Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «T» – 1069
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
TA TE TI TO TU
 
TA
(Ağdam, Bərdə, Gədəbəy, Şəmkir, Şuşa) daha. – Ə, ta bəsdi yatdıη, bir yeriηnən qalxsaηa (Ağdam); – Ta mənim saηa sözüm yozdu innən belə (Bərdə); – Ta niyə durufsaη, ged işiηi yör (Gədəbəy); – Ta səni heş yana buraxmaram gedəsəη (Şuşa)
TABAĞCA
(Masallı) içərisində qənd doğramaq üçün ağacdan hazırlanan xüsusi çanaq
TABAX
(Naxçıvan, Ordubad) xonça
TABIN
(Zaqatala, Qax, Balakə) 1. tayfa, nəsil 2. məhəllə
TABIR
(Zəngibasar) dəfə. – Bir tabır aparmışıx, bu ikinci tabırdı
TABIRĞA
(Xanlar) gəlmə. – Özgə kətdən gəlif burda olana tabırğa deyrəx’
TABLELƏ
(Bakı) əncir qurusu
TABUN
I (Balakən) kənd. – Mən Talalar tabununda oluram II (Qax) at ilxısı
TABURĞA
(Salyan) bax tabırğa
TAÇAX
(Qazax) qaramalın ayağının dərisi
TADDIM
(Gədəbəy) ta ki, o vaxta qədər ki. – Taddım özü gəlməsə, mən xalxın amanatını heş kimə vermərəm
TA:DIM
(Bərdə, Füzuli, Qazax, Yevlax) bax taddım. – Təleyi qurollar ta:dım oy çüşənətən (Qazax)
TAF
I (Füzuli, Xanlar, Şəmkir) bax tap III. – O tafdan ağzı aşağı gələndə gördüyün yerrərin hamısı bizim kolxozundu (Füzuli); – O taflarda mal örüşü var (Şəmkir) II (Zəngilan) suvarılmayan əkin sahəsi
TAFDAX
I (Gədəbəy) kərəntinin tiyəsinin kəsən tərəfi II (Daşkəsən) kərəntinin ağzını itiləmək üçün alət. – Tafdaxınan kərəntiyi tafdıyırıx ◊ Tafdaxdan tüşməx’ (Gədəbəy) – kütləşmək, kəsərdən düşmək. – Kərəntim tafdaxdan tüşüf bə:axdannan
TAFDALAMAX
(Şəmkir) əkin sahəsini şırımlara ayırmaq. – Darıyı əkerıx’ payızda, onnan sonra tafdaleyıf onu sulerıx
TAFDIMAX
(Daşkəsən) itiləmək. – O tafdağı ma:yəti bu kərəntiyi tafdıyım
TAFI
(Culfa) üzüm növü
TAFIR
(Cəbrayıl, Çənbərək) fərq ◊ Tafırın tutmax (Cəbrayıl, Çənbərək) – 1. fərqini müəyyənləşdirmək (Çənbərək); 2. sınamaq (Cəbrayıl). – Tafırın tutmuşam, təx’ savır ma: düşür (Cəbrayıl); – Tafırın Xidir tutuf, həfdədə xiyarı suluyur bir dəfə; – Köhçəli Nədir hər şeyin tafırın tutuf (Çənbərək)
TAFIRQA
I (Ağdərə) köçəri. – Əvvəl tafırqaydıx biz II (Meğri, Ucar) gəlmə, yerli olmayan, yurdsuz. – Dedim: “Əmir xan, tafırqa adamıx, deyna bizim davarrarı versin” (Meğri)
TAFQINTI
(Qazax) tapılmış şey. – Bu tafqıntıların yə:si çıxdımı?
TAFQIR
(Zəngibasar) dəfə. – Bir tafqır da yusan ə:r, təmmiz olar
TAFRIX
(Şəki) qarışıqlıq ◊ Tafrığa düşməx’ (Şəki) – dolaşıqlığa düşmək, qarışıqlığa düşmək. – Bizim qonşunun işi tafrığa düşütdü
TAFTAPI
(Karvansaray) qarğıdalı və ya darı çörəyi. – Qardalı ununnan yaman taftapı bişirillər
TAĞ
(Ordubad) taxça
TAĞALAĞ
I (Cəbrayıl, İmişli, Salyan, Şamaxı) cəhrədə iyə keçirilən dairəvi taxta. – Tağalağ iynən bir yerdə fırranır (Cəbrayıl) II (Şamaxı) məc. quru, bərk ◊ Tağalağa dönməy (Şamaxı) – məc. qurumaq, bərkimək III (Quba) 1. dairəvi, girdə 2. dairəvi dəmir və ya taxta. – U tağalağı urdan kütür, əl-ayağa dulaşadu IV (Qazax, Şəmkir, Tovuz) sap çarxı. – Gələndə iki dənə ağ, bir də qara tağalağ al gəti (Qazax)
TAĞALAX
I (Ağdam, Bərdə, Culfa, Şuşa, Tərtər) bax tağalağ 1. – Cəhrənin tağalağı uşağın əyağı altında qalıf sınıfdı (Ağdam); – Tağalax iyin dibində olur (Culfa); – Tağalax olmasa cəhrə əyirməx’ olmaz (Şuşa) II (Ağdam, Bərdə, Qax, Mingəçevir, Şuşa) bax tağalağ II III (Şəki) bax tağalağ III. – Ağ alma var de:irmi, huna tağalax alma diyəllər. – De:irmi taxdaya demir olanda huna tağalax diyərux IV (Başkeçid) bax tağalax IV V (Qax) mismarın başı VI (Borçalı) yumaq. – Get qalxozdan bir tağalax kəndir al gəti
TAĞALANDIRMAX
(Qazax) bükmək, burmaq. – Camış quyruğunu tağalandırer
TAĞAN
(İmişli) dolaşa. – Tağan dolub şuma, səpdiycən götürür tumi
TAĞAR
(Gədəbəy, Qafan, Qax, Qazax, Mingəçevir, Oğuz, Ordubad, Salyan, Şəki, Şəmkir, Zaqatala) ölçü vahidi adı. – On tağar ağa götürürdü, iki tağar da atama irəncbər payı verirdi (Qazax); – Mə:m əməx’ günümə ildə dört-beş tağar dən düşür (Ordubad); – Bıldırrarı qalxozdan beş tağar qartov aldım əməx’ gününə (Gədəbəy); – Qabax taxılı tağarnan ölçəllərdi, indi tonnan ölçüllər (Salyan); – Otuz çanağın bir tağardı (Şəmkir); – Tağarı un manıta taxıl satılıf (Şəki)
TAĞARBAŞI
(Qazax) satılan hər tağar taxıl üçün pulsuz olaraq əlavə edilən taxıl. – Hər tağara tağarbaşı verirdix’ bir çanax