Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «M» – 843
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
MA ME MI MO MU
 
MA
(Balakən) al. – Ma, bu kitabı qardaşına ver
MAA
(Qax) bax ma. – Maa, habı da sağa çatacax
MAAL
(Zərdab) yaxşı ki, heç olmazsa. – Maal, özünü sən də adam yerinə qoyursan
MABAĞ
(Əli Bayramlı) qiymət. – Sən də day munun mabağın artırma
MAC
I (Culfa, Ordubad) bax maj I. – Mən macı tutdum (Culfa) II (Oğuz) bax maj II. – Macı qoyullar ki, lobya çıxsın o ağaca
MACDAMAX
(Oğuz) lobya və ya xiyar tağının sarınması üçün onun dibinə ağac basdırmaq. – Paxlanı macdıycam sabah
MACAR
I (Daşkəsən) girintili-çıxıntılı. – Gərəməşöy özü macar oloy II (Bolnisi) tünd çaxır
MACGAL
(Culfa) şumlanma zamanı xışın, kotanın dəstəyindən tutan adam. – Macgal kotannan yer sürür
MAÇ
(İsmayıllı) bax maj II. – A Şa:sənəm, bir-ki dənə maç ver mənə, maçım çatmadı, lobyadan bir əzi maçsız qaldı
MAÇA
I (Salyan) qatır. – Maça çox yük götürər II (Salyan) qoyunun qol əti. – Taskəbabı maça ətinnən olar III (Zəngilan) qoyunun (və ya keçinin) boğazından sallanan bir cüt vəzi. – Maça qoyunnarın boğazında olur IV (Naxçıvan, Ordubad) aşıq
MAÇA-MAÇA
(Bakı) aşıqla oynanılan uşaq oyunu adı
MAÇAN
(Cəbrayıl) bax maça III. – Qoyunumuzun maçanı var
MAÇANNI
(Cəbrayıl) boğazında bir cüt vəzi olan (qoyun, keçi). – Qoyunumuz bir maçannı quzu doğdu
MAÇI
(Ordubad) nənə, ananın anası. – Get şə:rdən maçını gəti
MAÇIMAX
(Çənbərək) yorulmaq. – Oğarda işdədim ki, indi də maçıdım qaldım
MADAR
I (Qarakilsə, Zəngilan) tək, bircə, yeganə. – Dədəsinin-nənəsinin madar oğludu, ərkö:n bö:düflər (Zəngilan); – Onun madarı bircə bıdı dayna (Qarakilsə) II (Kürdəmir) qənaət ◊ Madar eləmək (Kürdəmir) – qənaət etmək. – Əppəgə madar elə, ay İnşallah; – Yığdığın ota madar elə ki, qışı çıxara biləsən III (Çənbərək) azuqə. – Uşaxların büyün madarı çoxdu
MADAR-GÜZAR
I (Gədəbəy) tək, bircə, yeganə. – Madar-güzar bir uşağımız var, o da oxuyor şə:rdə II (Qazax) dolanacaq, güzəran. – Məmmədin madar-güzarı yaxşıdı
MAFAR
(Bakı, Cəbrayıl, Qazax, Mingəçevir) imkan
MAFARSIZ
(Oğuz) cansız, zəif
MAFRAX
(Ağdam, Gədəbəy, Qazax, Tovuz) kövrək; davamsız. – Yaman mafrax çişmiş, diyən çürü:pbüş, çəkəndə qırıldı, yarısı qaldı ağzımda (Qazax); – Bu usdollar mafrağımış, bir-ki dəfə oan-boan çəkildiyinə dağıldı (Gədəbəy); – Mafrax şey bərkə-boşa çüşəndə tez əməldən çıxar (Tovuz)
MAFRAXLIX
(Gəncə) kövrəklik. – Mafraxlığına baxma, pula gedəndi
MAĞ
I (Kəlbəcər, Xanlar) damın iki tir arasındakı hissəsi. – Bir evdə üç mağ pərdi döşənir (Xanlar) II (Biləsuvar) bacarıqsız. – O, yaman mağ uşağdı
MAĞAL
(Cəbrayıl, Qarakilsə, Meğri, Zəngilan) günün isti vaxtında mal-qaranın axşam sərini düşənə qədər saxlandığı kölgəlik. – Mallar mağaldeydi (Zəngilan); – Əli günorta olmamış malları mağalə:tdi (Cəbrayıl) Mağal vırıb oturmax (Kürdəmir) – dövrə vurub oturmaq. – Hamı mağal vırıb oturmışdı (Kürdəmir)
MAĞALAN
(Ağdaş, Salyan) 1. kiçik arx. – Məhlədə mağalan qazırdım (Ağdaş) 2. ləklər arasındakı tirə. – Mağalanın hərəsinə on mamadur şitili vurmuşam (Ağdaş)
MAĞALAX
(Qax) balaca saxsı qab
MAĞALLAX
I (Qəbələ) suyu çəltik zəmisindən kənara axıtmaq üçün arx. – Nəcməddin baba öz zəmisinnən Feyzulla babanın zəmisinə mağallaxnan su verir II (Ağdaş, Gəncə, Qazax) dəyirman daşını bir yerdən başqa yerə aparmaq üçün girdə ağac parçası. – Mağallağı daşın altda qoy (Ağdaş); – Mağallağı ağacdan qayırallar (Qazax); – Daş mağallağ üssündə durar (Gəncə)
MAĞAR
I (Ağdaş, Bərdə, Bolnisi, Borçalı, İmişli, Qazax, Mingəçevir, Oğuz) 1. toy məclisi. – Qız evində o gecə sübhə tək mağar qurub, küy-kələy elədilər (Ağdaş) 2. toy məclisi keçirmək üçün qurulmuş alaçıq. – Toyçun mağar tikirüg (İmişli); – Mağarın dört böyrünə gəvə, palaz vurrux, yüz-ikü:z adam oturur (Bərdə); – Bizim kətdə mağar qurulub, toy olacax (Qazax) 3. oğlan toyu. – Əlinin mağarına gedəysən? (Ağdaş) 4. evlənən oğlana qohumlarının verdiyi hədiyyə II (Zaqatala) şırım (əkində)
MAĞARA
(Ağdaş, Qax, Şəki, Zaqatala) sap çarxı. – Mağaradan sap qutarıf (Ağdaş); – Nərgiz, sağa diminəm mağaranı sökmə? (Zaqatala)
MAĞDIR
(Meğri) imkan. – Mağdıri çatdıği qədir paltar-maltar da alıp
MAĞIL
I (Bakı, Borçalı, Cəbrayıl, Cənubi Azərbaycan, Dəvəçi, Gədəbəy, Goranboy, İsmayıllı, Kürdəmir, Şərur, Zəngilan) bax maal. – Dünən mağıl gün çıxmışdı (İsmayıllı); – Mağıl hərdən bizə gəlirdin, daha gəlmirsən (Goranboy); – Mağıl qapıda dirrix’ var (Tovuz); – Mağıl sən cavab verdin (Şərur); – Mağıl sən gəlib özu͂ :yetdin, yoxsa bı itdər bizi diricə yə:rdi (Zəngilan) II (Tovuz) layiqli. – Səltənət kimi mağıl adamı sən tapmassan