Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «F» – 144
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
FA FE FI FO FR FU
 
FAHMA
(Salyan) minnət, danlaq. – Mən heç dədəmnən fahma götürməmişəm
FAHMALAMMAĞ
(Salyan) utanmaq, həya etmək. – Nişannı qız qaynatasınnan, qaynənəsinnən fahmalanar
FAHMALI
(Salyan) 1. minnətli. – Başqasının fahmalı surfasının başında oturmağdansa, öz halal çörəgi 2. utancaq, həyalı. – Fahmalı canına canım qurban, ay bala
FAXRA
(Sabirabad) 1. bilikli, savadlı 2. ağıllı
FAKİN
(Lənkəran) müxtəlif əşya qoymaq üçün evin arxa hissəsində ona bitişik tikilən otaq, daxma
FALAQQA
(Salyan) cəftə. – Ya cəfdə, ya falaqqa ikisi də bi şeydi
FALAY
(Oğuz) aciz, əlindən iş gəlməyən, bacarıqsız. –Sən nə falay adamsan
FALDA
(Şəki) nişastadan hazırlanmış horra. – Faldanı öskürən adam içər
FAL
fal çıxartmağ: (Bakı) qovun və ya qarpızdan nümunə üçün dilim kəsmək. – Qarpuzdan bir fal cağart, görəg necədü?
FAQQI
(Çənbərək, Karvansaray, Qazax) bic, hiyləgər, fırıldaqçı. – Fatma çox faqqı arvatdı (Qazax); – Əyri Səmət çox faqqı adamdı (Çənbərək); – Bu faqqı gədə hardan iras gəldi ma: (Karvansaray)
FAQQILIX
(Qazax, Ordubad) hiyləgərlik, biclik. – Faqqılığ eler, ona inanma (Qazax); – Ay qız, özu͂: nə üçün faqqılığa qoyursan (Ordubad)
FALIĞ
(Qax) çolaq. – Falığ adam kimi elinə ne alsa, salıp sındıriy
FARAĞATDAMAX
(Mingəçevir, Şəki) rahatlamaq. – Malları farağatdi:f sora ge:rux işimizə (Şəki)
FARAŞDAMMAX
(Qazax, Şəmkir) böyümək, iriləşmək. – Altı ay buzoy de:rix’, faraşdananda dana de:rix’ (Qazax); – Buzov ta: faraşdanıf, bü:nə-sava: otuxar (Şəmkir)
FARX
(Meğri) qadının başında tüklərin sağa və sola ayrıldığı yer, tağ. – Səkinanın farxı gör na qəşex’di, bibisi!
FARIĞ
(Şamaxı) tağ (saçda)
FARIŞ
(Salyan) səhəng. – Süzün farışu:z bizzədi
FARMAC
(Şərur) məfrəş. – Farmacı yunnan toxuyullar, arasına da yorğan-döşək yığıllar
FARMATOR
(Şəki) ovulmuş quru tütün
FARŞ
(Qafan, Quba, Masallı, Sabirabad) suqabı, güyüm. – Farşı al git su duldur, gütür (Quba)
FASIX
(Çənbərək, Karvansaray) hiyləgər. – Ə:r düzünü xavar alırsansa, Noyruzdan fasıx adam yoxdu bu kətdə (Karvansaray)
FAŞIN
(İmişli) suyun qabağını kəsmək üçün bağlanıb hazırlanan budaq, qamış və s. – Əyə, faşın atun, su dayansun
FARTIĞ
(Salyan) 1. önlük. – İş görəndə fartığı gey, üssün-başın təmiz qalsın 2. pambıq yığmaq üçün belə bağlanan torba. – İki fartığ da pammığ töksön xaral dolacağ
FATMA
(Mingəçevir) şanapipik Fatma nənənin hanası (Culfa) – qövsiqüzeh
FATMAQUŞU
(Gəncə) şanapipik
FAYIĞ
(Bakı) tay, bərabər. – Qapımıza gələn helə bizə fayığ adamdu, vəriceyəm qızı
FAYIŞDIX
(Cəbrayıl) asudəlik, sakitlik. – Get, fayışdıxda gələrsən
FELBAR
(Bakı, Lerik, Şərur) 1. çoxbilmiş 2. hiyləgər
FELLƏNMİŞ
(Şəki) çoxbilmiş. – Yaman fellənmiş adamsan
FELMAN
I (Ağcabədi) çoxbilmiş II (Tovuz) aravuran, araqarışdıran arvad