Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «S» – 1306
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
SA SE SI SO SP SR ST SU
 
SABAHİ
(Gəncə) üzüm növü adı
SABI
(Dərbənd, Tabasaran) ölçü qabı (təxminən 20 kq buğda tutur). – Bir sabı səkkiz səh buğda tutadı (Tabasaran)
SABINNIX
(Ağcabədi) arabanın oxunu sabunlamaq üçün mal buynuzundan hazırlanan sabunqabı. – Sabınnıx aravanın cağınnan sallanır
SABIRĞA
(Cəbrayıl, Şamaxı, Ucar, Zəngilan) qabırqa. – Elə vırıf ki, sabırğalarım indi də ağre:r (Zəngilan); – Bü:n sabırğamın ağrısı azalıf (Ucar) – Onun sabırğası batmışdı (Şamaxı)
SABİNBUYNUZ
(Dərbənd, Tabasaran) bax sabınnıx. – Sabinbuynuz ərəbəyə sabin vurmağçun uladu (Tabasaran)
SABU
(Dərbənd, Quba) bax sabı. – U illəri yaxşı bitirməmişdi mənim teregim, üç sabu, iki səh quz çıxdı (Dərbənd)
SABUNİ
(Göyçay) üzüm növü adı. – Bu yıl sabuni üzim çoxdı
SABUNOTI
(Qafan) yabanı bitki adı. – Sabunotı güney yerdə bitər
SACALANMAX
(Mingəçevir) səpələnmək
SACARASI
(Qafan) bax sajarası. – Şəhərə gedəciyik, nənəm sacarası bişirir
SACPARA
(Şamaxı) qırma əvəzinə işlədilən cuğun qırıntıları. – Övçi tüfəyinə bir yekə o:uc sacpara doldırdi
SACÜSDÜ
(Qazax) tələsik bişirilən çörək. – Sacüsdü unu tez qutarar
SAÇAX
(Qazax) balkonun qabaq tiri
SAÇIPUÇUX
(Başkeçid) fahişə
SADA
(Zəngibasar) tamamilə, büsbütün. – Dedix’lərin hamısı sada yalandı
SADAL
(Qazax, Mingəçevir) evin damını örtmək üçün qamışdan hörülmüş tərəcə. – Ho:çular damın sadalını yaxşı örtüflər (Qazax)
SADAMA
(Meğri) zərər, ziyan
SA:DATDAMA
(Salyan) ürəkgetmə, ürəkkeçmə. – Sabirin qızın tez-tez sa:datdama tutur
SADDAMAX
(Qax) demək, söyləmək. – Mağa bax, hələ sən nə saddıysan?
SADI
(Qax, Zaqatala) qəmli mahnı
SADIR
(Biləsuvar, Çənbərək, Göyçay, Qazax, Meğri) şaqqıldaq. – Qoyunun sadırı çobana ətir kimi ilənir (Qazax); – Çovannarın üstü yazda sadır olur (Göyçay) ◊ Sadır bağlamax (Çənbərək) – qoyunun yununa şaqqıldaq yapışmaq. – Qoyunun yunu sadır bağlıyıf
SADIRRI
(Biləsuvar, Qazax) şaqqıldaqlı. – Sadırrı olor qoyunun quyruğunun altı (Qazax); – Qoyunu yudum, yaman sadırrıymış (Biləsuvar)
SAF
(Bərdə, Qazax, Tərtər, Yevlax) bax sap. – Sən saf yaxşı adamsaη (Bərdə); – Söynün oğlu saf özünə oxşo:r (Qazax)
SAFA
safa olmax: (Ağdam) gecikmək (mövsümə aiddir). – Bitgi safa olan ili gec yetişir
SAFBƏDİR
(Cəbrayıl) sağlam, salamat. – Bəbir safbədirdi
SAFÇİLLƏ
(Salyan) sağlam. – Xalxın safçillə uşağın apararsan, xəsdələnər
SAFDADURMAZ
(Gəncə, Tərtər) üzüm növü adı. – Safdadurmaz sap şirin üzümdü (Tərtər)
SAF DÜŞMƏX’
(Yardımlı) arxayın olmaq. – Görənnən so:rə saf düşdüm
SAFQARILMAX
(Ağdam) qaçmaq. Safqarıldı, ya:nı hamısı qaşdı
SAFLI
(Başkeçid, Bolnisi) 1. çömçə 2. abgərdən