Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «Ə» – 488
Ə:AXLI
(Gədəbəy, Xanlar) bax ayaxlı. – Ə:axlıyı ma:yəti <mənə gətir> ordan, yayem bu kündələri (Gədəbəy)
Ə:ALĞA
(Gədəbəy) bax ayalğa. – Uşağa ə:alğa qoyma:η, peşman olarsıηız sonralar
ƏBCƏMƏX’
(Şərur) toxumu qabıqdan çıxarmaq
ƏBDAL
(Qax) qanacaqsız, qanmaz. – Allah vuran əbdaldı, xayrını, zaralını bilmiy
ƏBƏ
I (Lənkəran) bax aba II II (Zəngilan) bax aba I III (Böyük Qarakilsə) nənə IV (Meğri, Yardımlı) çilingağac oyununda yerdə qazılan kiçik çuxur, oyunun başlandığı mərkəz. – Çilix’ azcə qalmişdi düşsin əbəyə, ancax yan getdi (Meğri) V (Yardımlı) yuva
ƏBƏÇİ
(Cəlilabad, Lerik, Yardımlı, İmişli, Sabirabad, Zəngilan) mama, mamaça. – Əbəçi oley beysavad, doxdır olanda deyeylər mama (Cəlilabad)
ƏBƏDİMƏG
I (Göyçay, Kürdəmir, Salyan) arxası üstə yıxılmaq. – Mal əbədiyib, oqqədər çırpınıb ki, bağrı çatdıyıb (Salyan) II (Biləsuvar) ölmək. – Bir yekə çöngəmiz əbədiyib
ƏBƏDİMƏX’
(Zəngibasar) bax əbədiməg I
ƏBƏNQƏŞ
(Ordubad) namussuz, biqeyrət, həyasız. – Ədə, sən nə əbənqəş adamsan, mən sə: umud oldum
ƏBLAĞ
(Lənkəran) ala-bula (at). – Bi əblağ atı var onun
ƏBLƏBİÇ
(Qax) soxulcan
ƏBLƏĞ
(Lənkəran) bax əblağ
ƏBLƏSÖ:ÜN
(Lənkəran) sevincək, sevinə-sevinə
ƏBRƏ
(Qax) arba, içərisində müəyyən bir şey olan qabın boş çəkisi
ƏBRƏŞ
(Cəbrayıl, Salyan, Yardımlı, Kürdəmir, Şəki) təpəl, başında ağ xalı olan (heyvan). – Bi sarı əbrəş qoyunum var (Kürdəmir); – Əbrəş qoyunumuz iki gündü itib (Cəbrayıl); – Əbrəş qoyun tayın görüm; qumral qoyun tayın görüm; Həblə-həblə sayırdıx (Şəki)
ƏBRƏVAN
(Salyan) tənzif. – Qadınnarın başında əbrəvan vardı
ƏBRİMÜŞ
(Şəki) qovaq ağacının bir növü
ƏBRİŞİM
(Ağdaş, Kürdəmir, Göyçay) bax əbrimüş. – Bizim tərəflərdə əbrişim çox olur (Kürdəmir)
ƏBRU:S
(Cəlilabad) geyim. – Mənüm əbru:sum yoxdi, mənə bir dəs paltar ver
ƏBRUŞUM
(Mingəçevir) bax əbrimüş
ƏBŞƏLƏ
(Bakı) şərbət. – Uşağı göndərün əbşələ paylamağa
ƏBÜR
(Yardımlı) allergiya. – Üzi tamam əbur olub
ƏCAZ
I (Naxçıvan) əcaib II (Qarakilsə) kələkbaz, bic
ƏCCƏ
I (Salyan) key (adam) II (Yardımlı) yumurtadan təzə çıxmış cücə və ya sərçə balası
ƏCCƏBALA
I (Bakı) körpə II (Salyan) çılpaq, lüt. – Uşağı qoyma bı so:ğda əccəbala hə:tdə oynuya
ƏCCƏMƏÇƏK
(Sabirabad) çılpaq, lüt
ƏCƏBSƏNDƏL
(Gəncə, Mingəçevir) badımcan, kartof və pamidordan hazırlanan xörək növü
ƏCƏLƏ-CÜCƏLƏ
(Meğri) birdən, qəflətən. – Gördüx’ bir əlix’ əcələ-cücələ gəlir bizə tərəf
ƏCƏMİ
(Basarkeçər) çarıq növü
ƏCGAHAN
(Cəlilabad) bax ejga:n. – Əcgahan gəzmə