Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «N» – 422
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
NA NE NI NO NU
 
NESƏ
(Meğri) ərə gedən qıza valideyni tərəfindən verilən torpaq və ya bağ payı. – Hesə, yani qızdara dədəsinin qoşduğu torpağa diyellər
NACAĞ
(Bakı, Xaçmaz, İsmayıllı, Kürdəmir, Quba, Qusar, Salyan, Şamaxı) bax najax. – A balam, dur nacağı götür, bu eti çapeg (Bakı); – Naçaği vər, odun xırdali:m (Kürdəmir)
NACAX
(Culfa, Kürdəmir, Mingəçevir, Ordubad, Şahbuz) bax najax. – Nacax iti olsaydı, bu odunnarı əlbəhəl yarardım (Şahbuz)
NAÇAX
I (Qazax) köhnə. – Biz bir naçax maşına minmişdix’ II (Culfa, Qazax, Oğuz, Zəngilan) xəstə. – Naçax getdix’cə xarablaşırdı (Oğuz); – Uşax naçaxdı (Zəngilan)
NAÇAXLAMAX
(Borçalı, Culfa, Gədəbəy, Qazax, Tovuz, Zaqatala, Zəngilan) xəstələnmək. – İman kişi böyün bərk naçaxlıyıb (Zəngilan); – Kazımı çağırmıyın, o naçaxlıyıf (Tovuz); – Dünənnən bərk naçaxlamışam (Culfa)
NAÇAXLIX
(Borçalı, Culfa) xəstəlik. – Onu həməşə soyux tutor, naçaxlıx taper (Borçalı)
NAÇURANI
(Füzuli) ateist. – Nanəzar, sən naçuranı adamsan
NADARATMA
(Meğri) böyük <ilan>. – Quzeydə nadaratma ilannar çuxdı, hamma adama dəymiy
NAFAXA
(Çənbərək) yemək. – Nafaxasız qaldı Miskarın uşağı dünənnəri
NAFCIL
(Borçalı) ayaqqabı. – Nafcılın ipini bağla
NAGAH-NAGAH
(Daşkəsən) tək-tək, az-az. – Mən görən adamlar nagah-nagah qalıf
NAĞ
(Tovuz) dişi dəvə. – İftidada xəlq oldu külli kayınat, İnsan nağa mindi, nağ nə: mindi?
NAĞALA
(Culfa) bax navala
NAĞAR
I (Qazax) yekəqarın <adam>. – Bu adam çox nağardı II (Oğuz) dəf
NAĞAŞ
(Qafan) ala-bula. – Nağaş inəyin qıçı sınıf
NAĞILAY
(Bakı) bax naqolay (3-cü məna)
NAĞILÇI
(İmişli) aşıq. – Tək-tük adam nağılçı, çalğıçı gətirərdi toya
NAĞILÇILIX
nağılçılıx eləmax: (Şəki) boş, mənasız danışmaq. – Nağılçılığ eləmax yaxşı döyli
NAĞILITUL
(Meğri) nəhayət. – Nağılıtul, oğlan açer o sandığı
NAĞILLAMAX
(Şərur) nağıl etmək. – Uni anamgil nağılladı
NAĞIM
nağım atmağ: (Bakı) göz qoymaq. – Bı nə xəsyetdü səndə, hər şeyə nağım atırsan
NAĞIZ
I (Qax, Zaqatala) ana tərəfdən olan qohum II (Kürdəmir, Sabirabad) səfeh, düşüncəsiz, yersiz danışan. – O, çox nağız adamdı (Sabirabad)
NAĞIZ-NAĞIZ
(Sabirabad) düşüncəsiz, yersiz. – Nağız-nağız danışma
NAHAR
(Xaçmaz, Quba) məcməyi. – Xörəyi gətirəndə buşqabları nahara quyub gətirillər (Quba); – Ana, bizim naharı Gülsüm xala apardı (Xaçmaz)
NAXIROTARAN
(Salyan) çöl quşu adı. – Malın içində naxırotaran vardı, uşağ qo:dı
NAXIS
(Ağdaş, Gədəbəy, Qazax, Laçın) bax nağız II. – Məcid naxısdu (Ağdaş); – Yaman naxıs adamsan (Laçın); – Naxıs danışmax peşan oluf (Laçın)
NAXISDAMAX
(Ağdam, Qazax) səfehləmək. – Məmməd lap naxısdıyıb (Ağdaş)
NAXISDIX
(Ağdaş, Qazax) səfehlik. – Əli naxısdığ eli:r (Ağdaş)
NAXIŞ
(Gədəbəy, İmişli, Mingəçevir, Oğuz, Saatlı, Şəki, Zaqatala) bəxt ◊ Naxışı gətiməx’ (Gədəbəy, Oğuz, Şəki) – bəxti gətirmək. – Mə:n naxışım gətdi (Oğuz)
NAXIŞDI
(Biləsuvar) işi düz gətirən, bəxtli