Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «H» – 769
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
HA HE HI HO HU
 
HAA
(Qax) kirşə
HAAN
(Qax) bəli
HABBA
(Ağcabədi, Yevlax) xörək <uşaq leksikonunda>. – Tahirə gə sq: habba verim (Ağcabədi)
HABCAƏLİ
(Qax) bu dəqiqə
HABI
(Qax) bax habi
HABIRSİ
(Bakı, Salyan) hansı? – Əlimdə iki alma tutmuşam, kim diyər, habırsi böügdü? (Salyan)
HABİ
(Dərbənd) bu. – Habi kimindü?
HABLƏ
(İmişli) belə. – Hablə işi heş görmə
HABLEJƏ
(İmişli) beləcə. – Hablejə söyvət yaxşıdı
HABU
(Dərbənd, Tabasaran) bax habi. – Habu adamlar bizə yaxun idi (Dərbənd); – Bilənnərin habulardu? (Tabasaran)
HACIBƏRİBAX
(Bakı, İsmayıllı) parça növü. – Tükana yaxşı hacıbəribax gəlib (İsmayıllı)
HACIBUĞDA
(Dərbənd, Quba) qarğıdalı. – Bizim yerdə hacıbuğda yaxşı yetişədü (Quba); – Çöldə mal ekinə, hacıbuğdaya girməsin, ziyan eləməsin deyni gəzmə qoyadılar (Dərbənd)
HACIQOAX
(Cəbrayıl) yabanı bitki adı
HACIQUANX
(Füzuli) bax hacıqoax
HACIQUAX
(Kürdəmir) bax hacıqoax. – Hacıquaxdan ağ saqqız düzəldirik
HACIMƏNƏBAX
(Bakı) nazik parça növü
HACIMORA
(Cəbrayıl, Zəngilan) yabanı dərman bitkisi adı. – Hacımoranı yağnan döyüb qoyullar yara:n üsdə (Zəngilan); – Get bir az hacımora yığ (Cəbrayıl)
HACIOQQAR
(Oğuz) hacıleyləyə oxşar quş. – Hacıoqqar qışda olur, həşarat ye:r
HACİBOĞDA
(Dərbənd, Tabasaran) b ax hacıbuğda. – Cad bişirədig haciboğdadan (Tabasaran)
HACTURAN
(Kürdəmir) nadürüst. – Şamil kimisi özü olmaz, yap hacturandı
HAÇABAŞ
(Bakı) bərabər, əvəz-əvəz. – Sən də vırdun, u da oldu haçabaş
HAÇAMAYA
(İmişli) dişi dəvə. – Haçamaya yaxşıdı yüngül yükə
HAÇAREYZİN
(Borçalı) sapand. – Uşaxlar ona de:llər haçareyzin
HADƏR
(Lənkəran) ucu yonulmuş 40-50 sm. uzunluğunda nazik çubuq <uşaqlar oyun zamanı ondan istifadə edirlər>. – Yədi, bizim polmızın altınnan hadərrərimi oğırrıyıblar
HADIĞ
(Salyan) bacarıqlı, zirək. – Xeyrənsə hadığdı, əlinnən hər iş gəlir
HADIX
(Bərdə, Borçalı, Cəbrayıl, Füzuli, Gədəbəy, Xanlar, Laçın, Mingəçevir, Oğuz, Sabirabad, Tərtər, Tovuz, Zəngilan) mamaça. – Kəndimizin hadığı çəhməçi Allahverdinin arvadı Zeynafdı (Gədəbəy); – Zeynavın ağrısı başdadı, hadığı çağırdılar (Laçın); – Arvat doğur, uşax göndər, hadıx Gülgəzi çağırsın (Füzuli)
HADIXÇI
(Bərdə, İmişli, Tərtər) mamaça. – Hadıxçı tutar uşağı (İmişli)
HADIR
hadır olmax: (Cəlilabad, Çənbərək) muğayat olmaq. – Bı qəddə hadır ol, indi gəleyəm; – Hadır ol, küçiy tutər (Cəlilabad)
HAF
(Bakı) bəzəkli kəpənək
HAĞALA
(Şərur) haraya