Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «AY» – 63
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
AB AC AD AF AH AJ AL AM AN AQ AR AS AT AU AV AX AY AZ
 
AYAĞALTI
(Biləsuvar, Kürdəmir, Laçın, Salyan) pilləkən. – Ayağaltı qayıtdırmağa taxda almışam (Biləsuvar)
AYAĞAŞMA
(Bərdə) valideynin ərə gedən qızının evinə ilk gedişi. – Qızı ərə verənnən so:ra ayağaşmıye:dirix’
AYAĞÇİ
I (Lənkəran) qapı-qapı gəzib mal alıb-satan, xırdavatçı, çərçi II (Lənkəran, Salyan) 1. xeyirdə və şərdə xidmət edən adam (Lənkəran) 2. kuryer (Salyan). – Ayağçimiz zirəng adamdu
AYAĞÜSTÜ
(Quba) məclisdə qonaqlara xidmət edən adam
AYAX
(Naxçıvan) uzaq, kənar. – Naxçıvan mərkəzdən ayaxdı
AYAXLI
(Qazax) yuxayayan. – Ayaxlıda xamır yayıler
AYALĞA
(Bərdə, İmişli, Şəmkir) ləqəb. – Onun ayalğası Çəpərdələndi (Şəmkir); – Çaqqal Cəfərin ayalğasıdı (Bərdə)
AYALMASI
(Oğuz) cır alma. – Ha bizim tərəflərin hamısında ayalması olur
AYAMA
(Culfa, Naxçıvan, Ordubad, Şahbuz, Şərur) ləqəb. – Bu kənddə hamının ayaması var (Şərur)
AYAMAĞ
(Kürdəmir) axtarmaq, yada salmaq. – Ötən günüyü ayason yaxşıdı; – Heç bizi ayamırsan
AYANAT
(Culfa, Kürdəmir, Sabirabad, Şərur) kömək. – Hökmət mənə ayanat eliyir (Culfa)
AYANDA-SAYANDA
(Meğri) hərdənbir, ayda-ildə. – Haspulat ayanda-sayanda gəler Əldəriyə, Bakıda oler
AYARPARA
(Qazax) qadınların yaxaya, boyuna taxdıqları zinət şeyləri
AYAR
I (Borçalı) ürəyiaçıq, gülərüzlü. – Mənim ayar adama xoşum var II (Cəbrayıl, Oğuz) tez seçən, müəyyənləşdirən. – Sə:n gözün ayardı, bı neçə kilov olar? (Cəbrayıl) III (Şəki) məhsuldar. – Qurda yaxşı baxıllar, doydurullar, onda ayar olur
AYARBAZ
(Bərdə, Qarakilsə) zarafatcıl. – Ayarbaz adam adamı güldürər (Bərdə)
AYAZDAMMAĞ
(Bakı) soyuqlaşmaq (hava haqqında). – Havalar birdən ayazdanıb
AYAZIMAX
I (Ağdam, Borçalı, Qazax, Mingəçevir, Şuşa) xəstəlikdən ayılmaq. – Beş aydı yaterdim, naçaxdım, yenijə ayazımışam (Borçalı) II (Cəbrayıl, Zəngibasar) sakitləşmək, açılmaq (hava haqqında). – Deyəsən, yağış ayazıdı (Zəngibasar); – Hava ayazıyır (Cəbrayıl)
AYBA
(Yardımlı) yeməli yabanı bitki adı
AYBABAQORXURAM
(Ağdam) uşaq oyunu adı
AYBOĞAN
(Çənbərək) ağcaqanada oxşar xırda cücü. – Qamışdıda gün batcağına ayboğan adamın gözünə dolur
AYDIRMAX
(Kürdəmir) demək, söyləmək, anlatmaq. – Anasına aydırdı ki, o qızı isseyir
AYDİTDİ
(Bərdə) uşaq oyunu adı. – Uşaxlar ayditdi oynuyur
AYI
(Ağdərə) oxu arabanın altında (arxa hissədə) saxlamaq üçün işlədilən taxta. – Qavaxdakına qır (bax qır III) de:illər, daldakına ayı Ayı çıxmax (Cəbrayıl) – iş-işdən keçmək, işi bitmək. – Arvadın ayı çıxıf, dirilən döyi
AYIBALASI
(Ağdam, Bərdə, Gədəbəy, Kürdəmir, Tovuz) çiy kərpic. – Ayıbalasınnan tikilən öyüη andır qalsın (Bərdə)
AYICACAĞI
(Şəmkir) yabanı bitki adı. – Ayıcacağın bizdər yemirəx’
AYIFINDIĞI
(Şuşa) 1. yabanı ağac adı 2. həmin ağacın meyvəsi. – Ayıfındığı qəşəx’ yeməli meyvədi, həmi də yağlıdı, şirindi
AYIL
(Dərbənd) kəndir, bağ, ip. – Uşağlar ayılnan odun ayılleyıb gətirdilər
AYILAŞMAX
(Şəmkir) zorbalaşmaq, iriləşmək. – Dadaşın kiçiy oğlu nə yaman ayılaşıf, heş tanıyammadım
AY-ILDIZ
(Bərdə, Füzuli) qiymətli parça adı. – Mə:m qızıma bir dəs ay-ıldızdan paltar veriη (Füzuli)
AYILLAMAĞ
(Dərbənd) şələ bağlamaq. – Odun ayıllıyıb gətirətdi uşağlar