Диалектологический словарь азербайджанского языка.

  • VICIR-VICIR

    vıcır-vıcır eləmeg: (Bakı) qaynaşmaq. – Bırda tarakannar vıcır- vıcır eliyir

    Полностью »
  • VICIRRANMAX

    (Meğri) hərəkət etmək, səyrimək. – Gözüm vıcırrandı, dedim iş düzələr

    Полностью »
  • VIJ

    (Kəlbəcər) qanqal toxumu, çətənə. – Vıja qo:urğa qateylar, sora yi:llər

    Полностью »
  • VIRÇILIXLAMAX

    (Ağbaba) əzişdirmək, əzmək. – Uşaxlar almanı vırçılıxladılar

    Полностью »
  • VIRDIGİRİŞ

    vırdıgiriş eləməg: (Salyan) fikirləşmək, götür-qoy etmək. – Biyağdan vırdıgiriş eli:rəm ki, uşağa nə alım

    Полностью »
  • VIRDIX

    (Basarkeçər) dəlisov, yüngülxasiyyət. – Mənim dayıma vırdıx de:irdilər; – Vırdıx yüngülxasiyyət adamdı, yar-yaşax bilən döyül

    Полностью »
  • VIRDIVIŞIL

    (Meğri, Ordubad) səliqəsiz geyinən. – Yaman vırdıvışıl uşaxdı; – Ə:, vırdıvışıl, özi: niya bu kökə salmısan? (Meğri); – Səkinəni diyirsən, yaman vırdı

    Полностью »
  • VIRDIVIZAN

    (Qarakilsə) qarışıqlıq ◊ Vırdıvızan salmax (Qarakilsə) – qarışıqlıq salmaq. – Gedip gəzip gəlir əvlərinə, hər gün bir vırdıvızan salır

    Полностью »
  • VIRIŞ

    (Cəlilabad) üst-üstə. – Çağırdilər bı kəndin adamlərini, tü:əgi vırdış tökdilər bıralara

    Полностью »
  • VIRİYİD

    (Cəbrayıl, Qarakilsə) qoçaq

    Полностью »
  • VIRİYİTDİX’

    (Qarakilsə) qoçaqlıq. – Məhəmmədin vıriyitdiyin bı kətdə hamı bilir

    Полностью »
  • VIRQIN

    (Qarakilsə) qəfildən tutan ürəkkeçmə. – Səni görüm vırqın vırsın!

    Полностью »
  • VIRMAÇALMA

    (Salyan) gözdəymə, nəzərəgəlmə. – Uşağ vırmaçalma olanda baxıcıya aparıllar

    Полностью »
  • VIŞIL

    (Meğri) səliqəsiz. – Yaman vışıl adamsan ha! – Vışıl yük mənzilə çatınca adamı can-buğaz eley

    Полностью »
  • VITVIDIT

    (Oğuz) quş adı

    Полностью »
  • VIYIT

    (Ağdaş) torağay. – Qar yağanda vıyıtdar kəndə doluşullar

    Полностью »
  • VIZBAŞ

    (Bakı) saçları səliqəsiz olan, kilkəbaş

    Полностью »
  • VIZDIŞ

    (Ucar) sarımtıl rəngli, uzun dimdikli, əti yeyilən su quşu. – Vızdış əyri-üyrü qaçır, onu tüfəx’nən atmax çətin olur; – Vızdış çox uçammaz

    Полностью »
  • VIZILLIX

    (Çənbərək, Kürdəmir) sıx kolkosluq. – Bağ vızıllıxdı (Kürdəmir); – Bir vızıllığa girmişdim, çıxəlmirdim (Çənbərək)

