Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «AĞ» – 119
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
AB AC AD AF AH AJ AL AM AN AQ AR AS AT AU AV AX AY AZ
 
I (Xaçmaz, Salyan, Şəmkir) alt tumanın və ya şalvarın ortası. – Gədənin şalvarının ağı cırılıf, mərəkədə biyavır oluf (Şəmkir) II (İmişli) var-dövlət, varidat. – Adamın ağın, qızılın alıllardı əlinnən III (Qax) yeməli bitki adı. – Uşaxlar yezliyə ağ getimağa gediplər IV (Salyan) süfrə. – Qızım, ussulun üssünə ağ sal Ağ əkin (Salyan) – arpa, buğda əkini. – Beşdəlidə ağ əkin çox əkilir. Ağ salmax (Kəlbəcər) – inandırmaq. – Mən ağ saldım, o inanmadı. Ağ yel (Şamaxı) – xəstəlik adı
AĞABABA
(Təbriz) baba. – Mə:m ağababam hamıdan böyüx’ iydi
AĞABACI
(Quba) böyük bacı
AĞABAJI
(Basarkeçər) böyük qardaşın arvadına müraciətlə deyilən söz. – Ağabajım öydə yoxdu, odune:dif
AĞABİLMƏZ
(İmişli) bilinməyən, hiss olunmayan. – Çovannar görürdün ki, cəmdəyin ağabilməz yerinnən kəsif götürürdülər
AĞACAN
(Təbriz) nənə. – Mən yayda ağacanımın yanında olurdum
AĞACAYAĞ
(Salyan) yüngülxasiyyət. – Sadığ ağacayağ adamdı
AĞACBƏLGƏ
(Bakı) əlbəyaxa vuruşma
AĞACOTU
(Qubadlı) ağacın haçası arasında bitən mamır
AĞADADAŞ
(Təbriz) böyük qardaş. – Mə:m ağadadaşım Təbrizdə olurdi
AĞADAYI
(Bakı, Xaçmaz) üzüm növü adı. – Ağadayı çux şirin uladı (Xaçmaz)
AĞAİNNƏ
(Zəngibasar) nənə. – Mən ağainnəmi görməmişəm
AĞAJAYAX
(Xanlar) gəzəyən. – Denən, ay süngüsarın oğlu, bu qoja vaxtında az ağajayax olsana
AĞAMƏT
(Ağbaba) toydan bir neçə gün qabaq qız evinə aparılan yemək şeyləri (un, qoyun, meyvə və s.). – Böyün ağamət aparıllar
AĞAMİRİ
(Göyçay, Mingəçevir) üzüm növü adı. – Bu il ağamiri üzümü çoxdu (Göyçay)
AĞAMİRZƏ
(Zəngibasar) böyük qayın. – Ağamirzəm məni şə:rə aparmışdı
AĞANAX
(Ağdaş, Göyçay, Kürdəmir, Mingəçevir) yayda camışların yatdığı bulanıq, palçıqlı gölməçə
AĞANƏNƏ
(Ordubad) nənə; atanın anası. – Atanın anasına bizlər ağanənə deyərıx
AĞARAN
(Lənkəran) süd məhsulları. – Ağaran olmaseydi, uşağlar korruğ çəkərdi
AĞARTDAMAX
(Qazax) təmizləmək. – Zoğalı ağartda, mürəbbə pişirəx’
AĞARTMAĞ
I (Kürdəmir) məc. açmaq, gizli saxlanmalı bir məsələni açmaq. – Məsələni ağartma, qoy üstüörtülü qalsın II (Bakı) bir məsələni həddindən artıq şişirtmək. – Nöşün bığada ağardırsan işi?
AĞARTMAX
(Çənbərək) üyütmək. – Beyjə iki dağar arpa ağartdım
AĞAŞDI
(Qazax, Şəmkir) məc. irigövdəli, iriboylu, irisümüklü. – Maşallah, ağaşdı uşaxdı (Qazax); – Ağaşdı heyvan olduğuna görə elə görülür, yoxsa qoja heyvan döy (Şəmkir)
AĞAVUŞ
(Dərbənd, Xaçmaz) ağımtıl. – Zərlünü qizinü ağavuş parçadan bir künneği var, lap xuşumə gələdü (Dərbənd)
AĞBAĞIR
(Ağdam, Bərdə, Şuşa, Tərtər) qorxaq. – Əşi, onnan işiηiz olmasın, o, ağba- ğırın biridi, onu aparsaηız, yolda özüηüzə əngəl olar (Ağdam)
AĞBAJI
(Gəncə) dayıarvadı
AĞBAŞDI
(Şərur) aşpaz. – Şə:rdə yeməyi ağbaşdı bişirir
AĞBUĞUŞ
(Füzuli) ipəkqurdu xəstəliyinin adı. – İpəx’qurdu toflanıf şişir, belinnən ağ irin olur, süt kimi tökülür, buna ağbuğuş de:lir
AĞBUYNUZ
(Qazax) qabığı soyulmuş quru ağac. – Meşədən xeyli ağbuynuz gətirdim
AĞCABAŞ
(Gədəbəy) yabanı bitki adı. – Uşax ge:f düz bir şələ ağcabaş yığıf dünənnəri; Ninə:cə’x’siη, buğartana yığıf o ağcabaşdarı?