Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «K» – 939
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
KA KE KI KO KU
 
KABALAK
(Zaqatala) kəpənək
KABAY
(Zaqatala) kəpənək
KA:BƏ
(Bakı) qarğıdalı. – Qalxoz bi:l əmeg güninə xeyli ka:bə vərdi
KADU
(İrəvan) qabaq
KAFDARSIYIR
(Ucar) qoca canavar. – Kafdarsıyır kəndə girməz
KAF
kaf keşməx’: (Meğri) ac qalmaq. – Heyvannar kaf keşdilə dünənnəri
KAĞ
I (Cəbrayıl, Meğri, Zəngilan) qışda qoyun və quzuların saxlandığı üstüörtülü yer. – Fərzalı qoyunu kağa yığdı (Zəngilan); – Qoyunu əvvəlimci dəfə payızın qafsında kağa yığılla (Meğri) II (Naxçıvan, Şahbuz, Şərur, İrəvan) alaq. – Əkinin kağın çəkirik ki, təmiz olsun (Şahbuz) ◊ Kağ eləməx’ – alaq etmək
KAĞA
(Şərur) mağara
KAĞAL
(Qarakilsə, Şəmkir, Tovuz) tənbəl. – Səni kimi kağal adam olmaz, niyə gedif bircə dəfə o mamaηnan görüşmürsəη? (Şəmkir)
KAĞALA
(Ağbaba) kiçik səbət. – Qoyunnara bir kağala ot verdim
KAĞALAX
(Oğuz) cəhrənin iyinə keçirilən dəyirmi taxta
KAĞALLIX
(Tovuz) tənbəllik. – Qırmızı Meyti kağallıxda təx’di, o:nçun da qojalmır
KAĞAN
(Çənbərək, Gədəbəy, Gəncə, Qazax, Tovuz) xışın və ya arabanın qolunu boyunduruğa birləşdirən qayış. – Boyunduruğun kağanı yiyilif, onu düzəlt (Tovuz); – Kağan xam ağ gönnən qayrılır (Gəncə); – Öküzün ağzı yoxuşa tüşəndə qırılmadımı kağan qəfil (Gədəbəy); – Kağan keşmişdə olordu (Qazax)
KAĞANQIRAN
(Şəmkir) məc. – qanmaz. – Ə:, sən nə kağanqıran adamsaη, bir sa:tdı çağıreram, niyə cavaf vermersəη?
KAĞANNAMAX
(Çənbərək) arabanın qolunu qayışla boyunduruğa birləşdirmək, bağlamaq. – Durum haravıyı kağannıyım, tezdən qoşax haylıyax
KAĞANNIX
(Şəmkir) boyunduruğun üst hissəsi üçün yararlı ağac. – Dağe:dəji:x’, yaxşı kağannıx gətirejəm
KAĞÇI
(Şərur) alaq edən, kətmənçi. – Kağçılar da vər başında durmıllar
KAĞLAMAX
(Şərur) alaq etmək. – Kərdi-kərdi <lək> kağlaram
KAH
I (Əli Bayramlı, Salyan, Kürdəmir) tülkü yuvası II (Bakı, Salyan) kiçik ev, daxma. – Kişi axşamacan girib kaha, bağda-bağatda da işdəmir (Salyan)
KAHA
(Saatlı) bax kah
KAHAL
I (Mingəçevir, Şəki, Zəngilan) 1. könülsüz (Mingəçevir, Şəki). – Çox kahal ca:f verdi (Mingəçevir); – Qəhrəmanı gördüm, mq: çox kahal salam verdi (Şəki) 2. ağır, ləng (Zəngilan). – Kahal dərbənmə, qutar II (Bakı, Dərbənd, Göyçay, Hamamlı, Xaçmaz, Kürdəmir, Qazax) 1. b a x kağal (Bakı, Dərbənd, Qazax). – Kahaldı Əsət, iş görən döy (Qazax); – Çox kahal adamdu, iş görəndə hələ bil yeriyir (Bakı); – Uşağın çux kahaldu, uxumeydu (Dərbənd) 2. sözə baxmayan, söz eşitməyən (Göyçay, Hamamlı, Kürdəmir). – O çox kahal adamdı, heş nə: yaramır (Hamamlı); – Neçə dəfə çağırırsan, baxmır, oa <ona> kahal deyirik (Göyçay) III (Balakən, Qax) 1. qaradinməz (Qax) 2. kütbeyin (Balakən)
KAHIL
(Göyçay) çiy
KAHİ
(Ordubad) kaha, mağara. – O yağışda kahi dadımıza çatdı
KAHLA
(Dərbənd) hasarın altından keçən su yolu, deşik
KAXI
(Bolnisi) dağda tikilən çoban dəyəsi, alaçığı
KAKƏ
(Zaqatala) xəmir xörəklərindən birinin adı
KAKROÇİK
(Kəlbəcər) hülqum. – Tütərəm sənin kakroçikinnən, o qədər vurərəm ki, lap ölərsən
KAKUR
(Xaçmaz) qozbel (adam)
KAL
I (Kürdəmir, Naxçıvan, Şəki) kobud. – Əhməd, sən çox kal adamsan ha! (Naxçıvan); – Bi dəfə mən unnan kal söz eşitməmişəm (Şəki) II (Naxçıvan) şiv, ağacın zoğu. – Ağaşdan bir kal kəsdim III (Salyan, Bakı) ağır, zəif. – Bilmirəm nedəndi, iku-üç gündi kal eşidirəm (Salyan)
KA:L
I (Salyan) 1. zəif, pis. – Həsən bi az ka:l eşidir, bərkdən di 2. könülsüz, həvəssiz. – Cücələr arpanı çox ka:l yiyir II (Cəlilabad) soyuq, laqeyd. – Qıza, ka:l yanaşmə, fikir ver