Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «AV» – 34
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
AB AC AD AF AH AJ AL AM AN AQ AR AS AT AU AV AX AY AZ
 
AVA
I (Hamamlı) ipdən toxunan gödək geyim. – Nənəm maηa ava toxuyur II (Çənbərək) bax aba I
AVAD
(Göyçay) quru kol-kos
AVADANNIĞ
(Kürdəmir) məhsuldar yer. – Nar kolpalarının yeri avadannığdı deyni, biyil yaxşı boy atıblar
AVA-QAVA
(Mingəçevir, Şəki) forma, görünüş
AVAL
I (Qax) məhəllə II (Göyçay, Qazax) əngəl, bəla, çətinlik. – Bu comuş aval oldu bizə, ot yemer; – Ə, sən də maηa aval olduη (Qazax); – Tülkü toyuxlara aval olub (Göyçay) ◊ Avala tüşməx’ (Qazax) – çətinliyə düşmək. – İşim avala tüşüf
AVAR
(Bakı, Gədəbəy, Salyan, Zəngilan) 1. qamış növü adı (Salyan) 2. quru ot, küləş, çırpı (Bakı, Gədəbəy, Zəngilan). – Bir əz avar yığın, alav qoyax (Zəngilan); – Adə, birez avar kötginən, təndiri otdiyeg (Bakı); – Ay İrva:m, avar yığgınan pərdiyə; – Ə:, arvat, avarsız da torpaxlanarmı pərdi? (Gədəbəy)
AVARÇI
(İmişli) avara. – Sə:n oğlun yap avaraçı uşağdı
AVARAKAR
(Ordubad) işsiz. – Həsən, niyə avarakar gəzirsən?
AVARAQULİ
(Bakı) boş-boş gəzən, işsiz. – Əlpaşa avaraqulinin biridü
AVAZIMAĞ
(Bakı, Kürdəmir, Şamaxı) rəngi qaçmaq, solmaq, soluxmaq
AVAZIMAX
I (Gədəbəy, Gəncə, Qazax) bax avazımağ. – Bir bax, gör irəngi nejə avazıyıfdı (Gəncə) II (Çənbərək) taxılın biçin vaxtını keçirmək
AVC
avc eləməx’: (Meğri) inkişaf etmək. – Yeri peyinniy olduğunna soğan yaxşı avc eliyir
AVDAL
(Gəncə, Şəki, Şəmkir) axmaq, sərsəri. – Avdalın biridi, u:n sözünə inamma (Şəki); – Özünü itirif, laf avdal kökünə düşüf (Şəmkir)
AVDALQAJI
(İmişli) başdansovdu. – Avdalqajı işin xeyiri olmaz adama
AVECƏ
avecə olmax: (Meğri) qoşqu heyvanlarını növbə ilə işlətmək. – Avdıllaynan mən, Şəxsıvarınan da sən avecə ollux
AVXARRAMAX
(Cəbrayıl) itiləmək. – Usda baltamızı yaxşı avxarrıyıb
AVIC
(Böyük Qarakilsə) 400 qramlıq ölçü qabı
AVIR
(Gədəbəy) məc. geyim, paltar. – Bi:l qoyune:dənnən avır qalme:f məndə; – Avrımız da olmadı, mərəkə: çıxax irəli əyamlar
AVIRFMALI
(Kəlbəcər) içli. – Avırfmalı kömbə bişirdik
AVIRIX
(Cəbrayıl) əmanət. – Tərəkəmələr çubuğu avırıx verillər
AVIRRATMAX
(Gəncə) məc. üst-başını düzəltmək, təzə paltar geydirmək. – Büyün bizim gedəni apardım bazara, avırratdım
AVIRTDAX
(Cəbrayıl, Qarakilsə, Meğri) kök, dolu (adam). – Uşax vaxdı Əhməd avırtdağıdı (Cəbrayıl)
AVIRTDAXLAMAX
(Qarakilsə) kökəlmək
AVIRTMAC
(Qubadlı) xörək adı. – Avırtmaca bizi qonağ elə
AVLAMA
(Füzuli, Cəbrayıl) məhsulu başdansovdu, ordan-burdan yığma. – Təzə açmış pambığı avlama yığıllar (Cəbrayıl)
AVLAMAX
(Cəbrayıl, Qarakilsə) məhsulu başdansovdu, ordan-burdan yığmaq. – Bırdan-ordan avlayın, çıxsın gessin (Qarakilsə)
AVMA
(Ağcabədi) ərinmiş yağla pendirin qarışığı. – Ay bajı, ma: avma ver
AVRUĞ
(Füzuli) çay qırağında olan qamışlıq. – Avruğa getmişdix’
AVSAR
(Füzuli) dəvənin noxtası. – Dəvənin başına vurulana avsar, atın başına vurulana çılav deərix’
AVSARRAMAX
(Füzuli) dəvəni noxtalamaq. – Dəvəni avsarradım