Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «AŞ» – 18
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
AB AC AD AF AH AJ AL AM AN AQ AR AS AT AU AV AX AY AZ
 
I (Gəncə) dərini və gönü aşılamağa məxsus maddə. – Dəriləri aşa qoymuşdux II (Basarkeçər) əriştə. – A Balle, aş pişiribənə?
AŞAFATMA
(Yevlax) qövsi-qüzeh
AŞD
(Salyan) dinc, sakit. – Qəfər, aşd otı!
AŞDAMAX
(Cəbrayıl, Təbriz) gönü duzlu suda aşılamaq. – Göni aşdamışux (Təbriz)
AŞDIRIMÇA
(Bakı) dilli (adam)
AŞXA
(Zəngilan) quru otun heyvan yeyəndən sonra qalan qırıntıları. – Avxırdakı aşxanı tök ə:nə, heyvannara təzə ot qoy
AŞID
(Salyan) bax aşd. – Bayram, aşıd qal; – Çingiz, aşıd dur
AŞIĞ
(Ucar) düymə
AŞIĞÇI
(Salyan) musiqi üçlüyü. – Aşığçılar olmasa, toy da olmaz
AŞIPİŞİ
(Basarkeçər) qonaq-qonaq (uşaq oyunu adı). – Ana, aşıpişi oyunurdux
AŞIRMAX
I (Gəncə, Qazax, Şəmkir) məc. malı və ya pulu dağıtmaq, yersiz xərcləmək. – Fərasətsiz oğuldu, atasının varyoxunu aşırdı, lüt qaldı (Gəncə) II (Ağbaba) məc. yemək. – Ə, bu çörəyi aşır
AŞIXLAMAX
(Ağdam) bəyənmək. – Məsələn, qızı aşıxlıyıf hə:sin alırıx
AŞIXLI
(Qazax) heyvan ayağının diz hissəsi. – Yeməyə aşıxlı yaxşıdı
AŞQAL
(Şəmkir) arıq, döllüyə yaramayan (qoyun). – Bu dağda nə ki aşqal qoyunum vardı, hamısını satdım
AŞQALLAMAX
(Çənbərək) sürünün içindən arıq qoyunları seçmək. – Çovan sürüyü aşqalladı
AŞQALLAMMAX
(Şəmkir) xarab olmaq, pozulmaq, yaramaz olmaq (qoyun haqqında). – A balam, aşqallanıf gedif, onnan saηa qoyun olmaz, sat, başınnan rədd elə
AŞQARA
(Oğuz) xuruş, plovun qarası. – Çığırtmalı aşın aşqarası ayrıdı, qo:rmalı aşınkı ayrı
AŞNABUB
(Bakı) hop-hop. – Qaya:n altınnan aşnabub uçatdı