Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «O» – 214
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
OA OB OC OD OF OG OJ OL OM ON OP OQ OR OS OT OU OV OX OY OZ
 
OANIŞMAX
(İmişli) dirçəlmək. – Qoyunu yaxşı otararsaη oanışar
OAR
I (Gədəbəy) məğz, əsas. – Uzun danışma, sözüηün oarnı de! II (Gədəbəy) uyğunluq, münasiblik. – Heş oarı varmı sən dediyiηin oyşə? ◊ Oarı olmax – layiq olmaq. – Elə iş tut kun, adına oarı olsun bir
OAZIMAĞ
(Bakı) bax avazımağ. – Qərdəşim cani, uşağ yaman oazımışdı
OAZIMAX
(Hamamlı, Qazax) bax avazımağ. – Kişi durduğu yerdə birdən oazıdı (Hamamlı)
OBAÇILIĞ
(Biləsuvar) köçərilik. – Günimiz obaçılığda keçərdi qədimdə
OBAŞ
(Cəbrayıl, Gədəbəy, Gəncə, Şamaxı, Şəki, Zaqatala) tezdən, sübhdən. – Naxxartana obaş dursaη, oxxartana da yunul oloy canın (Gədəbəy)
OBUR
(Lənkəran) parça, tikə. – Səkinə, bi obur balığ verərsə:n?
OCAX
I (Meğri) ovsunçu. – Siz tayfanın avratdarı da ocaxdımı? II (Kürdəmir) yuva (xiyar və s. əkmək üçün çala). – Otuz ocax yerpənəgim var
OCAXLAMA
(Qarakilsə, Meğri) 1. tamamilə, büsbütün 2. hamısı. – Ollar ocaxlama elədilər (Qarakilsə); – Mir Mahmıt uşağı ocaxlama Erannan gəlipdi (Meğri)
OCİSFİRİ
(Tovuz) bax ocisviri
OCİSVİRİ
(Tovuz) onun kimi. – Ocisviri bizim də başımıza oyun aşdılar
OCU
(Zaqatala) nənə. – Ocu, mağa nağıl danış
OÇ ELƏMƏK
(Salyan, Bakı) oturmaq (uşaq leksikonunda). – Get xala:n qucağında oç elə
O:DAĞ
(Zərdab) sızma ◊ O:dağ eləməx’ – sızmaq. – Bu tərəfə axan suyun qabağını nəqqədər bərk bağladığsa da, yenə altdan o:dağ elədi
O:DAM
(Kürdəmir) suyun açdığı yarğan ◊ O:dam açmağ – yarğan açmaq. – Su o:dam açar, ordan da axar
ODDAMI
(Oğuz) tütün qurutmaq üçün tikilmiş xüsusi bina
ODDAX
I (Ağcabədi, Qazax) yanğın. – İt oddaxdan çıxıf qaçıf; – Oddağ olanda hay-haray eliyirix’, camahat gəlif köməy eliyir, oddağı söndürür (Ağcabədi); – De:llər Qaraçalada oddax var (Qazax) II (Zəngilan) ütülmüş sünbüldən çıxan taxıl
ODTALA
(Qax) odur (çox uzaqda olan əşyanı göstərmək üçün işlənir)
ODULMAYI
(Şamaxı) xörək adı. – Əməköməci odulmayısı başqalarınnan daddıdı
ODUNQUŞU
(Zaqatala) birəbitdən (quş adı)
OFDU
(Zaqatala) əla, gözəl, çox yaxşı
OFGƏ
(İsmayıllı) ağciyər. – Axırı gördüm lap öfgəm yanır
O:GARRIĞ
(Bakı) əziyyət, çətinlik. – Bı Kərimi mən o:garrığnan oxıdmışam
OGƏ
(Salyan) qayığa dolmuş suyu atmaq üçün işlədilən taxta qab, çömçə. – Bı lotgənin ögəsi yoxdı
O:GƏR
ogər eləməg: (Bakı) avara eləmək, dəngəsər eləmək. – Məni yuxıdan o:gər elədü
(Zaqatala) ov. – Oğa-zada gidən olmazdı bizin dö:rümüzdə; – Gidəllərdi oğ oğlamağa
OĞAL
(Ağbaba, Bakı, Zəngibasar, Cənubi Azərbaycan, Goranboy, Şamaxı, Şərur) o yan, o tərəf. – Ədə, əl-ayağa dolaşma, ged oğala (Bakı); – Oğala gedirsəηsə, gəl gedəx’ (Goranboy); – Həsən oğaldan gəlir (Cənubi Azərbaycan); – Əli oğala getdi (Şamaxı); – Mən oğaldan gəlirəm (Şərur)
OĞALA
(Şərur) o yana, o tərəfə
O:ĞALAMAX
(Ucar, Zaqatala) ovmaq. – Unun üsdünə su çiliyirix’, so:ra o:ğalıyırıx olur umaç (Ucar)
OĞAL-BUĞAL
(Ağbaba, Goranboy, Şərur) o tərəf-bu tərəf. – Pərigilin toyuğu itmişdi, arvad oğal-buğala qaça-qaça qalmışdı (Ağbaba)