Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «AR» – 51
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
AB AC AD AF AH AJ AL AM AN AQ AR AS AT AU AV AX AY AZ
 
ARA
(Cəbrayıl, Zəngibasar) gah. – Ara oxuyur, ara da yazır (Zəngibasar)
ARAÇAR
(Ordubad) taxtaya bəzək vurmaq üçün dülgərlikdə işlədilən kiçik rəndə. – Ussa qəpinin bəzəyin araçarnan düzəldir
ARAĞAŞDAMMAX
(Çənbərək) işıqlanmaq. – Ay Hajalı, arağaşdanıf, gə gedəx’
ARAĞNANƏ
(Lənkəran) nanə cövhəri. – Arağnanə sancının dərmanıdı
ARAXÇI-SORAXÇI
(Qazax) yersiz sorğu-sual edən. – Söylü qarı yaman araxçısoraxçıdı
ARAL
(Təbriz) sütun. – Bi ağaşdan ikiüş aral çıxırdı
ARALIĞ
(Kürdəmir) boyunbağının ortasına salınan qiymətli bəzək şeyi. – Bu boyunbağının aralığı çox baha alınıb
ARALIX
I (Qazax, Şəmkir) hər tərəfi su ilə əhatə olunan quru yer, adacıq. – Malı aralığa buraxmışıx (Qazax); – Aralıxda yaman odun var, gedif gətirməy isdi:rəm (Şəmkir) II (Şəmkir, Zəngibasar) mərz, iki zəminin, iki evin arası. – Gedə atı aralıxda otardığı yerdə yedəyinnən qaçırdıf (Şəmkir); – Bizim yerin aralığı burdandı (Zəngibasar) III (Çənbərək) kənddə adamların yığışıb söhbət etdikləri xüsusi yer. – Camahat yığılıf aralığa
ARAN
(Dərbənd) tövlə. – Malları sal arana, qaçar; – Hamı heyvannarı salıb aranın qapısın ürt
ARANBASAR
I (Ordubad) aran, düzənlik. – Aranbasar yerrərində çeşməni külüngnən çıxarallar II (Meğri) yaylaqla aran yerlər arasındakı ərazi. – İndi aranbasarda heyvan saxlamazdar bu issiynən
ARANÇI
(Qazax) biçin işlərini qurtaranadək yayda aranda qalan adam. – Arançılar piçinnən soηra gəlellər
ARAN-SARAN
(Bakı, Salyan) çox az, az-maz, azca, ötəri. – Bu ö:n tikilmegi aransaran yadıma gəlir; – Aran-saran yadımda qalıv (Salyan); – Sona yadıma lap aransaran gəlir (Bakı)
ARAOTU
(Qazax) yeyilən yabanı bitki adı. – Afərin, dur get, araotu yığ gəti
ARASI
(Qax) alət
ARASSUYU
(Tovuz) əkinin yaz suyu. – Əkinin yaz suyuna arassuyu, qış suyuna şumsuyu deyərix’
ARBA
(Cəbrayıl, İmişli) bərabər. – Cıdırda boz atnan sarı at arba gedirdilər (İmişli); – İkisi də arba gəldilər (Cəbrayıl)
ARDANIŞ
(Çənbərək) ağac adı. – Yaman ardanış biter bu dərələrdə
ARDO:
(Salyan) addım. – Ardo:i bö:g olan at yegin olar
ARĞAC
arğac keçmək: (Füzuli, Salyan, Şəki) təsiri keçmək. – Bı arğac sənnən keşdi (Salyan); – Nağarmısıssa, arğaş sizdən keçitdi (Şəki); – Gənə arğaş sənnən keşdi (Füzuli)
ARĞALI
I (Culfa, Qazax, Naxçıvan, Ordubad, Zəngilan) vəhşi qoç. – Oyçu Mansır bir arğalı vurmuşdu; – Arğalı kimi mələdi (Qazax); – Arğalı yaman bijdi, onu hələmhələm vurmağ olmır (Zəngilan); – Mən arğalı görmüşəm, irəngi göyümsoy olordu, özü də qəyalarda olordu, buynuzdarı da çox uzun, yaxşı qətiyyətdi olordu (Qazax) II (Qazax) yaraşıqlı, gözəxoş (inək). – Arğalı inəyim var
ARĞAZ
(Qazax, Sabirabad, Şəmkir, Tovuz) arıq. – Arğaz adam tərrəməz (Sabirabad); – Quru Xalıx arğaz adamdı; – İndi ad qoyuflar ona Xalıx, bir az arğazdı da, ad qoyuflar Quru Xalıx (Qazax); – Əpkər arğaz adamdı bu kətdə (Tovuz); – Arğaz adamdı səni kimi (Şəmkir)
ARXA
(Qazax, Şəmkir) nəsil. – Beş arxadı biz sırxanadan istifa:də ele:rdix’; – Yeddi arxa dolanannan bəri görüşüf (Qazax); – Onun yeddi arxa dolanına nəhlət, bizim öymüzü yıxdı, əlimizi heçə-puça çıxardı (Şəmkir) Arxa gəlməx’ (Ucar) – qorxu gəlmək, hərbə-zorba gəlmək, hədələmək. – Mənə arxa gəlmə, sənnən qorxmuram
ARXAJ
I (Füzuli) arağac. – Bizim qurd arxajdı II (Başkeçid, Borçalı) ilin isti fəsillərində sürü və naxırların açıq havada yatdığı müəyyən yer
ARXANA
(Qax) pendir suyu
ARXANC
(Daşkəsən) həyətyanı sahə. – Arxanca qartof əkerix’, qardalı əkerix’
ARXAŞ
(Gəncə) bax arxaj II. – Beyjə heş xəvərimiz olmuyuf, qoyun arxaşdan yellənif, özünü meşiyə verif, çaqqal üş toğlu yaralıyıf
ARXIT
(Füzuli, Oğuz, Şəki) bax alxıt. – Arxıdı yu, sora qoy (Şəki)
ARXUT
(Füzuli, Oğuz, Şəki) bax alxıt
ARI
(Ağdam, Füzuli, Qazax, Quba, Şahbuz, Şəmkir, Tovuz) bax ari. – Aydan arıyam, sudan duruyam (Şahbuz); – Aydan arı, sudan duru (Qazax); – Aydan arı, günnən duru (Tovuz)
ARICIL
(Göyçay) arı saxlamağa həvəskar