Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «G» – 697
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
GA GE GI GO GQ GU
 
GABAÇ
(Dərbənd) buynuzsuz (keçi). – Mənün bir gabaç kəçüm vardi, teregdə bir yarpağ quymeyeydi
GADAY
(Dərbənd) təzə doğulmuş keçi balası
GADREG
(Tabasaran) taxtabiti. – Gadreg helesi şeydü ki, adami sabahacan yatmağa qoymeydü
GAF
(Borçalı, Tovuz, Şəmkir) bax gap ◊ Gaf eləməx’ – b a x gap eləməx’. – Getdix’ gördüx’ orda adam yığılıf gaf ele:llər (Borçalı)
GAFA
(Yardımlı) bəlkə, ola bilsin ki. – Gafa gedib, sənin xəbərün yoxdu
GAFCIL
(Tovuz, Yevlax) bax gapcıl. – İsgəndər kişi gafcıl adamdı (Yevlax); – Kalvə:li kimi gafcıl adam kəndimizdə tapılmaz (Tovuz)
GAĞ
(Basarkeçər) kiçik otlaq. – Atam gağe:tdi
GAHAL
(Qazax) tənbəl
GAHGİR
(Yardımlı) hərdənbir, arabir. – Gahgir gedey baxey
GAHKİR
(Dərbənd) bacarıqsız, əfəl
GAHLI
(Zaqatala) qatlı. – Gahlı arxalıx
GAHVAR
(Masallı) bax gavar
GAL
(Dərbənd) qoyun cinsinin adı. – İstəyən kişi Ağul rayununnən üzüçün gal gətirədü
GA:L
(Naxçıvan) bax kal I. – Əhməd, sən çox ga:l adamsan ha!
GALALİ
(Bakı) narın kəsilmiş yerində əmələ gələn qaramtıl rəng
GALLA
(İmişli) dəvə sürüsü
GALLADAR
I (Cəbrayıl, Qazax) bax kalladar I II (Laçın) işgüzar (adam) III (Qazax) b ax kalladar II
GALLAH
I (Bakı, Quba) başlı-başına. – Ati gallah bıraxıb, otdi:r (Bakı) II (Çənbərək, Qazax) bax kəllah. – Potuyu gallaha qatıf Fərzalı otarır (Çənbərək)
GALLAHAN
(Qazax) üç tərəfi örtülü, bir tərəfi açıq (tikinti)
GALLAH-GALLAH
I (Quba) başlıbaşına. – Heyvannar gallah-gallah utdiyədü II (Quba) 1. topatopa, dəstə-dəstə 2. hissə-hissə
GALLAVAR
(Qazax) nəhəng və kobud (adam)
GALVAN
( Qazax) üç tərəfi örtülü, bir tərəfi açıq (tikinti)
GAM
(Meğri) bax kəm IV
GAN
(Qax) üstündə xəmir yoğurulan dəyirmi taxta
GANAŞMAX
(Ağdam, Borçalı) məsləhətləşmək
GANC
(Quba) körpə gicitkən. – Bizim yerrərdə ganc çux ular
GAP
(Ağcabədi, Ağdam, Füzuli, Qazax, Tovuz) söhbət ◊ Gap eləməx’ – söhbət etmək. – Bir sa:t gap eləsəx’ bəsimizdi (Qazax)
GAPAT
(Masallı) paltar
GAPBAN
(Şərur) iri və ağır çəkic
GAPCIL
(Borçalı) söhbətcil. – Oruc əmi gapcıl adamdı