Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «L» – 623
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
LA LE LI LO LU
 
LABADA
(Qax, Quba, Şəki, Şuşa, Zaqatala) 1. qısaqollu, üzəri qaytan və bafta ilə işlənilmiş qadın paltarı (Zaqatala, Şəki). – Hətəm öz nənəsinin labadasını puzdurub qadınına don tikdirdi (Zaqatala); – Anam özünə labada tikir (Şəki) 2. sırınmış pencək, sırıqlı (Quba). – Labadanı gavar bu yoxunnarda almısan
LABBA
(Şəki) qabaq hissə
LABİ
(Cənubi Azərbaycan) huşsuz. – Kamran çox labi adamdu
LA:BUKƏ
(Salyan) nöqsan, eyib. – Məndə nə la:bukə bilib, məni qo:lamağ issiyirsən? – Uşağda heç la:bukə yoxdu
LAC
(Quba) damın üstünə döşənən ağac. – Damın lacları tükülmüşdü
LAÇINQUYRUĞU
(Cənubi Azərbaycan) yeyilən yabanı bitki adı. – Bir dəsdə laçınquyruğu yığdım
LADARA
I (Oğuz) yalançı II (Gədəbəy) bölgü. – Taxıl ladarasında gələjəm
LADIRA
(Oğuz) məsxərəçi
LAFÇIN
(Ağsu, Gəncə, Qazax, Lənkəran, Sabirabad, Şəki) bax lapçın. – Lafçını öydə geyirük (Ağsu); – Uşaxlara lafçın almışam (Gəncə); – Mə:m lafçınımın bir tayın it aparıb (Lənkəran)
LAFÇİN
(Şəki) bax lapçın
LAFDAN
(Oğuz) bax lapbadan. – A gidə, uşağı zarafata salıf lafdan vurma
LAF-LAF
(Qazax) mənasız. – Məmməd laf-laf danışer
LAF
laf vurmax: (Qazax, Şəki) mənasız danışmaq. – Əziz yaman laf vuror (Qazax)
LAĞ
(Quba) kürək. – Camış lağı sındırdı
LAĞABBA
(Xanlar, Kəlbəcər) ləqəb. – Birdən birinə bir lağabba yapışdırellar (Xanlar)
LAĞALAĞ
(Tovuz) səliqəsiz. – Öydə qav-qajax lağalağdı
LAĞAN
(Qax) bax laqan. – İt qabağına lağan tulla:n kimi honu da menin qabağına qoyıp nara gedipsin?
LAĞANDA
(Salyan) kökündən ayırmadan yerə basdırılan tənək budaqlarından göyərən zoğ. – Bizim bağda çoxlu lağanda var ◊ Lağanda basmağ – tənək basdırmaq. – Atam lağanda basır; – Müseyib yaxşı lağanda basandı
LAĞAR
I (Gəncə) gen. – Bu tüyəngin lüləsi çox lağardı II (Çənbərək, Gədəbəy, Gəncə, Karvansaray, Şəmkir, Zaqatala) çox palçıq olan yer. – Atı lağardan sürmə (Gəncə); – Harava lağara tüşən kimi təkər sındı (Şəmkir) III (Çənbərək, Gədəbəy, Karvansaray) kotanın açdığı şırım. – Lağara yıxılmışdı qaçanda hodağım dünənnəri (Gədəbəy)
LAĞARD
(İmişli) bax lağar I. – Lağard paltar adamı işdəməgə qoymaz
LAĞARRAMMAX
I (Gədəbəy, Gəncə) genəlmək. – Təkərin dulquları laf lağarranıfdı II (Ağdam, Gəncə) çuxur olmaq, çuxurlaşmaq. – Bizim yol lap lağarranıf (Ağdam)
LAĞART
I (Ağcabədi, Kürdəmir, Salyan, Meğri) bax lağar I. – Qardaşım maηa bir lağart pencəy alıf (Ağcabədi); – Öy lağartdı, kif deyil (Kürdəmir) II (Meğri) iri, böyük. – İki lağart çüyalı beçara doldudu ləbələb buğduynan
LAĞAVA
(Bərdə) bax lağabba. – Uzun Qulu dediη, uzun onun lağavasıdı
LAĞAVLAMAX
(Ağdam) əzmək (meyvəni). – Almadı, armıtdı, lağavlıyırsan suyu çıxır
LAĞBALAĞ
(Bakı) ağzınadək dolu. – Vedrə lağbalağ dolub
LAĞCIL
(Gəncə) bax lağvaçıl. – Sən yaman lağcılsaη
LAĞILBAZ
(Füzuli) başqasına lağ edən. – Keşmişdə lağılbaz vardı, hərəyə bir ad qoyurdular
LAĞILLAMAĞ
(Salyan) cırıldamaq. – Qapı lağıllıyır
LAĞLAĞ
(Tovuz) bax lağalağ
LAĞMA
(Oğuz) tapmaca və lətifə söyləyən adam