Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «AB» – 17
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
AB AC AD AF AH AJ AL AM AN AQ AR AS AT AU AV AX AY AZ
 
ABA
I (Gədəbəy, Quba, Ordubad, Zəngilan) ata. – Bizdə hindi aba çox işdəmiyədü, ata diyəduğ (Quba); – Abam taxıl biçiydi (Zəngilan); – Abam bi:lləri də kö:nə biniyə aparajax bizi, de:səη (Gədəbəy) II (Cəbrayıl, Qax, Təbriz, Şəmkir) ana. – Mən abamı görmağ isti:rəm (Qax); – Biz aba di: rux anıya (Təbriz)
ABACUR
(Qax) bax abajur – Dünən bazardan bir kilo abacur aldım
ABAJUR
(Şəki) yerkökü, kök. – Mən abajur çox yiyənəm, Noxiyə gidən olanda aldıram gerex’ gənə birki kilo
ABAL
I (Qax) key II (Salyan) ağırlıq, yük. – Öyün bütün abalı Solmazın üsdünə düşür
ABALKEŞ
(Salyan) zəhmətkeş. – Dayım elə lap uşaklığınnan abalkeş olıb
ABASBEYİ
(Bakı) üzüm növü adı. – Dur bir abasbeyi dər, gəti
ABASBƏYİ
(Quba) armud növü adı
ABATDIDI
(Qax, Qubadlı) içinə yağ, şor, pendir və başqa ağartı növü qoyulan isti çörək. – Əhməd bu gün isti çörəkdən abatdıdı qayırıb məni qonax çağırmışdı (Qubadlı)
ABAY
I (Şəki) ləzgi arvadı. – Bizim eşiyə abaylar gəlmişdi II (Qax) xala. – Abay sizdədi? III (Çənbərək) bacı. – Abay hare: ydir?
ABBA
(Ağdam) umac. – Dünən Həsəngildə ləzzətdi abba yedim
ABBAŞ
(Salyan) suçiləyən, susəpən. – Bağın abbaşı sındı
ABDAL
I (Kürdəmir, Şahbuz) bilikli, bilici. – Abdal, yani biləndə adam (Şahbuz) II (Xaçmaz, Salyan) yetim. – Səni görüm abdal qalasan (Xaçmaz)
ABEŞİK
(Şərur) meşəbəyi. – Abeşik meşəni qoruyur
ABXOR
(Salyan) su içilən qab. – Abxor keçmiş zamanda saxsıdan olardı, hindiki abxorrar yaxşı qayrılır
ABXUR
(Lənkəran) bax abxor. – Abxurda su içeylər
ABIOMUR
(Göyçay) açıq-sürməyi (rəng)
ABIR
(Salyan) məc. geyim, paltar. – Adamı abırına görə tanıyıllar