Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «AJ» – 8
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
AB AC AD AF AH AJ AL AM AN AQ AR AS AT AU AV AX AY AZ
 
AJDIX
(Ağdam, Çənbərək, Xanlar, Karvansaray) yeni məhsuldan təcili üyüdülmüş azacıq taxıl. – Biyil ajdığı Hazırbecannan gətdix’; – Gederdix’, taxıl biçerdix’ irəli Qazaxda, ajdıx gətirerdiy uşağa (Karvansaray)
AJIQIJI
(Ağdam) vəzəri
AJIQOUX
(Xanlar, Qazax) yabanı bitki adı. – Ajıqoux xeyirri otdu, heyvan yaxşı ye:r (Xanlar)
AJIMAX
(Çənbərək) təngnəfəs olmaq. – Altdan uxarı yəldim deyin, ürəyim ajıdı
AJIPƏNCƏR
(Gəncə) vəzəri. – Dünən bazardan iki dəstə ajıpəncər aldım
AJITƏRƏ
(Qazax) sulu yerlərdə bitən yeməli bitki. – Ajıtərə sulu yerrərdə piter
AJITMA
(Ağdam, Gəncə, Qazax, Şəmkir) maya, xəmir mayası, acıxəmrə. – Get dayıngildən ajıtma al gəti, xamır yoğurax (Şəmkir)
AJITMALI
(Ağdaş, Ağdərə, Mingəçevir) 1. mayalı xəmirdən bişirilmiş sac çörəyi (Ağdərə) 2. mayalı xəmir (Mingəçevir)