Диалектологический словарь азербайджанского языка.

  • NO:AR

    (Gədəbəy, Qazax) cecimin kənarlarında toxunan haşiyə. – Cejimin no:arını tix’dinizmi, oğul? (Gədəbəy)

    Полностью »
  • NOBAT

    (Cəlilabad) b ax navat. – Dəgirmanda dən çoxdu, bu gün nobat olmaz bizə

    Полностью »
  • NOBATİ

    (Bakı) açıq çəhrayı. – A balam, nabati rəngdədü də, hələ qızçun yaxçıdu

    Полностью »
  • NO:ÇƏ

    (Şəki) pəhləvanın köməkçisi. – Pehlivannarın eli:n altında işdiyənnərə deyillər no:çə

    Полностью »
  • NODƏRƏMƏT

    (Gəncə) həddindən artıq, çox. – Nodərəmət gözəldi Pəri

    Полностью »
  • NOĞAR

    I (Culfa) gəlin II (Culfa) öküz qoşularkən yara olmamaq üçün onun boynuna qoyulan yastıq

    Полностью »
  • NOĞUDAĞACI

    (Ağdaş) ağac növlərindən birinin adı. – Bizim bağlarda noğudağacı yoxdu

    Полностью »
  • NOĞULDAN

    (Şəki) taxça. – Noğuldana pərdə tik

    Полностью »
  • NOHƏN

    (Cənubi Azərbaycan) bulağın qabağında düzəldilmiş nov

    Полностью »
  • NO:XARIŞ

    (Bakı) yavanlıq

    Полностью »
  • NO:XƏRİŞ

    (Bakı, Tabasaran, Zaqatala) bax no:xarış

    Полностью »
  • NOXSANT

    (Gəncə) xatakar. – Qulu noxsant adamdı

    Полностью »
  • NOXSAT

    (Gədəbəy) bax noxsant. – Çox noxsat adamdı Hətəm, heş xeyir işnən arası olmaz

    Полностью »
  • NOKEŞ

    (Şəki) arabanın təkərlərini birləşdirən ağac, ox. – Nokeş çüriyifdi

    Полностью »
  • NOQARA

    (İrəvan) dəvəyə vermək üçün arpa unundan və ya kəpəkdən hazırlanmış çörək

    Полностью »
  • NOLƏ

    (Quba) arpadan hazırlanmış yem. – Üküzlərə nolə götür

    Полностью »
  • NOM

    nom eləməx’: (Meğri) utanmaq. – İki kişiyə bir qobda xurəx’ quymağa nom eli:yix

    Полностью »
  • NONA

    I (Biləsuvar, Salyan) hin. – Toyuğ nonada yoxdu (Biləsuvar) II (Biləsuvar) toxum əkmək üçün düzəldilən yuva, yer

    Полностью »
  • NOR

    (Ağdam, Ağcabədi, Başkeçid, Borçalı, Çənbərək, Hamamlı, Xocavənd, Qazax, Ordubad, Zəngilan) 1. pendir suyunu qaynadaraq alınan şor (Ağdam, Borçalı, Ha

    Полностью »
  • NO:RÇA

    (Oğuz) gölməçə. – No:rçanı təmizdiyin

    Полностью »
  • NO:RƏST

    (Ordubad, İrəvan) tezyetişən <meyvə>. – Bu il mən no:rəst tutu bir manata satdım (İrəvan); – No:rəst üzim tez yetişir (Ordubad)

    Полностью »
  • NO:RRAŞMAX

    (Şəki) göllənmək. – Yolu su basıf, heylə no:rraşıf durur

    Полностью »
  • NORU

    (Zəngilan) palan

    Полностью »
  • NORUX

    (Tovuz) səliqəsiz

    Полностью »
  • NORUŞUD

    (Astara, Lənkəran) Novruz bayramının gəlişini bildirmək üçün oxunan mahnı

    Полностью »
  • NO:RUZA

    (Şəki) novruzgülü. – No:ruza çiçəyi noruzda açar

    Полностью »
  • NO:RUZBULAĞI

    (Şamaxı) məc. qaraqabaq. – Sən də lap no:ruzbulağı kimi orda bir kəlmə danışırsan

    Полностью »
  • NO:RUZİ

    (Cənibu Azərbaycan) bax no:ruza

    Полностью »
  • NO:RUZNİSƏ

    (Salyan) Novruz bayramında uşaqların qapı-qapı gəzib şirniyyat yığması. – No:ruznisə mart ayında olar

    Полностью »
  • NOŞA

    (Gədəbəy) camış balası

    Полностью »
  • NO:VA

    (Şəki) cığır. – Yusif no:vaynan dağın başına çıxdı

    Полностью »
  • NOVAR

    (Göyçay) çul

    Полностью »
  • NOVAT

    (Gədəbəy, Hamamlı, Şəki) bax navat. – Mq: novat çatıcaxdı hindi (Şəki)

    Полностью »
  • NOVÇA

    (Qax) ağac oyuğu

    Полностью »
  • NOY

    (Qazax) nov

    Полностью »
  • NOYDƏRƏMƏT

    (Gəncə, Qazax) 1. sözə baxmayan (Qazax). – Bu Əhməd nə noydərəmət adamdı. – Noydərəmət adamnan xoşun gəlmir (Gəncə) 2

    Полностью »
  • NOZAR

    (Şəki) taxtaya naxış vurmaq üçün rəndə. – Nozarı mq: ver

    Полностью »
  • NÖ:ƏX’

    (Gədəbəy) çökək yer. – Nö:əx’də öycüx’ quruf də:n oğluη

    Полностью »
  • NÖGÜD

    (Zəngilan) qaynadılmış buğda ilə kişmiş, küncüd və s. qarışığından hazırlanan yemək adı. – Nögüdü qışda pişirif ye:llər

    Полностью »
  • NÖHÜ

    (Qax) meşəlik

    Полностью »
  • NÖKİSƏ

    (Quba, Şamaxı) acgöz, çoxyeyən. – Nökisə uşağ adami biyabır elər (Quba)

    Полностью »
  • NÖKSƏ

    (Qəbələ, Quba, Şəki) bax nökisə. – Nöksə adamın gözi həmməşə oyandabuyanda olar (Şəki)

    Полностью »
  • NÖQTƏLƏMƏX’

    (Axalsxi) danlamaq. – Kərim gədiyi gündə nöqtəliyir, heş vejinə də döyül

    Полностью »
  • NÖSLƏ

    (Gədəbəy) tamahkar. – Həşəm Ədil də birəz nöslədi

    Полностью »
  • NÖŞÜN

    (Bakı, Şamaxı) nə üçün? – Nöşün mıni mənə dimədün? (Bakı)

    Полностью »
  • NÖ:ÜS

    (Bakı) bax nöyüs

    Полностью »
  • NÖ:ÜSPƏR

    (Bakı) tamahkar

    Полностью »
  • NÖ:ÜZ

    (Gədəbəy, Qazax, Tovuz, Şuşa) nə əcəb, nə yaxşı. – Nö:üz bizə:lmişdin? (Qazax); – Nö:üz cavannar səni yatağa buraxdı? (Gədəbəy)

    Полностью »
  • NÖYDƏRƏMƏT

    I (Çənbərək, Kürdəmir, Qazax) bax noydərəmət 1. – Hasan nöydərəmətin biridi, ona heş nə demə (Qazax) II (Çənbərək, Gədəbəy, Qazax, Tovuz) bax nodərəmə

    Полностью »
  • NÖYÜÇCƏ

    (Ucar) quş adı. – Nöyüçcənin əti yeməlidi, ama biz yemirik’

    Полностью »