    Полностью »
  • VIZQA:X

    (Oğuz) qorxaq. – Unnan gecə meşiyə gidən ulmaz, vızqa:xdı

    Полностью »
  • VIZQANÇALAN

    (Şuşa) qarmonçalan. – Vızqançalan Kamılabəyimin yaxşı səsi də var

    Полностью »
  • VIZVIZ

    (Oğuz) uşaq oyuncağı adı. – Gət sə: bir vızvız qayrım, səsu: kəs

    Полностью »
  • VİCƏLƏMMƏG

    (Salyan) üşümək, titrətmək. – Axşamçağınnan bəri vicələnnəm

    Полностью »
  • VİDAR

    (Zaqatala) kiçik dağ çığırı

    Полностью »
  • VİDİR

    (Qax) bax vidar. – Vidirdən keçəndə qabağına bax

    Полностью »
  • VİRİ

    (Kürdəmir) əyri. – Çaşıb viri kəsdim ağacı

    Полностью »
  • VİZQAN

    (Şuşa) qarmon. – Yaxşı vizqan çalırdı o, cavannıxda

    Полностью »
  • VOC

    (Bakı) yarıq. – Bu duharrarda çoxli vocdər var

    Полностью »
  • VUCUDU

    (Qax) qətiyyən. – Elə danğadı, vucudu xəbarı yoxdu

    Полностью »
  • VURDU

    (Quba) təpə. – Uşağlar vurduda gür nə uynıyadular

    Полностью »
  • VURDUVAXT

    (Mingəçevir) darmadağın ◊ Vurduvaxt eləməx’ (Mingəçevir) – darmadağın etmək

    Полностью »
  • VURĞUN

    (Gədəbəy, İmişli, Kürdəmir, Mingəçevir, Şamaxı) bax vırqın. – Vurğunun güjdü yəlsin, a pis adam (Gədəbəy); – Uşağı vurğun vuruf (Mingəçevir)

    Полностью »
  • VURİYİD

    (Kəlbəcər) bax vıriyid. – Yaman vuriyidsən ha!

    Полностью »
  • VURMABİZƏN

    (Bakı) vurhavur, küykülək, dava-dalaş. – Getdim gördim ki, bir vurmabizən var ki, gəl görəsən; – Süzün bu vurmabizənvüz lap hələ hindiyə qalıb?

    Полностью »
  • VURUX

    (Masallı) bağlı. – Sizin qapıvuz vuruxdu

    Полностью »
  • VUT

    I (Qax) döngə. – Habı vutu dönəndə əmim uşağıdı II (Zaqatala) daş hasarın üstü. – Barının vutu sökülüb

    Полностью »
  • VUTS

    (Qax) yeməli, yabanı bitki adı. – Vuts dağda pitir, özü də yemə: yaxşı oluy. Yy

    Полностью »
  • YABAGÜL

    (Oğuz) evin damındakı baş tiri saxlayan ağac. – Bu ağaşdan yabagül çıxmaz, əyridi

    Полностью »
  • YABBAN

    (Çənbərək) yastı. – Otu yabban yığdım, xarab olajax yağış yağsa

    Полностью »
  • YADBUD

    yadbud eləməx’: (Şərur) xatırlamaq. – Kitablara baxıram, o şe:rrəri yadbud eli:rəm

    Полностью »
  • YADICA

    (Ağcabədi, Ordubad, Zəngilan) kötükcədən sonrakı nəsil. – Yadıca nəvəmizin oğlunun oğlunnan olan uşağa də:rix’ (Zəngilan); – Yadıca kötücədən sora ola

    Полностью »
  • YADYEMƏZ

    (Tərtər) üzüm növlərindən birinin adı. – Yadyeməz çox yaxşı üzümdü yemə:

    Полностью »
  • YAĞAL

    (Ordubad) açıq-qara. – Bizdər açıx qara irəngə yağal diyərıx

    Полностью »
  • YAĞALATOLLAMA

    (Hamamlı) bax yalağasalma. – Ə:, gedəy yalağatollama oynuyax

    Полностью »
  • YAĞANNIX

    (Qazax) yağmur. – Keçən il yağannığ az oldu

    Полностью »
  • YAĞAR

    I (Başkeçid, Borçalı) yağışlı. – Bu ay çox yağar keşdi (Borçalı) II (Şəmkir) yara

    Полностью »
  • YAĞARRIX

    (Gəncə, Qazax, Şərur) bax yağannıx. – Yağarrığ olsa, buranın taxılı bol olar (Şərur); – Bıldır yağarrığ az oluf, bi:l çox oluf (Qazax); – Yağarrıxdan

    Полностью »
  • YAĞDAN

    I (Bakı, Qazax, Naxçıvan, Ordubad) lampanın neft tökülən hissəsi. – Yağdanın tozunu sil (Bakı); – Lampanın yağdanını düzəltdim (Naxçıvan); – Yağdana n

    Полностью »
  • YAĞDAŞ

    (Şamaxı) bıçaq itiləyən daş, bülöv. – Yağdaşı gətir, əsgənəni itiliyim

    Полностью »
  • YAĞIR

    I (Gəncə, Gədəbəy) süründürməçi, borc alıb qaytarmaq istəməyən. – Nə yağır adamsıη, niyə üzmöysüη borcuηu? (Gədəbəy) II (Cəbrayıl, Tovuz) bax yağar II

    Полностью »