Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «AL» – 197
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
AB AC AD AF AH AJ AL AM AN AQ AR AS AT AU AV AX AY AZ
 
AL
(Ağcabədi, Ağdam, Bakı, Cəbrayıl, Füzuli, Qazax) hiylə, yalan. – Məni al dilə tutma, nə sözün var mərdana deynən (Ağdam)
ALA
I (Gədəbəy, Göyçay, Qazax, Tovuz, Yevlax) alaq. – Qızdar bostanın alasını çəkif qutardılar (Tovuz) II (Şəki) göyərti, tərəvəz. – Bazara ge:rəm ala almağa III (Bakı) xəstəlik nəticəsində üzdə əmələ gələn ağ ləkə. – O:n üzgözin ala basıb IV (Dərbənd, Xaçmaz) üstündə toyuqlar oturmaq üçün düzəldilən yer. – Ala sarayda bir divarda düzəldilədi (Dərbənd) Ala çəx’məx’ (Basarkeçər) – dilə tutub sirr almaq. – Məmməd məni ala çəkif sirrimi öyrəndi
ALABAĞIR
(Şəmkir) qorxaq ◊ Alabağır olmax – qorxmaq. – Uşağ alabağır oldu
ALABAYDAX
I (Bakı, Biləsuvar, Füzuli, Qazax, Quba, Salyan) pis sifətlə xalq arasında məşhur olan adam. – Maydan Məhəmməd camahatın arasında köhnənin alabaydağıdı (Qazax) II (Göyçay, Kürdəmir) rəngbərəng
ALABƏHLİ
(Qəbələ, Quba) albalı. – Alabəhli çiçəy açıp (Qəbələ)
ALABİTDAN
(Salyan) azca, bir az. – Çörəx’dən alabitdan yedim gəldim
ALABİTƏ:R
(Kürdəmir) başdansovdu
ALABLOY
(Çənbərək) tonqal. – Bizim alabloy çox yekeydi
ALABUĞA
(Cəbrayıl, Zəngilan) mozalan. – Heyvanı meşədən çıxardın, alabuğa qırdı (Zəngilan); – Dananın belin alabuğa oxxətər yeyib ki, qanıyıf (Cəbrayıl)
ALABUTTAN
(Bakı) səthi, ötəri, möhkəm olmayan, birtəhər. – O:n öyi alabuttan tikilib
ALACA
I (Gəncə, Şəmkir) 1. əkin sahəsi içərisində toxum səpilməmiş kiçik yer (Gəncə). – Pambıxda çox alaca qoyufsan 2. suvarılmamış kiçik sahələr (Şəmkir). – Yasarın biri taxılı suluyanda fikir vermiyif, beş-altı yerdə alaca buraxıf II (Cənubi Azərbaycan) əldə toxunan şal parça. – Alacadan bir dəs paltar tihdidim III (Mingəçevir) kal qarpızın içi
ALACADAMAX
(Cənubi Azərbaycan) quş adı. – Alacadamax ağaca qondu
ALACALAMMAĞ
(Xaçmaz) dirçəlmək, canlanmaq. – Quşun balaları dən yə:nnən sura alacalandı
ALACALAMMAX
(Şəki) əsəbiləşən və ya utanan vaxt müxtəlif rənglərə düşmək (üz haqqında). – No:luf, sufatın alacalanıf?
ALACALI
I (Şəki) rəngbərəng. – Xanımın alacalı tirməsi var II (Bərdə) ögey. – Biz alacalı uşaxlarıx Alacalı tutmax (Çənbərək) – fərqləndirmək. – Öz uşa:ηı mənim uşa:mnan alacalı tutursaη
ALACALLAMMAX
(Qarakilsə) böyümək, genişlənmək (gözə aid). – Gözləri elə alacallammışdı ki, heş məni tanıyammadı
ALACANAŞ
(Qax) yarıcan. – Habıra verin, uşağı alacanaş eləmiyin
ALACANKEŞ
(Qazax) yarımçıq, natamam, başdansovma. – Paltar alacankeşdi
ALACATI
(Zəngilan) müxtəlif rəngli konfet. – Dədəm bazardan mənə alacatı aldı
ALACƏNGƏNƏFƏS
(Şahbuz) təngnəfəs. – Dəryadan alacəngənəfəs çıxdılar
ALAÇÖHRƏ
(Kəlbəcər) gilas ağacına oxşar cır meyvəli ağac. – Alaçöhrə odunnuxdu
ALAÇARPA
(Tabasaran) alabəzək. – Çaydan uyannar-hami yannar alaçarpa ulutdu, qardaş
ALA ÇEHMAX
(Zaqatala) alaq etmək. – Bir az ala çehmax isdiyirəm
ALAÇOQQUŞ
(Lənkəran) araqızışdıran. – Ziba yaman alaçoqquş adamdu
ALAÇULA
(Bakı) başdansovma, birtəhər. – Yeri alaçula işdiyib
ALAÇULU
(Kürdəmir) bax alaçula
ALADAĞ
(Qubadlı) yarıyanıq (çörək və s.). – Bu çörəyi niyə aladağ pişirirsən?
ALADAMĞA
(Xaçmaz) başdansovdu. – Əkin yaxşı sulanmıyitdi, aladamğa ulub qalub
ALADAMĞIR
(İsmayıllı, Mingəçevir) seyrək. – Bı yer qumsal oldığına görə ot aladamğır bitib (İsmayıllı)
ALADƏMYİL
(Qazax) bax aladamğır. – Taxıl aladəmyil pitif