Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «C» – 500
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
CA CE CI CO CU
 
CAB
(Şərur) zirvə
CABAL
(Göyçay, Xaçmaz, Qax, Şəki, Zaqatala) çəkil, cır tut ağacı. – Baxcədəki cabalların yarpağı çatmi:çaxdı qurda (Şəki)
CABALLIX
(Göyçay, Qax, Naxçıvan, Oğuz, Zaqatala) çəkillik. – Cəfər ipəx’qurdu üçün caballıxdan yarpax qırdı (Göyçay)
CABARA
(Füzuli) açıq. – Mən hər sözü cabara deyərəm
CABARİ
(Salyan) əliaçıq. – Heybət cabari adamdu
CABBA
(Dərbənd) kərpic hasara ara-ara qoyulan dirək. – Cabbanı palut ağacınnan qoysa, lap da yaxşı olar
CABIN
(Ağdam, Gəncə, Göyçay) barama növü. – Həcər xala həməşə cabın saxlıyır (Gəncə)
CAC
(Quba) 1. gödəkboylu 2. arıq. – Cac adam çux da yisə, cac qaladu
CACER
(Qazax) bax cazeri. – Keçmişdə bir caceri vardı hərənin
CACIX
I (Gədəbəy, Xanlar, Qazax, Ordubad, Şəmkir, Tovuz) bax cajıx. – Cacıxdan yaxşı doyğa pişer (Qazax); – Cacığı turşuya qoyullar, duz töküllər, ye:llər (Gədəbəy); – Cacıx həbələ özəhliyir, soyursan qabığın yi:rsən (Ordubad) II (Basarkeçər) oynaq. – Ə:ğımın cacığı ağrıyır
CACU
(Dərbənd) kirpi. – Cacunun əti yəlpig azari ulan adama dərmandu
CADAY
(Zaqatala) içinə döyülmüş qoz ləpəsi qoyulmuş çörək. – Gəl caday yiyək
CAĞ
I (Daşkəsən, Xanlar) barmaqların ayaq pəncəsi ilə birləşdiyi oynaq. – Əyağın qatdanan yerinə cağ deyərix’ (Xanlar) II (Ağdərə, Laçın, Ordubad, Şahbuz, Zəngilan) mil <corab toxumaq üçün>. – Coravı cağnan hörürüx’ (Ağdərə); – Corab toxumağa beş cağ lazımdı (Ordubad) III (Kürdəmir) nərdivan. – Cağı qələməyə daya, bir qo:sara üzüm dər yiək
CAĞALA
(Çənbərək) kal, yetişməmiş meyvə
CAĞALAX
(Ağdaş) palçıqlı. – Dəhnənin yolu cağalaxdı
CAĞAN
(Ağdərə, Göyçay, Mingəçevir, Oğuz, Şəki) yabanı ağac adı. – Bizdər cağan deirix’, ama yuxarı kətdərdə ulas deillər (Ağdərə); – Cağannan qayrılan şey tez sınır (Şəki)
CAĞANNIX
(Şəki) çoxlu cağan bitən yer. – Cağannıx habıdı burdadı
CAĞARLAMMAX
(Ordubad) bax cağaylammax
CAĞAYLAMMAX
(Ordubad) cadarlanmaq. – Basdığa gün dəyəndə cağaylanır
CAĞ-CAĞ
cağ-cağ olmax: (İmişli) çat-çat olmaq. – Araba qalıb günün altda, çartdarı <çarxları> cağ-cağ olub
CAĞILDAMAX
(Şəmkir) coşmaq (çaya aiddir). – Şəmkir çayı gənə çağıldıyıf gəlir
CAĞILLATMAX
(Ağbaba) bax caqqıldatmax. – Gəlin bir qab yağı pilova cağıllatdı
CAĞLA
(Dərbənd) bax cağala. – Mən mişmişi yiğmağ istədüm, cağladı
CAH
cah verməx’: (Cəbrayıl) divan tutmaq
CAHAZDAMAX
(Qazax) yəhərləmək <dəvəni>. – Eşşəyi palannallar, dəviyi cahazdallar
CAHILBAŞ
(Gəncə) gənc <qız, gəlin>. Bəsdi cahılbaş gəlindi, ona hər nə geysə yaraşır
CAJ
(Ağdam, Ağdaş, Cəbrayıl, Göyçay, Xocavənd, Mingəçevir) yeməli bitki adı. – Anam do:ğuya caj töküfdü (Ağdam); – Bizim bossanda çoxlu caj bitif (Cəbrayıl)
CAJIX
(Çənbərək) yeməli bitki adı
CAQ
(Kürdəmir) yeyilən yabanı bitki adı
CAQA
(Şəki) fındığın yaşıl qabığı