Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «AT» – 33
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
AB AC AD AF AH AJ AL AM AN AQ AR AS AT AU AV AX AY AZ
 
ATAĞACI
(Ağdam, Şəmkir) 1. dabbağxanada gönün suyunu sıxmaq üçün işlənən ağac alət (Ağdam) 2. damın üzərinə döşənən nazik ağac (Şəmkir). – Öyün üstünü örtməkçün bir araba atağacı aldım
ATAĞAR
I (Şəki) ağac adı II (Zaqatala) alçaq ağaclı meşələr
ATAĞIZDI
(Çənbərək) məc. sözü keçən, sözü ötən. – Atağızdı yə:si var Məsiniη, saxlasın dayna
ATALAMAX
(Ordubad) yumaq. – Əkin vaxdı biz əvvəlcən yeri suynan atalayırıx
ATALIX
(Şəki) başlıq (keçmişdə qız köçərkən atasının oğlan evindən aldığı pul və ya qızıl). – Qızın atası diyir bi bu qədər sənnən atalığ alıcam
ATAVÜL
(Zaqatala) 15-20 dərzdən ibarət taya. – Bafaları atavülə yığışdırın
ATDAĞAŞ
(Qazax) uşaq oyunu adı. – Ə, gəlin bir atdağaş oynıyax
ATDAMMAX
(Şəki, Zəngibasar) yola düşmək, getmək. – Pilo-çilonu yidilər, işdilər, so:ra ata minəsidi, atdanasıdı; – Gelin iki günə kimi atdanasıdı; – Toyiydi qızın, savax atdq:r (Şəki)
ATDAMPAÇ
(İmişli) arxın dar yeri. – Burda yaxşı atdampaç var
ATDANDIRMA
(Şəmkir) kənd toylarında atlılar ata minən zaman zurna ilə çalınan hava (marş). – Əyə, Tünü, qonaxlar atdanır, bir atdandırma çal!
ATDARDAKİMİNATI
(Tərtər) uşaq oyunu adı
ATDI
atdı lobya: (Ağdam, Şəki) ağaca və ya kola dırmaşan uzun sarmaşıqlı lobya. – Atdı lobya saralıf, yığmax lazımdı (Şəki) ◊ Atdı yerpənəx’ (Şəki) – şaxa dırmaşan uzun taglı xiyar
ATDIBAŞ
(Göyçay) uşaqların qarğıdan qayırdıqları oyuncaq at. – Alginan bu qarğını, get özünə atdıbaş qayır, oynagınan
ATDIX
(Şərur) qırılmış, parçalanmış buğda dənəsi
ATDOL
(Kəlbəcər) bitki adı
ATDURUM
(Bakı) zirək, dəcəl, hər şeyə baş qoşan. – Qız dögür a, atdurumdu, boşdan tük aparır
ATGÖTÜ
(Basarkeçər) yabanı bitki adı. – Ə, siyirquyruğı əvəzinə atgötü yığmısan
ATILAMA
(Gədəbəy, Şəki) ovduq (su ilə qatığın qarışığından hazırlanmış sərinləşdirici içki). – Yanğıya qatıq atılaması; – Oynü <hər gün> atılama içməsəm, durammaram yayda (Gədəbəy)
ATILAMAX
(Qarakilsə, Şəki) nehrə çalxamaq. – Qatıx yığılıf qalıtdı, atılanasıdı (Şəki)
ATICI
(Qazax) keçəçi. – Atıcı qəlif düzəldər
ATICILIX
(Qazax) keçəçilik. – Ləzgi Vəli atıcılıxnan dolaner; – Bu geder atıcılığ örgəner
ATİTİRƏN
(Borçalı) quş adı. – Atitirən də quşdu
ATQAYTARAN
(Qazax) quşqonmaz, iritikanlı bitki adı. – Atqaytaran batdığı yer çox yaman ajışer
ATQULAĞI
I (Qazax) bir bərabərdə, müvazi, qoşa, yanaşı. – Hələ ki dəli Hasannan Cırıxburun atqulağı gedellər, sonra görəy hası ötəjəy II (Qarakilsə) həmyaş, yaşıd. – Mənnən Mahacir atqulağıyıx
ATQULANÇARI
(Qazax) qulançar (yeyilən yabanı bitki adı). – Souxbulax vazqalında basajır gələndə 10 kom atqulançarı satdım
ATQUŞU
(Sabirabad) göycəqarğa. – Atquşunun əti öskürəyə dərmandı
ATQUVANİ
(Xaçmaz) toylarda at çapılan zaman çalınan hava. – Bunnan qabağa həmşə tuylarda atquvani çaldurub cavannar atdarin hücətə sürətdilər
ATLAMA
(Kəlbəcər, Qazax, Qəbələ) bax atılama. – Atlama ürəx’ sərnidən şeydi (Qazax); – Gəlinbajı, ürəyim yanır, mənə atlama hazırra (Qəbələ)
ATMA
(Kürdəmir, Ordubad) evin üstünə qoyulan ağac, tir. – Əvin üsdə atılan ağaca atma deyərıx (Ordubad) Atma çay (Xaçmaz) – şirin çay. – Bir atma çay ver, içim
ATMACALAMAX
(Çənbərək) dağıtmaq. – İfan bir ay döy geydiyi köynəx’, gənə atmacalanıf