Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «E» – 100
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
EC ED EH EJ EK EL EM EN EP ER ET EV EY
 
ECƏŞMƏX’
(Qarakilsə) bax ejəşməx’
ECGAHAN
(Bakı) bax ejga:n
ECİR
(Zəngilan) əzab, əziyyət. – Allax ecirı͂: artısın
EDİLƏMƏX’
(Basarkeçər) deyinmək
EDİNLƏŞMƏX’
(Cəbrayıl, Zəngilan) sözləşmək, deyişmək. – Sə:rdən bəri nə ediləşirsı͂:z, tay qutarmıyassı͂:z? (Cəbrayıl)
EĞDİRMƏX’
(Gədəbəy) bax evdirməx’
EĞİNTİ
(Gədəbəy) heyvanın öz balası üçün döşündə qısıb saxladığı süd. – A:z, o eğinti: mağə:ti, qatem südə pişrem
EĞMƏ
(Gədəbəy) tuluq. – Eğmədəqi şor na xarta olu, ay arvad
EĞMƏMMƏX’
(Gədəbəy) qorxmaq, ehtiyat etmək. – Nədən eğməneysiη, oğul, heş zad yoxdu orda
EHNAZ
ehnaz olmax: (Salyan) nasazlamaq. – Əliyağa, diyəsən, ehnaz olub
EHRAM
(Oğuz) şərf
E:İNTİ
(Qazax) bax eğinti. – Dünənnəri maral inəyin e:intisini işdim, gözdərimə işıx gəldi
EJƏŞMƏX’
(Ağdam, Şuşa) mübahisə etmək. – Niyə ejəşirsiηiz, ə:, ta: bəs döymü? (Ağdam); – Axşamatan peşəsi mənnən ejəşməx’di, ayrı işi-zadı yoxdu gədənin (Şuşa)
EJGAHAN
(Gədəbəy, Qazax) bax ejgan. – Ejgahan olanda deyeydiη, munu maηa dana! – Ejgahan vaxdı gəl (Qazax); – Mən saηa ejgahan vaxt hardan tapem kın, qutarasaη onu (Gədəbəy)
EJGAHANNIĞ
(İsmayıllı) bax ejga:nnıx
EJGAHANNIX
(Gədəbəy) bax ejga:nnıx ◊ Ejgahannığa çıxmaq – asudəliyə çıxmaq. – Elə ki, ejgahannığa çıxdı, işim düzəldi; – Sən ejgahannıxdan dəm vuroysuη, nə:zey məndə vax
EJGAN
(Oğuz) işsiz, boş, bikar
EJGA:N
(Gədəbəy, Qax, Mingəçevir, Şəki) bax ejgan. – Ejga:n adamsan, get gəti (Qax); – Bir ejga:n vaxtdə:lərsiη, gaflaşarıx, indi incimə:nən çöle:dirəm (Gədəbəy); – Həblə ejga:n oturax? İşdəmax lazımdı (Şəki)
EJGA:NNIX
(Gədəbəy, Şəki) asudəlik, işsizlik, bikarçılıq. – Ejga:nnıxda hər işi iras tutmağ olar (Gədəbəy); – Ejga:nnıxdı hələ ki (Şəki)
EJGƏHİN
(Zaqatala) bax ejga:n
EJİLƏMƏX’
(Borçalı) bax ediləməx’. – Bu xartan çox ejiliyif baş-beynimi töx’mə
EJİR
(Gədəbəy, Qazax) dərd, qəm, kədər. – Heç işdahım yoxdu, elə munu da canımın ejirinnən yi:rəm (Qazax); – Ejiriηnen ölöyrüm, yatammeyrım zavahtannan, elə hey tasalaneyrım (Gədəbəy)
EJLİTMƏX’
(Çənbərək) sakitləşdirmək. – Bu çağıyı ejlit, əηər-çiηər yoxkan sənəyi doldurum; – Ana, uşağı ejlit, suyeydim gəlim
EKƏS
(Salyan) yaşlı. – Asyə:n qızı öyün işdərin ekəs arvaddar kimi aparır
EKİZTAYI
(Ağcabədi, Tərtər) əkiz doğulmuş uşaqlardan hər biri. – Xuduş ekiztaydı (Ağcabədi)
ELAT
(Ağdam) köçəri
ELÇAR
(Zaqatala) heyva mürəbbəsi. – Ləzətdi elçar döyülmü?
ELÇARİ
(Ağsu) hamısı. – Bizim kəndin elçari belə danışır
ELÇİPİLOV
(Lənkəran) toydan bir neçə gün sonra oğlan evindən qız evinə göndərilən plov
ELƏNÇİG
(Bakı, İmişli, Kürdəmir) elə. – Elənçig işə qol qoymağ olmaz (Kürdəmir); – Elənçig adamnan yoldaş olma (İmişli)