Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «İ» – 327
İBARAT
(Meğri) təşəxxüs, əda, fors ◊ İbaratınnan cırılmax – təşəxxüslənmək. – Xurşudun qərdəşi Səfiyar ibaratınnan cırılır
İBƏRMEG
(Dərbənd) göndərmək. – Əvvəl xatun ibəreydi, sora qişi ibəreydi
İBİCƏLƏNMAX
(Qax, Zaqatala) xarab olmaq
İBİNİY
(Qax) kiflənmiş
İCARAÇI
(Basarkeçər) xidmətçi, kuryer
İCƏŞMAX
(Şəki, Zaqatala) sataşmaq. – İcəşmağa adam tapbiysammi? (Şəki)
İCƏŞMƏX’
(Şahbuz, Şərur) bax icəşmax. – Sən mq: nə icəşirsən, canım (Şahbuz)
İCİ
(Zaqatala) qardaş. – İci, mənim kərkimi usduya aparsana
İCİLEY
(Zaqatala) qardaşarvadı
İCNƏVUR
(Balakən, Qax, Zaqatala) evdə içalatdan hazırlanan kolbasa
İCRA:ÇI
(Şəki) bax icaraçı. – İcra:çını göndər, Əyyuvu çağırsın bura
İÇÇİ
iççi əl: (İmişli) işçi. – Mə:m iççi əlim yoxdı
İÇ ELƏMƏG
(Bakı, Salyan) dilimləmək. – Qarpızı iç elə yiyəg (Salyan)
İÇXALAMAĞ
(Salyan) dəfələrlə soruşmaq, həqiqəti öyrənməyə çalışmaq. – Sabirəni içxalasan da bir şey örgənə bilməssən
İÇƏRMƏX’
(Çənbərək) qalamaq. – Ojağı içər, yansın
İÇİYARA
(İmişli) vərəm (qoyunda)
İÇYARA
(Ağdam, Xocavənd) bax içiyara. – İçyara azardı da, qoyunun içi yaro:- lur (Xocavənd)
İDA
(Qax) ana
İDDƏLƏŞMƏX’
(Çənbərək) mənasız, yersiz mübahisə etmək. – Ağa:rnan <Ağayarla> Veysəl bildirdən bəri çox iddələşir
İDƏ
(Qax) bax ida. – İdələr xoşbax olan dünyədi
İDƏM
(Ağdaş, Göyçay) yavanlıq. – Axşama idəm hazırrıyırsammı? (Ağdaş)
İDƏŞMƏX’
(Borçalı, Salyan) bax iddələşməx’. – Ə:, nə idəşirsiηiz, gediη uşaxları gətiriη (Borçalı)
İDİLƏMƏX’
(Çənbərək) qızışdırmaq. – Qara idilədi, uşağı bir-birinə qırdıdı
İDİM
(Ağbaba, Bərdə, Mingəçevir, Şəki, Ucar) görkəm, forma, zahiri görünüş. – Onun idimi düzələn döyül (Ağbaba); – Bircə sə:n idiminnən qorxuram (Ucar)
İDİMSİZ
(Şəki, Zaqatala) çirkin (adam)
İDİŞMAX
(Meğri) bax idəşməx’. – Gödəx’ Qara katda hamiynan idişey
İDMAX
(Şəki) itələmək. – Duran yerdə gəldi məni iddi; – Məni idmə
İFAL
(Yardımlı) utancaq. – O, ifal qizə oxşay
İFALLI
(Ağdaş, Göyçay, Kürdəmir, Saatlı, Salyan, Ucar) xoşxasiyyət; mədəni. – İfallı adamın hər yerdə hürməti olar (Ucar); – Elə ifallı gəlindi ki, nətə:r (Salyan)
İFÇİN
I (Borçalı, Xanlar, Qazax, Tovuz) səliqəli II (Zaqatala) möhkəm, yaxşı. – Büyün atı ifçin nalladacam