Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «AC» – 15
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
AB AC AD AF AH AJ AL AM AN AQ AR AS AT AU AV AX AY AZ
 
ACAMANDA
(Salyan) ac-susuz. – İndiyəcən acamanda hardeydin?
ACARRI
(Şamaxı) təzə, yuyulmamış. – Tumanın acarrısını geyməmiş uşağ yandırdı
ACXƏMRƏ
(Göyçay, Lerik, Kürdəmir, Salyan) xəmir mayası. – Acxəmrəmiz xarab olub (Salyan)
ACI-GUCI
acı-gucı vermək: (Salyan) açıq vermək, hirsləndirmək. – O:n sözünə fikir vermə, sə: acı-gucı verir
ACIQICI
(Cəbrayıl, Zəngilan) vəzəri
ACIQOUĞ
(Salyan) bitki adı. – Bizim tərəfdə acıqouğ çoxdu
ACILIĞ
(Bakı) sıx tikanlı bitki. – Qara acılığ bağı basıb
ACIŞMAX
I (Böyük Qarakilsə) acıqlanmaq, hirslənmək. – Səhvini də:ndə niyə acışırsan? II (Şəki) göynəmək. – Yaram yaman acışır
ACITƏPƏ
(Kürdəmir, Mirbəşir, Tovuz, Zəngilan) vəzəri
ACITMA
(Biləsuvar) fətir
ACITMALI
(Göyçay) xəmiri maya ilə yoğrulmuş çörək
ACİTMƏ
(Şərur) bax acxəmrə. – Acitməsiz xəmir olmaz
ACLUĞ
(Xaçmaz) hələ yeni məhsul çıxmamış üyüdülən azacıq taxıl. – Aparub değirmanda bir az acluğ çekduğ
ACNAUR
(Zaqatala) kolbasa. – Bu il bolluca acnaur doldurmuşam
ACRA
(Naxçıvan) maya. – Biz acra da diyərix’, maya da diyərix’, əmə acra çox diyərix’