Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «R» – 60
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
RA RI RO RU
 
RAHATI
(Meğri) qif. – Nəft tökəndə ləmpiyə rahatını qoyeylər ləmpənin ağzına
RAXBƏRƏ
(Meğri) üzərinə tənək budaqları atlanmaq üçün 2-3 metr hündürlükdə düzəldilən talvar
RAQQI
(Başkeçid, Bolnisi, Borçalı, Hamamlı, Qazax) bax iraqqı. – Gülnaz öydən raqqını gəti, əlimi yüəjəm (Qazax); – Raqqıyı ver, əlimi yu:m (Hamamlı)
RAMRAMAY
(Qax) şəlalə
RANA
(Meğri) xış və ya kotanın torpaqda açdığı şırım
RASA
(Quba) sapa düzülmüş qax
RASGƏLƏ
rasgələ olmax: (Meğri) qarşılaşmaq, rastlaşmaq. – Tərbiznən bazarda rasgələ oldum
RASQU
(Qax) nazik bağırsaq
RAYBARAY
(Bakı, Ordubad) hərdəmxəyal, sözünün üstündə durmayan, fikrini tez-tez dəyişən. – Bircə onu dindirmə, raybaray adamdı o; – Ada, sən nə raybaray adamsan (Bakı)
RAZDAR
(Lənkəran) qarağac. – Meşədə razdar ağacdarı doludu
RƏCİ
(Lənkəran) quru balıq
RƏD
(Kürdəmir, Qafan, Yardımlı, Tərtər) bax irəd. – Bu rəd ceyran rəddidi, bu rədnən gedək (Qafan)
RƏDCİL
(Qafan) itmiş heyvanı izi ilə axtarıb tapan adam, izçi. – Əhməd yaxşı rədcildi
RƏDDƏMAX
(Meğri) izləmək, izə düşmək, izlə getmək. – İnəx’ləri dərə boğazına kimin rəddədıx
RƏDƏ VERMƏK
(Yardımlı) soyuq münasibət bəsləmək, yan gəzmək. – Neşin mənnən rədə vereysən?
RƏDİF
(Lənkəran) sıra
RƏDQOVAN
(Meğri) itmiş heyvanı izi ilə axtarıb tapan adam, izçi. – Qabaxlar heyvan itəndə rədqovannar tapeydi
RƏFCƏR
(Barana) işgüzar. – Babam çox rəfcər adamıydı
RƏFƏTƏ
(Ağbaba, Basarkeçər, Beyləqan, Şərur, Ordubad) bax rəhətə. – Rəfətəni qonşu apardı (Beyləqan)
RƏFİDƏNƏ
(Ordubad) təndirə çörək yapmaq üçün işlədilən alət. – Biz əli çörəx’ yandırmasun deyə parçadan rəfidənə tikərix’
RƏFTƏ
(Lerik) təndirə çörək yapmaq üçün işlədilən alət. – Rəftə olmasa, lavaş bişirmək olmaz
RƏHƏTƏ
(Çənbərək) təndirə çörək yapmaq üçün işlədilən alət. – Təndirə çörəyi rəhətiynən yapırıx
RƏX’DƏN
(Ordubad) qənd torbası. – Bizdər rəx’dəni parçadan tikərıx
RƏKİ
I (Qax) daranmış əl boyda yun II (Qax) tütün qurudulan yer
RƏKİK
(Qazax) pəltək
RƏMƏ
I (Tovuz) bax irəmə III II (Salyan) qayada ayaq qoymaq üçün düzəldilmiş yer
RƏSƏT
(Salyan) pay, hissə. – Nənəm hamımızın rəsətin vermişdi
RƏŞBABA
(Bərdə, Göyçay) üzüm növü adı
RƏŞİDDƏMMƏK
(Salyan) zirəkləşmək, qoçaqlaşmaq. – Bu gün deyəsən yaman rəşiddəmmisən
RƏŞMƏ
(Çənbərək, Gədəbəy, Tovuz) bax irəşmə