Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «P» – 711
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
PA PE PI PO PT PU
 
PABBABACI
(Ucar) şanapipik. – Pabbabacı çəmənniyə qommuşdu
PABEDA
(Salyan) kəlağayı növü adı. – Pabeda kəlağayısı hava rəngundə olur, künclərində də quş şəkli
PAÇABƏND
(Lənkəran, Şamaxı) alıcı quşların ayağına geydirmək üçün dəri ayaqlıq. – Quşuma gözəl paçabənd almışam (Lənkəran); – Qırğı paçabəndi qırıb qaçıb
PAÇAX
(Çənbərək, Gədəbəy) mal-qara ayaqlarının dərisi
PAÇAL
I (Xanlar) çatlamış meyvə. – Bu paçal meyvələri bir yerə topluyun, maηa lazımdı II (Borçalı, Dərbənd, Qazax) qoyun yatağı yanında (körpə quzular üçün) çubuqdan hörülmüş yer. – Paçaldan quzu qaçmaz (Qazax); – Paçala təzə anadan ulan quziləri saladılar (Dərbənd)
PAÇALLAMAX
(Ağdam) çatlamaq. – Çox yağış yağdığınnan narrar paçalladı
PAÇA:ŞIRMA
paça:şırma oturmax: (Zaqatala) qıçını qıçının üstünə aşıraraq oturmaq
PADALA
(Qax) qoğalın bir növü
PADAM
(Qax) astana. – Padamda niyə oturıysın, içəri gəl
PADIŞ
I (Ağdam, Naxçıvan) 1. dırnaq (heyvanlarda) (Ağdam); – Dəvənin padışı olmaz (Naxçıvan) 2. mahmız (xoruzda). – Xoruzun padışı itidi (Ağdam) II (Ağdaş) fərqləndirmək üçün quş və toyuqların ayaqlarına bağlanan çit parça. – Dolaşanın ayağı padışnan bağlıdu
PADŞAH
(Bərdə) toy məclisini idarə edən. – Bizim kətdə Hümbət adında bir kişi olur, o, toyda padşah olardı
PAF
(Şəmkir) fiziki cəhətdən zəif (adam)
PAĞACA
(Axalsxi) mayasız xəmirdən bişirilən çörək. – Pağacaya çox bişmək lazımdı
PAĞIZ
(Göyçay) ağılı bağlamaq üçün düzəldilmiş ağac
PAĞIZLAMAX
(Göyçay) pağız ilə bağlamaq. – Qardaşım ağılı pağızladı
PAXAÇ
(Borçalı) xörək adı. – Paxaç südnən, yağnan, şəkərnən, murtoynan pişər
PAXAL
(Qax) saman qırıntısı
PAXALAY
(Qax, Zaqatala) xörək adı. – Dayım məni paxalay yimağa çağırdı (Zaqatala)
PAXXAY
(Ucar) təəccüb bildirən nida. – Paxxay, on yaşında uşağ iyirmi kilo buğdanı öyə apardı!
PAXIMAX
(Çənbərək) qovub salmaq, doldurmaq. – Qoruxçu malı dama paxıdı
PAXIR
(Salyan) nöqsan, eyib ◊ Paxırın açmağ – eybini söyləmək, başqasının yanında qüsurlarını açıb demək. – O:n paxırın açmağdansa, özünnən danış
PAXLALAMMƏY
(Cəlilabad) xırdalanmaq. – Bı daş nə tez paxlalandı
PAXRAC
(Qazax) uzunqulplu tava. – Paxracda bişmiş lovya hər yeməx’dən ləzətdidi
PAJ
(Ucar) anbar
PAKI
(Meğri) lay. – Adama iki pakı biçip çevirecesiz mən gəlincən
PAQQALA
(Qax) xörək adı
PAQQOŞ
(Qazax) igid
PALAX
I (Laçın) yabanı bitki adı II (Gədəbəy) gödəkboylu. – Palağ uşaxdı Əlinin gədəsi
PALAMA
(Kürdəmir) dirək, paya. – Palamaları yerə yaxşı bərkit, tərəcələr sımmasın
PALAMAN
(Cəbrayıl) bax palama. – Qurdun laxdalarını qurmağ üçün palaman qırmax lazımdı