX’
I (Göyçay) bax uçummax II. – O, salımçaxda üçünür II (Çənbərək) titrəmək, üşümək. – Beyjə soyuğudu deyn yorğanın altda üçündüm III (Çənbərək) qorxmaq, səksənmək. – Çağa beyqafıl bağırdı deyn üçündüm
ÜDƏLƏMƏG
(Kürdəmir) tez-tez yemək. – Üdələ qutar, dərsə gecikdüg
ÜDƏLƏMƏX’
(Kürdəmir, İrəvan) fasiləsiz olaraq boş-boşuna danışmaq. – Nə üdəliyirsəη, yaxşı danış (İrəvan)
ÜDÜLƏMƏX’
(Ağdam, Bərdə, Şuşa) bax üdələməx’. – Bəxdəvər üdüləməx’dən yorulmur, hey danışır ha: (Ağdam); – Ona nə qulağ asırsan, üdüləməx’ onun peşəsidi dana (Bərdə); – Sə:rdən üdülüyür, heş bilmirəm nə de:r (Şuşa)
ÜFLÜYƏ-ÜFLÜYƏ
I (Salyan) məc. əzizləyə- əzizləyə. – Badam xala nəvələrin üflüyə- üflüyə saxlıyır II (Salyan) üfürəüfürə. – Uşax çayı üflüyə-üflüyə içir
ÜFÜRCƏX’
(Şuşa) qoyunun və ya keçinin sidik kisəsi. – Qəssəfdən aldığım ətin üsdündə üfürcə’x də varıdı
ÜFÜRDEX’
(Şəki) çinədan, quşun dənliyi. – To:ğun üfürdeyinə qan dolduruf qoyubbuş
ÜFÜRDƏ
(Culfa) təndirə çörək yapmaq üçün işlədilən alət
ÜFÜRDƏX’
(Gəncə) qovuq. – Üfürdəx’- nən suda üzdüm
ÜFÜRDƏNƏ
(Ordubad) bax üfürdə. – Üfürdəneynən çörəx’ yapanda adamın əli yammaz
ÜFÜRUX
(Şəki) qoz və şabalıd çırpmaq üçün istifadə edilən uzun ağac. – Bizdərdə qozu üfüruxnan çırpallar
ÜG
(Dərbənd) bax ög. – Ügdə büzü bağdu
ÜGÜNMƏX’
(Beyləqan Çənbərək) sığınmaq. – Mən sənə ügünmüşəm (Beyləqan); – Əyri Zavaş Usuvaja üğünüf dolanır (Çənbərək)
ÜGÜR
(Quba, Xaçmaz) ciftləşmə ◊ Ügürə gitmağ – ciftləşmək
ÜJDƏMMƏX’
(Çənbərək) gizlin qaçmaq. – Əfqan axşam toydan üjdəndi