Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «AM» – 13
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
AB AC AD AF AH AJ AL AM AN AQ AR AS AT AU AV AX AY AZ
 
AMANAT
(Şahbuz) qonaq. – Bı kəndə genə amanat gəlib
AMANƏBƏND
(Bakı, Şərur) davamsız, möhkəm olmayan. – Taxtəbənddə çox gezmiyun, amanəbənddu, uçulub elər (Bakı)
AMBIL
(Kəlbəcər) xışa qoşulmuş öküzlərin birinci cütü. – Ambıl öküzdər gərəx’ qüvvətdi olsun
AMBILA-AMBILA
ambıla-ambıla getməx’: (Tovuz) sağa-sola əyilərək getmək, səndələmək. – Odur ey, dayım ambılaambıla gedir
AMBILMAX
(Çənbərək) səndələmək. – Qulu çiynində də lapatqa ambılır; – Dada Murğuz genə ambılır
AMBIR
(Sabirabad, Şəki) axmaq, gic. – Ambıra bax gör, sə: un veriblər gətirməmisən (Sabirabad); – Hər ambırın sözünə inananda həylə olar də: (Şəki) Ambır götürməg (Bakı) – bərk çimdikləmək
AMBIRÇA
(Meğri) kiçik dagarcıq. – Xıcca dağarcığa ambırça diyellə
AMBUR
(Bakı) kəlbətin. – Amburı gət, mıxı çıxardım
AMIX
(Meğri) kənar; girəvə. – Amıxda dur, indi penir gətirecex’
AMIRRAMAX
(Cəbrayıl) bir şeyi acgözlüklə qamarlamaq, yığışdırmaq. – Pəkuza almanı amırradı
AMITQA
amıtqa olmağ: (Kürdəmir) dadanmaq. – Canavar bizim sürüyə amıtqa olmışdı
AMMIR
I (Salyan) acgöz. – Ammır Əbləsən çox yiyəndi II (İmişli) bax ambır. – Sən nə ammır uşağsan, heç niyə yaramassan
AMNAĞ
(Xaçmaz, Oğuz) key, anlamaz. – Cəlil olduğcan amnağ uşaxdı (Oğuz)