Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «Q» – 1607
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
QA QE QI QO QU
 
QAB
(Salyan) məc. baş, beyin. – Sə:n də qabunda söz qalmır
QABAG
(Dərbənd) alın. – Qabagıma dəgdi daş
QABAĞARDAN
(Bakı) qalayçı. – Qabağardan qazannarı yaxçı ağardıb; – Qabağardannarın sesi küçəni basıb
QABAX
(Zaqatala) bax qabağ
QABAXLIX
(Zaqatala) alınlıq, qadınların alınlarına bağladıqları bəzək əşyası
QABALAX
(Füzuli) cücərti
QABALAXLAMAX
(Füzuli) cücərmək. – Toxum qabalaxlıyır, onnan so:ra yığılır qola, bir qarış qol sürür çiçəx’liyir
QABAR
(Balakən) yoğun qarğı, qamış. – Birqadir cama:tı qabar qırmağa apardı
QABARİMƏG
(Yardımlı) bax qabarmax. – Nə qabareysən üsdümə
QABARMAX
(Zəngibasar, Şərur) cavab qaytarmaq, üzə ağ olmaq. – Uşax mə: elə qabardı ki, nə:tə:r (Şərur)
QABÇAĞ
I (Kürdəmir, Salyan, Yardımlı) suqabı, su içilən qab. – Get bir qabçağ su gəti, içim (Salyan) II (Salyan) pambığı dərilmiş qoza III (Salyan) qutu. – İbişgənin dənələrini qabçağa yığ
QABƏLƏ
(Dərbənd) alma növü adı. – Qabələ istikana uxşar almadu də
QABĞARMAX
(Oğuz) qablaşdırmaq, yerləşdirmək
QABIRĞA
(Cəbrayıl, Qax, Ucar) 1. cağ (arabada) (Cəbrayıl). – Qabırğaları sındırma 2. kirəmit düzmək üçün evin üstünə üfüqi qoyulan taxta, ağac (Qax, Ucar). – Oturacax evin qabırğası vurulup bugün (Qax); – Qabırğa şam ağacınnan da olur (Ucar)
QABIRĞALAMAX
(Göyçay, Ucar) evin üstünə qabırğa (b a x qabırğa 2-ci məna) düzmək, vurmaq. – Ussalar damı qabırğaladı (Ucar)
QABQIRAN
(Quba, İrəvan) lalə. – Qabqıranı dəriv əvə gətirməzdər (İrəvan)
QABLA
(Bakı) kal əncir. – Xəzri ağacın qablalarını səlt tökdi yerə
QABLAMA
(Zəngibasar) qəlp, saxta. – Bı əsil qızıl döylü, qablamadı
QABLAMAĞ
I (Salyan) yığmaq. – Pammığı qablo:un xarala II (Salyan) çox yemək, acgözlük etmək. – Ədə, az qabla, partlıyarsan ki
QABLAMAQAZAN
(Bakı, İrəvan) qapaqlı böyük qazan. – Qablamaqazan çox böüg olur, özi də mö:kəm olur (Bakı); – Qablamaqazanda puloy pişirəllər (İrəvan)
QABLANMAĞ
(Bakı) bərk yıxılmaq, üzü üstə yıxılmaq
QABLI
(Füzuli) xörək adı. – Əti doğruyursan, noxut tökürsən, öz vamına pişirirsən, bıa <buna> qablı deyilir
QABLIX
(Culfa, İrəvan) 1. qın (İrəvan). – Atam öz ülgücünə qablıx tix’di 2. iynə sancılan yastıqça (Culfa). – Qablığın üsdünə iynə sancırıx
QABSINDIRAN
(Bakı) lalə
QABUÇ
(Zaqatala) bağlama. – Ay bala, dur qabuçu bura gəti görüm, içində sap varmı?
QAC
(Göyçay, İmişli, Qax, Sabirabad, Şəki, Zaqatala) bax qaj I. – Qajın suyunu kes (Zaqatala)
QACAX
(Naxçıvan, Zəngilan) 1. qarğıdalı qıçası (Naxçıvan) 2. qurumuş pambıq qozasının qırıntıları (Zəngilan). – Yaveynan pambı: sirkəliyin, qacağı tökülsün yerə
QACA-QUCA
(Bakı) çala-çuxur. – Bu şo:fır afdo:mili lap qaca-quca yolnan sürür; – Mən bilirəm qaca-quceynan gedmeg şo:firçün çetindü
QACAL
(Meğri) yaylaq, meşə ətrafında otlaq yer. – Heyvandarrar diyərdi: “Xırdabaş heyvanın canı yayda qacal, payızda meşədi”
QACAR
I (Bərdə) bax qajir. – Qacar uçub gəldi II (Qax, Zaqatala) tərs, inadkar. – Əşi, sen nə yaman qacar adamiymişsən?! (Qax) III (Zaqatala) özül. – Həsən büyün öyün qacarını qoyuf, hora gedirəm Qac gəlmeg (Bakı) – düşmən olmaq, zidd olmaq. – Bir fikirrəş gör, u məniynən nöşün qac gəlir. Qac çıxmağ (Xaçmaz) – zidd çıxmaq. – Kişi o qədər özünü itirmişdi ki, una lap qac çıxmışdı. Qac ulmağ (Xaçmaz, Quba) – düşmən olmaq. – Tapdığ məniynən yaman qac ulub (Xaçmaz)