Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «U» – 241
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
UA UB UC UD UF UG UJ UK UL UM UN UP UR US UT UU UV UX UY UZ
 
UAXDAN
(Gəncə) sandıq
UARDA
uarda qalmağ: (Bakı) açıqda qalmaq
UBAŞ
(Dərbənd) obaşdan, səhər tezdən. – Ubaş gələcəm
UBUR
(Salyan) imkan; fürsət. – Sənin əlində ubur olsa, hamını qırıb-batırarsan
UBUR-SUBUR
(Qax) get-gəl ◊ Ubursubura salmax – get-gələ salmaq. – Mən bilmiy, habı işi niye ubur-subura salıpsın
UCA
(Zaqatala) heyvanın fəqərə sütununun yanlarında olan ət
UCADAĞLAR
(Zəngilan) uşaq oyunu adı
UCALAMAĞ
(İmişli) bax ujulamax. – Sözi çox ucalamağ yaxşı dögi
UCALAMMAX
(Ordubad) 1. məc. ujalmaq, vəzifəcə böyümək 2. inkişaf etmək. – Bacarığı var, bu ucalanacax
UCARRAMAĞ
(Kürdəmir) bax ujulamax. – Sözü: kütahın de, ucarrama mö:lüm <mən ölüm>
UCBAT
(Bakı, İmişli) görə. – Sənün ucbatunnan mən də gedə bilmedim ulara (Bakı); – Sə:n ucbatınnan işdən qaldım (İmişli)
UCBET
(Bakı) bax ucbat. – Mən sənün ucbetünnən bu günə qalmışam
UCO:RRAMAĞ
(Şamaxı) bax ujulamax. – Nə uco:rriyirsan, əl çək də:
UCRAH
ucrah olmax: (Zaqatala) bax uyurcah olmax. – Yekə düynədə gidip una ucrah oldum
UCUBURUĞ
(Salyan) ucaboy. – Bizim kətdə Əlidən ucuburuğ adam yoxdu
UCULAMAX
(Zaqatala, Zəngilan) bax ujulamax. – Elə uculuyur ki, məni də apar (Zəngilan)
UÇAĞAN
(Oğuz) qara xalı olan balaca qırmızı böcək
UÇAR
(Dərbənd) kənddə camaatın söhbət üçün yığışdığı yer. – Əxşəm uçarda çuxlu kişi vardı
UÇARRAMAĞ
(Kürdəmir) bax ujulamax. – Uçarrama, əl çək
UÇBABA
(Borçalı) xanımböcəyi. – Uçbaba şirnəx’ saler
UÇĞUMMAX
(Borçalı) 1. titrədib-qızdırmaq 2. həyəcan və ya qorxu nəticəsində titrəmək. – Alı yaman uçğunufdu
UÇQUL
(Qazax) balıq tutmaq üçün suyun dibində düzəldilmiş üstüörtülü çuxur
UÇQUMMƏY
(Cəlilabad) həvəslənmək, meyil etmək. – Diyəsən, yamancə uçquneysən, apərrəm səni də toyə
UÇQUNNAMMƏY
(Cəlilabad) bax uçqumməy. – Uçqunnanib, diyəsən qalmiyəcəy, gedəcəy
UÇMAĞ
I (Şamaxı) cənnət II (Yardımlı) yıxılmaq. – Kişi ağacdan uçub əzilib
UÇMAX
(Zaqatala) düşmək <ağacdan>
UÇUXLAMAX
(Cəbrayıl) suluqlamaq, şaxtadan burunun qabağında, dodaqlarda suluq əmələ gəlmək. – Soyuxdan dodağım uçuxluyuf
UÇUMMAX
I (Cəbrayıl, Daşkəsən, Qazax, Tovuz, Şəki) titrəmək, tir-tir əsmək (qorxudan və ya soyuqdan). – Kişi uçunoy, ağacı da tuta bilmey (Daşkəsən) II (Ağdərə, Cəbrayıl, Oğuz, Şuşa) yellənmək. – Gəl bir uçunax (Oğuz); – Sulumçaxda ipnən uçunullar (Ağdərə); – Qızdar, gəlin gedəx’ uçummağa, uzun ip götümüşəm (Cəbrayıl); – Uşax uçuncaxda uçunanda yıxılıf, qolu çıxıf (Şuşa)
UÇUNCAX
(Ağdam, Gədəbəy, Füzuli, Oğuz, Şuşa, Zaqatala) yelləncək. – Gəti bir uçuncax sal uçunax (Oğuz); – Ağaşdan uçuncax as kın, yellənsin uşaxlar (Gədəbəy); – Uşaxlar artırmada uçuncax quruf uçunullar (Şuşa)
UDLAĞ
(Quba) odluq (samovarda). – Sumavarımızın udlağı xarab olub