Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «V» – 208
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
VA VE VI VO VU
 
VAD
I (Qazax) güc. – Öz vadıma mən heş şey eliyəmmərəm II (Qazax) ümid III (Gədəbəy, Qazax) fikir, rəy. – Mə:m vadımö:rə bu onnan min pay yaxşıdı
VADA
(Qax) əkin sahələri arasındakı sərhəd, mərz
VAĞ
I (Meğri) kömür yandırmaq üçün qazılan yer, çala. – Ə, na yeka vağ qazeysan ◊ Vağ basmax – kömür yandırmaq. – Eranda kasıp-küsibin peşəsi vağ basmaxdı II (Sabirabad) arıq III (Şəki) kobud ipək. – Vağ çıxar baramadan olur IV (Ağcabədi) avara, boş-boşuna gəzən V (Ağdam) bax vaq
VAĞAM
(İmişli, Kürdəmir, Saatlı, Salyan, Ucar) həddindən artıq yetişmiş, biçilmək vaxtı keçmiş (taxıl) – Vağam taxılı biçə:lmirsən, tökülür yerə (İmişli) ◊ Vağam olmağ (Salyan) – həddindən artıq yetişmək, yetişib ötmək, biçilmək vaxtı keçmək. – Taxıl vağam oldı
VAĞAMNAMAX
(Şəki) yetişib ötmək, biçilmə vaxtı keçmək (taxıla aiddir)
VAĞAN
(Füzuli, Oğuz) bax vağam. – Piçilmə vaxtınnan bir az keçənə vağan de:ilir (Füzuli)
VAĞANIMAX
(Bərdə, Cəbrayıl, Daşkəsən, Gədəbəy, Kürdəmir, Mingəçevir, Şəmkir, Zəngilan) bax vağamnamax. – Taxıl vağanısa, alağ otdarı onu üstələyir (Bərdə); – Taxılın vaxtı keçəndə de:irix’ vağanıdı, yanı kı, ötdü (Daşkəsən); – Taxılı vaxdında bişdirəmmədix’, vağanıyıf tökülüf (Zəngilan); – Taxıl yaman vağanıyıf, əl dəyməmiş oxalaney tökülöy (Gədəbəy); – Qambayın gəlməsə, taxıl vağanıyıf gedəjəx’ (Şəmkir)
VAĞANNATMAX
(Füzuli) biçilmə vaxtını ötürmək, gecikdirmək, vaxtında biçməmək (taxılı). – Bı zəmini vağannatma:n, tez biçin; – Taxılı niyə vağannadırsız
VAĞƏN
(Qarakilsə) bax vağam
VAĞNAMAX
(Oğuz) bax vağamnamax
VAĞYA
(Hamamlı, Mingəçevir) yuxu. – Vağyasında görüfdü kü, dədəsi gəlif (Mingəçevir); – Yaxşı vağya görürdüm, oyatdın məni (Hamamlı)
VAĞYƏ
(Şəki) bax vağya
VAXIM
I (Şəki) halal. – Meçidə keçən mal vaxımdı ◊ Vaxım eləmax (Şəki) – halal etmək, ehsan etmək. – Kimi diyər: gəl havını qavırrığa vaxım eliyax II (Çənbərək) yazıq, fağır. – Vaxım adama köməy elər hamı III (Şərur) qarmaqarışıq, törtöküntülük. – Bı əv vaxımdı
VAQ
(Mingəçevir) avam, sadəlövh
VAQAM
(Çənbərək) fürsət, imkan ◊ Vaqamı düşməx’ (Çənbərək) – fürsət düşmək, imkan düşmək
VAQQAZ
(Qazax) quş adı
VAQQILDAMAĞ
(Bakı) qışqırmaq, çığırmaq. – Bayquş kimi nə vaqqıldirsən bırda, itil get də
VAQUN
(Şəki) tütün yarpaqlarını qurutmaq üçün ağacdan hazırlanan çərçivə. – Tütüni dənni:r, gətirif gəlif saraya, başdi:llər düzmağa; düzənnən so:ra götürüf bağli:llər vaquna
VAL
I (Cəlilabad) dəyirman. – Dən atmağa vala gedmişdim II (Cəbrayıl, Salyan) bənd. – Arabanız valdan keşdi (Salyan) ◊ Val atmax (Cəbrayıl) – bənd düzəltmək (daşqının, selin qarşısını kəsmək üçün hündür torpaq yığını düzəltmək). – Yaxşı val atın, yoxsa su onu basar III (Füzuli, Şəki) kələk ◊ Val gəlmax (Şəki) – kələk gəlmək. – Mq: val gəlmağ isdədi, baş tutmadı
VALA
(Bakı, Borçalı, Cəbrayıl, Kürdəmir, Masallı, Salyan, Şuşa) narın duz barədə. – Biz narın duza vala deyərük (Salyan); – Dasdarda bir az vala duz elə (Cəbrayıl)
VALATA
(Füzuli, Kürdəmir, Ucar) bax balata II. – Xəmir qatacağdım, pişig valatanı ye:ip (Kürdəmir); – Valata tutgunan, so:ra gəlim (Füzuli)
VALAVARTDAMAĞ
(Salyan) fikrən götür-qoy etmək, ölçüb-biçmək, yoxlamaq. – Tez ol də:, mıni nə valavartdıyırsan?
VALLAMAX
I (Cəbrayıl, Zəngilan) arxda suyun uçurduğu yeri torpaq tökərək möhkəmlətmək, suyun qarşısını kəsmək. – Arxın tirələrini yaxşı vallıyın ki, su uçurmasın (Cəbrayıl); – Ərxın bir tərəfin su diricə uçurtmuşdu, möhkəmcə valladıx (Zəngilan) II (Oğuz) aldatmaq, kələk gəlmək. – Mə:i vallama
VANA
(Ağdam, Bərdə, Biləsuvar, Füzuli, Qarakilsə, Zəngilan) qoyun, quzu saxlanılan yer. – Qoyunu vanıya doldu, hava sö:uxdu (Bərdə); – Qoyunnarı vanıya sal, ağzın qəyir kin, çıxmasınlar (Zəngilan); – Ferma yatağında bi böyüx’ vana tikirix’ (Füzuli); – Quzuları anasınnan ayrıb vanıya sal (Biləsuvar)
VA:NƏFSA
(Bakı) bax vaynəfsə I. – Getdim gördim ki, bir va:nəfsa var ki, gəl görəsən
VAR
(Başkeçid, Qazax, Tovuz) malqara. – O vaxdı var saxlerdıx (Qazax)
VARA
(Bakı) bir tikişlik sap. – Bir vara sap vər, tikiş tikirəm
VARAX
(Qazax) güzgü düzəltmək üçün şüşənin arxasına çəkilən xüsusi təbəqə. – Güzgü çüşdü əlimnən, varağı töküldü
VARALLAYI
(Bakı) istiqamətini tez-tez dəyişən şimal-qərb küləyi. – Buna varallayı diyərig, bu yaman əsir
VARANGƏLƏN
I (Gədəbəy) hanada iplərin arasına keçirilən ağac alət. – Varangələn də nəzix’di də:nə, əyler dayğa başı, gərəx’ bir ayrısını salax II (Tovuz) sözgəzdirən, xəbərçi