Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «AX» – 29
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
AB AC AD AF AH AJ AL AM AN AQ AR AS AT AU AV AX AY AZ
 
AXAR-BAXAR
(Şəmkir) dağların döşü. – Kaηlının göycə axar-baxarı çox gözəl yaylaxdı
AXAR-BAXARRI
(Gəncə) mənzərəli. – Üştəpə çox axar-baxarrı yerdi
AXARRAMAX
I (Meğri) itiləmək. – Səlman axarradığı dəx’rə-baltanı kim axarrıyerdi? II (Meğri) yaş ağacı qurutmaq üçün kökün yanından qabığını hərləmə kəsmək. – Hüseyin dayinin elə peşəsi ağac axarramağ iydi
AXARRATMAX
(Gəncə) bir şeyi axar suda yudurtmaq. – Əti bir də çaya göndərif axarratdım
AXBUR
(Ordubad) bulaq. – Bizdə bulağa axbur deyəllər
AXÇA
I (Qazax, Salyan, Şəmkir) balıqların üzərindəki pərək, pul. – Bizim çaylardakı balıxların hamısında axça var (Qazax) II (Meğri) qaratikan kolunun toxumu. – Qaratikan kolunun axçasınnan yeyecax, davıla dönecax quyinnər
AXÇAÇOVUL
(Salyan) siçovul. – Bizim öydə yaman axçaçovul əmələ gəlib
AXÇƏDÜZDEG
(Dərbənd) siçovul. – Əlbəggüşdərədə nə çux axçədüzdeg var
AXDA
I (Şəki) 1. toxumsuz (tut) 2. çərdəyi çıxarılmış (zoğal) II (Şəki) seçmə. – Sümbül seçif alınan toxuma axda toxum diyillər
AXDICAR
(Zəngilan) başqasına mənsub. – Yaba axdıcardı, apar ver özünə
AXI
I (Balakən) meşəlik və ya kolluq yerləri təmizləyərək düzəldilmiş əkin sahəsi. – Bizim qalxozda altı heqtar yer axıdı II (Ordubad) kirvə. – Uşax sünnət olunanda oni tutan adama axı deyərıx
AXILYANA
(Gədəbəy) təxmini. – Axılyanamı danışe:ysıη, yoxsa bile:ysiηmi əməlli?
AXIR
(Bakı) içərisi yonulmuş bütöv daş (üzüm şirəsi çıxarmaq üçün). – Bı üzim iki axırdan artığ olmaz
AXIŞDIRMAX
(Gəncə, Şuşa) bir yerə yığmaq, toplamaq. – Çobannar qoyunnarı dəriyə axışdırıflar (Gəncə)
AXMAZ
(Qazax, Şəmkir) gölməçə, axmayan su. – Heyvannar axmazdan su içer (Şəmkir)
AXMİRƏ
(Cəbrayıl) minnət. – Bir xeyrin görmədim, elə axmirəsi öldüdü məni
AXMURDAMAĞ
(Dərbənd) giley-güzar ◊ Axmurdamax ələmeg – giley-güzar etmək. – Cəfər sənnən yaman axmurdamağ ələyədü
AXSAĞOLAX
(Tovuz) bax axsaqulax
AXSAQULAX
(Gədəbəy, Qazax, Tovuz) sarımsaq, qatıq və yağdan hazırlanmış yemək. – İşdahdan tüşdüη, axsaqulağa tut özüηü (Gədəbəy)
AXSO:LAĞI
(Qazax) bax axsaqulax. – Bu gün bir yaxşı axso: lağı yemişəm
AXSO:LAX
(Qazax) bax axsaqulax. – Bir az sarımsax əz, a bala, axso: lağ eliyəx’ qağaηa
AXTACAR
(Bakı) qohum malına göz dikən
AXTACARRIĞ
(Bakı) qohum malına göz dikmə ◊ Axtacarrığ eləmək – qohum malını mənimsəmək – Adam özününkünə axtacarrığ eləməz
AXTAÇI
(Bərdə) heyvanları axtalayan adam. – Axtaçı Həsən qoyunnarı yaxşı axtalıyır
AXTARAMMAĞ
(Dərbənd) çevrilmək, qəzaya uğramaq (maşın, traktor və s.). – Tabasaran yulində sovxozun tiraxturi axtarammişdi
AXTARMA
(Füzuli, Xaçmaz, Qusar) üzlü pendir. – Axtarma tutuv (Füzuli)
AXTUX
(Naxçıvan) qəm, qüssə, kədər ◊ Axtux çəhməx’ – dərd, qəm çəkmək. – Axtux çəhməx’dən ürəyimin başı dağılır
AXU
(Balakən) bax axı I
AXUT
(Göyçay) bax ağız (1-ci məna)