Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «D» – 1226
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
DA DE DI DO DU
 
DABA
(Qax, Zaqatala) barsız
DABALAĞ
(Quba) badalaq ◊ Dabalağ vurmağ – badalaq vurmaq. – Güləşəndə bizdə bir-birinə dabalağ vurardılar Dabalağ gəlməg (Quba) – kələk gəlmək, aldatmaq. – Mən uşağ degiləm, mənə dabalağ gəlmə
DABAN
I (Qarakilsə, Qazax) dəyirman daşının işini nizamlayan dəmir hissə. – Dabanı bərkit, daş düşər (Qazax); – Də:rmanın dabanın yendir, unu yaxşı üyüssün (Qafan) II (Şamaxı) tütün bitkisinin kökə yaxın yarpaqları. – Tənbəkinin dabani çəkməyə çox yüngüldü III (Kürdəmir) həncama əvəzində qapını çərçivəyə birləşdirən oxcuqlar (qapı bu oxcuqlar üzərində fırlanır). – Qapı dabanınnan çıxdı IV (Qax) sinə. – Əbdal kimi dabanını niyə əçirsin?
DABANA
(Culfa, Qarakilsə, Şahbuz) bax daban III. – Qapı dabanadan çıxıp (Qarakilsə); – Dabana qapını saxlıyır (Culfa)
DABANDI
dabandıya düşmax: (Zaqatala) mövsümi işdən ixtisara düşmək; payızda arana köçəndən sonra işdən (çobanlıqdan) azad edilmək. – Səlim əmi dabandıya düşdü
DABANNAMAX
I (Qəbələ) şabalıdı dabanla basaraq qərzəkdən çıxarmaq. – Uşaxlar cecə dabannamağa gedillər II (Zəngibasar) çatmaq. – Çapığ olmasan, səni dabannıyaram
DABANNI
(Şuşa) cürətli, ürəkli. – Mö:- kəm dabannı adam çoxdu burda
DABANYARPAĞI
(Salyan) tənəyin dib hissəsində əmələ gələn yarpaq. – Tənəgdə yaman daban yarpağı var
DABDABAY
I (Qax) siçovul II (Qax) balacaboy (adam)
DABIRMA
(Şamaxı) tez, tez-tez, cəld, sürətlə. – Dabırma gessön, çatarsan
DABİ
(Sabirabad) sırıqlı
DABJO
(Zaqatala) papiros. – Dabjo aldım
DABLI
(Qax, Zaqatala) qıf
DABRAĞ
(Quba) çuval. – Əhmədin gəlini un dabrağ gətimişdi
DABRIMA
(Kürdəmir) bax dabırma. – Dabrıma gedib yoldaşua çat
DABRIMAĞ
(Əli Bayramlı, İmişli, Kürdəmir, Qazax, Saatlı, Sabirabad, Salyan, Şamaxı) tez-tez yerimək. – Adə, dabrı də (Saatlı); – Dabrı, dahı gözdəməyə vax yoxdu (Sabirabad); – Bi də gördim, Həsən elə dabrıyır ki, az qalıb məni keçə (Salyan); – Adə, niyə dabrıyırsan, bir az usul ged (Şamaxı); – Sən dabrı, mən sə: çatacam (Kürdəmir); – Dabrı, yubamma, vax keçer (Qazax); – Bi az dabrı, bəlkə çatdun (İmişli)
DABRIMƏY
(Cəlilabad) bax dabrımağ
DADAX
I (Şəki) ayaq. – Qoyunun dadaxlarını bir asmışdıx, başini bir II (Gəncə) uşağın ilk addımı, ilk yerişi
DADAXLI
(Şəki) ayaqlı. – Dadaxlı sandıx varıydı bizdə
DADAMAL
(Ağcabədi, Cəbrayıl, Çənbərək, Hamamlı, Xanlar, Qazax) öyrəşmiş, dadanmış, alışmış. – Dadamal qoyun südü içdi (Ağcabədi); – Pişik ətə dadamaldu (Cəbrayıl); – Toğlu dadamaldı deyn çox kökəlif (Çənbərək); – Bizim Göyərçin inəx’ yaman dadamaldı (Hamamlı) ◊ Dadamal olmax (Gəncə, Xanlar) – öyrəşmək, alışmaq, dadanmaq. – Danamız dadamal olub (Gəncə); – Çovannar quyruğ asdarına dadamal oloy yaman (Xanlar)
DADAMCIL
(Çənbərək) öyrəşmiş, dadanmış, alışmış. – Bizim inəx’ arxaca dadamcıldı, çöldə durmur, qaçıf gəlir
DADAPİSDİX’
(Gəncə, Qazax, Şəmkir) əziyyət, çətinlik. – Bir dadapisdix’nən düzəltdim, yola saldım, getdi (Şəmkir)
DADARDOYMAZ
(Şəki) az, yarımçıq. – Yidi, amma dadardoymaz, doymadı
DADAŞ
(Ağdam, Göyçay, Qusar, Lənkəran, Ordubad, Şamaxı, Yardımlı, Zəngilan) 1. ata (Zəngilan). – Bizdə dədə də de:rix’, dadaş da de:rix’, 2. böyük qardaş (Ordubad) 3. dayı (Yardımlı)
DADDAMAĞ
(Salyan) çağırmaq, haraylamaq. – Ədə, sə:rdən anon səni daddıyır, nöş cavab vermirsən?
DADDIĞ
(Qafan) yağda qızardılmış soğan; yağ-soğan. – Xörəyə daddığ tök
DADGÜL
(Daşkəsən) ağac adı
DADI
(Cənubi Azərbaycan) kürəkən. – Abbas Əhmədin dadısıdı
DADIX
(Şəki) bax dadax I. – Dört dadıxları olannara diyillər kürsü
DADIXMAX
(Ordubad) bax dadımax. – Qatıx dadıxıfdı