Диалектологический словарь азербайджанского языка.

  • AH

    (Meğri) qətrə, ən kiçik damla. – Şişex’ paçaxlıyannan əmceyinnən ah da çıxmır

    Полностью »
  • AHARRAMMAĞ

    (Bakı) yanmaq. – Ay səni görüm aharranasan!

    Полностью »
  • AHMIR

    (Zəngilan) minnət. – Sənin ahmırı: heç kim götüməz

    Полностью »
  • AXAR-BAXAR

    (Şəmkir) dağların döşü. – Kaηlının göycə axar-baxarı çox gözəl yaylaxdı

    Полностью »
  • AXAR-BAXARRI

    (Gəncə) mənzərəli. – Üştəpə çox axar-baxarrı yerdi

    Полностью »
  • AXARRAMAX

    I (Meğri) itiləmək. – Səlman axarradığı dəx’rə-baltanı kim axarrıyerdi? II (Meğri) yaş ağacı qurutmaq üçün kökün yanından qabığını hərləmə kəsmək

    Полностью »
  • AXARRATMAX

    (Gəncə) bir şeyi axar suda yudurtmaq. – Əti bir də çaya göndərif axarratdım

    Полностью »
  • AXBUR

    (Ordubad) bulaq. – Bizdə bulağa axbur deyəllər

    Полностью »
  • AXÇA

    I (Qazax, Salyan, Şəmkir) balıqların üzərindəki pərək, pul. – Bizim çaylardakı balıxların hamısında axça var (Qazax) II (Meğri) qaratikan kolunun toxu

    Полностью »
  • AXÇAÇOVUL

    (Salyan) siçovul. – Bizim öydə yaman axçaçovul əmələ gəlib

    Полностью »
  • AXÇƏDÜZDEG

    (Dərbənd) siçovul. – Əlbəggüşdərədə nə çux axçədüzdeg var

    Полностью »
  • AXDA

    I (Şəki) 1. toxumsuz (tut) 2. çərdəyi çıxarılmış (zoğal) II (Şəki) seçmə. – Sümbül seçif alınan toxuma axda toxum diyillər

    Полностью »
  • AXDICAR

    (Zəngilan) başqasına mənsub. – Yaba axdıcardı, apar ver özünə

    Полностью »
  • AXI

    I (Balakən) meşəlik və ya kolluq yerləri təmizləyərək düzəldilmiş əkin sahəsi. – Bizim qalxozda altı heqtar yer axıdı II (Ordubad) kirvə

    Полностью »
  • AXILYANA

    (Gədəbəy) təxmini. – Axılyanamı danışe:ysıη, yoxsa bile:ysiηmi əməlli?

    Полностью »
  • AXIR

    (Bakı) içərisi yonulmuş bütöv daş (üzüm şirəsi çıxarmaq üçün). – Bı üzim iki axırdan artığ olmaz

    Полностью »
  • AXIŞDIRMAX

    (Gəncə, Şuşa) bir yerə yığmaq, toplamaq. – Çobannar qoyunnarı dəriyə axışdırıflar (Gəncə)

    Полностью »
  • AXMAZ

    (Qazax, Şəmkir) gölməçə, axmayan su. – Heyvannar axmazdan su içer (Şəmkir)

    Полностью »
  • AXMİRƏ

    (Cəbrayıl) minnət. – Bir xeyrin görmədim, elə axmirəsi öldüdü məni

    Полностью »
  • AXMURDAMAĞ

    (Dərbənd) giley-güzar ◊ Axmurdamax ələmeg – giley-güzar etmək. – Cəfər sənnən yaman axmurdamağ ələyədü

    Полностью »
  • AXSAĞOLAX

    (Tovuz) bax axsaqulax

    Полностью »
  • AXSAQULAX

    (Gədəbəy, Qazax, Tovuz) sarımsaq, qatıq və yağdan hazırlanmış yemək. – İşdahdan tüşdüη, axsaqulağa tut özüηü (Gədəbəy)

    Полностью »
  • AXSO:LAĞI

    (Qazax) bax axsaqulax. – Bu gün bir yaxşı axso: lağı yemişəm

    Полностью »
  • AXSO:LAX

    (Qazax) bax axsaqulax. – Bir az sarımsax əz, a bala, axso: lağ eliyəx’ qağaηa

    Полностью »
  • AXTACAR

    (Bakı) qohum malına göz dikən

    Полностью »
  • AXTACARRIĞ

    (Bakı) qohum malına göz dikmə ◊ Axtacarrığ eləmək – qohum malını mənimsəmək – Adam özününkünə axtacarrığ eləməz

