Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «AF» – 8
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
AB AC AD AF AH AJ AL AM AN AQ AR AS AT AU AV AX AY AZ
 
AFADAĞA
(Salyan) bəhanə. – Sö:ləsən, mı:da eliyəcəm, o:n lap afadağasın kəsəcəm, görüm nə diyəcəg
AFAMAŞIR
(Salyan) sanki, elə bil. – Afamaşır, it uşağı yiyir
AFANAX
(Qax) yüngül, zəif. – Hoların qəpi yanılsın, uşax hora gedən qunnan <günnən> afanağ olup
AFAR
I (Şəki) qutab. – Alagöz ma: afar qonaxlığı verəsidi, vermir; – Qız afar bişirmişdi, doyunca yimişəm II (Qazax) qüvvə, güc. – Qara öküzün afarı qalmeyif, üç addım getməmiş dayaner
AFAT
I (Şəki) dəcəl, nadinc; diribaş. – Mə:m oğlum çox afatdı; – Afatın biridi, Mamay Mə:mmət, yaxşı tani:rəm II (Qazax) tufan, çovğun Afatı alınmax (Çənbərək) – gücdən, qüvvədən düşmək, zəifləmək. – Afadım alnıf də:n, adı: işdiyəmmirəm
AFƏRDİGƏR
(Bakı) dolanacaq. – Afərdigərim pis döyür
AFFAYI
(Şuşa) nahaq. – Affayı yerə ağzını ağrıtma
AFSAR
(Cəbrayıl) bax avsar. – Dəvə çəkib afsarı qırdı