    Полностью »
  • AXTAÇI

    (Bərdə) heyvanları axtalayan adam. – Axtaçı Həsən qoyunnarı yaxşı axtalıyır

    Полностью »
  • AXTARAMMAĞ

    (Dərbənd) çevrilmək, qəzaya uğramaq (maşın, traktor və s.). – Tabasaran yulində sovxozun tiraxturi axtarammişdi

    Полностью »
  • AXTARMA

    (Füzuli, Xaçmaz, Qusar) üzlü pendir. – Axtarma tutuv (Füzuli)

    Полностью »
  • AXTUX

    (Naxçıvan) qəm, qüssə, kədər ◊ Axtux çəhməx’ – dərd, qəm çəkmək. – Axtux çəhməx’dən ürəyimin başı dağılır

    Полностью »
  • AXU

    (Balakən) bax axı I

    Полностью »
  • AXUT

    (Göyçay) bax ağız (1-ci məna)

    Полностью »
  • AJDIX

    (Ağdam, Çənbərək, Xanlar, Karvansaray) yeni məhsuldan təcili üyüdülmüş azacıq taxıl. – Biyil ajdığı Hazırbecannan gətdix’; – Gederdix’, taxıl biçerdix

    Полностью »
  • AJIQIJI

    (Ağdam) vəzəri

    Полностью »
  • AJIQOUX

    (Xanlar, Qazax) yabanı bitki adı. – Ajıqoux xeyirri otdu, heyvan yaxşı ye:r (Xanlar)

    Полностью »
  • AJIMAX

    (Çənbərək) təngnəfəs olmaq. – Altdan uxarı yəldim deyin, ürəyim ajıdı

    Полностью »
  • AJIPƏNCƏR

    (Gəncə) vəzəri. – Dünən bazardan iki dəstə ajıpəncər aldım

    Полностью »
  • AJITƏRƏ

    (Qazax) sulu yerlərdə bitən yeməli bitki. – Ajıtərə sulu yerrərdə piter

    Полностью »
  • AJITMA

    (Ağdam, Gəncə, Qazax, Şəmkir) maya, xəmir mayası, acıxəmrə. – Get dayıngildən ajıtma al gəti, xamır yoğurax (Şəmkir)

    Полностью »
  • AJITMALI

    (Ağdaş, Ağdərə, Mingəçevir) 1. mayalı xəmirdən bişirilmiş sac çörəyi (Ağdərə) 2. mayalı xəmir (Mingəçevir)

    Полностью »
  • AQCAVAZ

    (Qax) acqarına

    Полностью »
  • AQÇADUZD

    (Quba) siçovul

    Полностью »
  • AQQA

    I (Saatlı, Zərdab) ata. – Aqqa, doxdur gəlif inəx’lərə iynə vurmağa (Zərdab) II (Quba, Saatlı) yaşlı, nüfuzlu kişilərə edilən müraciət forması

    Полностью »
  • AQUBA

    (Qax) əziyyət, məşəqqət. – Habı aqubadan qurtaran qunu qoracammı?

    Полностью »
  • AL

    (Ağcabədi, Ağdam, Bakı, Cəbrayıl, Füzuli, Qazax) hiylə, yalan. – Məni al dilə tutma, nə sözün var mərdana deynən (Ağdam)

    Полностью »
  • ALA

    I (Gədəbəy, Göyçay, Qazax, Tovuz, Yevlax) alaq. – Qızdar bostanın alasını çəkif qutardılar (Tovuz) II (Şəki) göyərti, tərəvəz

    Полностью »
  • ALA ÇEHMAX

    (Zaqatala) alaq etmək. – Bir az ala çehmax isdiyirəm

    Полностью »
  • ALA-TALA

    (Zəngibasar) ordan-burdan. – Şaxda ala-tala aparıb əkini

    Полностью »
  • ALA-ULA

    (Qazax, Oğuz) 1. alaq otu (Qazax). – Ala-ula basıf pambığı 2. göyərti (Oğuz)

    Полностью »
  • ALABAĞIR

    (Şəmkir) qorxaq ◊ Alabağır olmax – qorxmaq. – Uşağ alabağır oldu

    Полностью »